Məhkəmə qərarları › İş №e-2(060)-3537/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3537/2023

28.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3537/2023 28.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-nə qarşı ipoteka ilə alınan mənzil üzərində payların müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, ödəniləcək kredit borcunun bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh və maraqlı şəxs "xxxx" ASC-nə qarşı ipoteka ilə alınan mənzil üzərində payların müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, ödəniləcək kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən "xxxx" MTK tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, (Bulvar küçəsi, ev, 61) 1-ci binanın, 1-ci blok, 2-ci mərtəbəsində, sahəsi 60 kv.m olan, 2 otaqlı, 10 nömrəli mənzilə ½ hissədə iddiaçının (İddiaçı) və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 11 nömrəli kredit müqaviləsi üzrə qalan borcun ½ hissəsinin iddiaçının (İddiaçı), ½ hissəsinin isə Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 iyul 2017-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 15 may 2018-ci il təvəllüdlü X8 oğlu adlı bir övladları vardır. Cavabdehlə ailə qurduqları ilk günlər münasibəti yaxşı olmuş və cavabdehin valideynlərinin onlara verdikləri mənzildə yaşamışlar. 2019-cu ilin fevral ayının 26-da, ********* nömrəli payçı müqaviləsinə əsasən "xxxx" MTK-nın Sumqayıt şəhərində, Bulvar ərazisinidə tikilməkdə olan 1-ci binasında, 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 60 kv.m olan, ümumi dəyəri 82200 manat olan, 10 nömrəli mənzili, ilkin ödəniş 40000 manat olmaqla ödəyərək, illik faiz dərəcəsi 10 faiz olmaqla, 240 ay müddətinə ipoteka ilə aylıq ödəniş 407,24 manat olmaqla cavabdehin adına almışlar, pulun tamamını bank "xxxx" MTK ödəmişdir (Azərbaycan Beynəlxalq Bankının Səbail filialı ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 011№ kredit Müqaviləsinə əsasən). 25 mart 2019-cu ildə həmin mənzil təmirli şəkildə onlara təhvil verilmiş, bundan sonra o mənzilə müvafiq olaraq, elektrik sayğacı, qaz sayğacı, su sayğacı çəkdirmiş, və mənzilin otaqlarına ümumi dəyəri 11000 manat təşkil edən, mətbəxt mebeli, yataq otağı və qonaq otağı mebel yığdırmışdır. Bundan sonra həmin mənzilə köçərək orada yaşamağa başlamış və o azyaşlı övladı ilə birgə hazırda da orada yaşayır, cavabdeh artıq uzun müddətdir ki, köçüb Rusiyada yaşayır. Cavabdehlə münasibətləri korlandığından aralarında tez-tez mübahisələr yarandığından normal ailə həyatı sürə bilməmişlər. Buna görə də o cavabdehlə aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan azyaşlı övladları X8 oğlunun onun yanında saxlanılması qət edilmişdir. Mənzili ipoteka ilə aldıqları gündən yəni 2019-cu ilin fevral ayından 2023-cü ilin mart ayınadək, aylıq ödəniş üzrə 49 ay müddətinə qrafik üzrə 19.954,76 manat ödəniş etmişlər, hazırda banka qalan borc 38.853,85 manat (191 ay) təşkil edir. Özünün və övladının gələcəyini düşünərək hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın birinci hissəsi, yəni "xxxx" MTK tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, (Bulvar küçəsi, ev, 61) 1-ci binanın, 1-ci blok, 2-ci mərtəbəsində, sahəsi 60 kv.m olan, 2 otaqlı, 10 nömrəli mənzilə ½ hissədə iddiaçının və ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində hər hansı etiraz və ya tələbləri yoxdur və həmin hissədə iddianı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Lakin iddia tələbinin ikinci hissəsi, yəni Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 11 nömrəli kredit müqaviləsi üzrə qalan borcun ½ hissəsinin iddiaçının, ½ hissəsinin isə Cavabdeh aid edilməsi hissəsi ilə razı deyillər və həmin iddia tələbinin dəqiqləşdirilərək "qalan borcun ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi" kimi qeyd edilməsini təklif və təkid etmişlər. Çünki cavabdehin həmin öhdəliklər üzrə birgə borclu kimi tanınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.2-ci maddəsinə əsasən yalnız kreditorun, yəni indiki halda bankın razılığı ilə ola bilər. Hazırda onların belə bir razılıqları yoxdur və bank üçün sözügedən müqavilə üzrə yalnız Cavabdeh borclu kimi tanınır və tanınmalıdır. Bununla bağlı daha öncələr də formalaşmış məhkəmə təcrübəsinə dair Səbail Rayon Məhkəməsinin 2(009)-147/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi də hazırki müraciətə əlavə olunmuşdur. İddiaçının nümayəndəsi Vəkil məhkəmənin hazırlıq iclaslarında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini tam müdafiə edir. Tərəflər 2017-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından 1 uşaqları vardır. Birgə nikah dövründə, 2019-ci il tarixdə Kristal Abşeron MTK-nın Sumqayıt şəhərindən mənzil almışlar. İpoteka üzrə hər ay müvafiq ödənişlər olunur. 2022-ci ildə tərəflər arasında olan nikah pozulmuşdur. Halhazırda iddiaçı uşağı ilə birlikdə həmin mənzildə, cavabdeh isə Rusiyada yaşayır. İddiaçı uşağının gələciyini təmin etmək üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini əsaslı hesab edir və təmin edilməsini xahiş etmişdir. Onlar öz hesabları ilə hesablamışlar, borca dair rəsmi sənəd almamışlar. Təxminən 19.955 manat ödəniş olmuş, 38.854 manat qalıq borc vardır. Borcla bağlı banka sorğu verməmişlər. Onlar payların müəyyən edilməsini və mənzilə hüquqlarının tanınmasını xahiş etmişlər, pulun bölünməsini istəməmişlər, ona görə də banka sorğu verməmişlər, lakin bu barədə sorğu verə bilərlər. Tələblərinin həlli ilə bağlı həm Apellyasiya Məhkəməsinin, həm Ali Məhkəmənin qəraraları, həm də Konstitusiya Məhkəməsinin şərhi vardır. Bu barədə oxşar qərarları da e-kabinet vasitəsilə sistemə yerləşdirmişdir. Qarşı tərəfin yüklədiyi qətnamələrlə də tanış olmuşdur. Hesab edir ki, həmin qətnamələr fərqli hallarla bağlıdır. Hazırki tələblə əlaqəsi yoxdur. Mənzil onsuz da bank qarşısında yüklüdür, əgər öhdəlik yerinə yeririlməsə belə, bunun bank üçün heç bir riski yoxdur. Digər tərəfdən baxmayaraq ki, müqavilə cavabdehin adınadır, bügünkü gün ödənişləri iddiaçı ödəyir, cavabdehin bank qarşısında öhdəliyini iddiaçı həyata keçirir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq Türkiyə Respublikasında olduğundan, xx.xx.2023-cü il saat 10:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak etməmə səbəbini üzrlü sayaraq eyni zamanda, iddia tələbini tam müdafiə etdiyini nəzərə alaraq, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 izahatında öz mövqelərində qaldığını qeyd edərək, məhkəməyə təqdim etdikləri ərizənin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq qeyd etdi ki, iddia tələbi iki hissədən ibarətdir. Birinci hissəsi borc ilə bağlıdır. Ötən məhkəmə iclaslarında mövqelərini bəlli etmişlər ki, Mülki Məcəllənin tələbinə görə öhdəliyin bölünməsi, yəni öhdəliyin şəxslər arasında bölünməsi yalnız kreditorun razılığı ilə mümkündür. Kreditor olaraq "xxxx" ASC ötən məhkəmə iclaslarında da eyni zamanda ərizə ilə müraciət edərək buna razı olmadığını bildirmişdir. İpoteka predmeti olaraq mənzil üzərində payların müəyyən olunmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Bununla bağlı onların hər hansı bir etirazı yoxdur. Qalan borcun ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin olunmamasını xahiş edirlər. Bu 2018-ci il tarixdən həm icra mərhələsində, həm də əksər banklarda formalaşmış problemdir. Əvvəl bir borclu olur idisə onlar ondan tələb edirdilər. Əgər onun bankda hesabları var idisə, həmin hesablara tutma yönəldirdilər. Bu vəziyyətdə onların iki borclusu olur və onlar iki borcludan tələb etmək məcburiyyətində qalırlar. Əgər digər borcunun heç nəyi olmursa, bu məbləğə tutma illər ilə qalır. Bunun nəticəsində isə onlar heç nə edə bilmirlər. 30 il icra müddətinə qədər onlar heç bir zaman borcu tuta bilmirlər. Mülki Məcəllənin normasını qeyd etməkdə məqsəd odur ki, kreditora öhdəliyin tələb olunması zamanı çətinlik törədilməsin. Ona görə də razılıq məsələsini qanunvericilik təsbit etmişdir. O qətnaməni ona görə qoymuşlar ki, o Ali Məhkəməyə qədər getmişdir. Elə işlər var ki, Ali Məhkəməyə qədər getmir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə bildirişini cavabdehin həmin ünvandan köçməsi səbəbindən ona təqdim etmək mümkün olmamış, bu barədə qeyd yazılmış məhkəmə bildirişi geri (məhkəməyə) qaytarılmış, Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: "xxxx" MTK-nın Sumqayıt Şəhəri Bulvar Mənzil Tikinti Kooperativi tərəfindən göstərilmiş Kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında 25 mart 2019-cu il tarixli, ********* nömrəli müqavilədən görünür ki, bir tərədən "xxxx" MTK-nın Sumqayıt Şəhəri Bulvar Sumqayıt şəhəri Bulvar ərazisi X3 şəxsində bundan sonra “İdarə edən” adlandırılacaq "xxxx" MTK-nın Sumqayıt şəhəri, Bulvar və digər tərəfdən bundan sonra “Mülkiyyətçi” adlandırılacaq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Sumqayıt şəhəri, Bulvar ərazisi ünvanında yerləşən 8 mərtəbəli yaşayış binasının 1.1 bina, 1 blok, 2 mərtəbə, 2 otaqlı, 60 kv.m, 10 saylı mənzilin kommunal xidmətləri haqqında hazırki müqaviləni bağlamışlar. Hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” tapşırıq verir, “İdarə edən” isə haqqı ödənilməklə Sumqayıt şəhəri, Bulvar ərazisi ünvanında yerləşən binanın adları aşağıda göstərilən əmlaklarının lazımi şəkildə saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işləri icra etməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən digər şəxslərə kommunal xidmətlər göstərməyi və çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00847 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 17:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh bildiriş məktubu göndərilmiş, lakin tərəfin xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının hüdudlarını tərk etdiyi bildirilmişdir. Tərəflərə əlaqə saxlamaq üçün başqa heç bir əlaqə vasitəsi olmadığı üçün əlaqə yarada bilməmişdir. Tərəf İMS-də iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1986-cı il tarixdə anadan olmuş Cavabdeh və xx.xx.1988-ci il tarixdə anadan olmuş İddiaçı qeydiyyat ünvanları barədə arayış verilməsi xahiş edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X8 oğlu adlı bir övladı vardır. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 42.200.00 manat məbləğində krediti illik 10% olmaqla, 240 ay müddətinə, ayda 407.24 manat olmaqla krediti aldığı vaxtdan yəni, xx.xx.2019-cu il tarixdən bir ay sonra yəni, xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay banka 407.24 manat, sonuncu ay isə 406.96 manat ödəməklə qaytarmalıdır. 26 fevral 2019-cu il tarixli, 00000252 nömrəli payçı müqaviləsindən görünür ki, bir tərəfdən “MTK” adlanacaq "xxxx" MTK-nın Nizamnaməsinə əsasən hərəkət edən Sumqayıt filialının direktoru X3 şəxsində, digər tərəfdən “Payçı” adlanacaq, vətəndaş Cavabdeh şəxsində, biryerdə Tərəflər adlanacaq, aşağıdakı şərtlər ilə bu müqaviləni bağlamışlar. “MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri, Bulvar ərazisində tikilməkdə olan 1-ci binasında, 1-ci blok, 2-ci mərtəbə, 10 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Sumqayıt şəhəri, Bulvar ərazisində, tikilməkdə olan 1-ci binasında, 1-ci blok, 2-ci mərtəbə, 10 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədən göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin "xxxx" MTK-nın Sumqayıt şəhəri, Bulvar yaşayış kompleksində xidmət göstərək kommunal ödənişi etməyi öhdəsinə götürür. Mənzilin hesablaşma sahəsi 60 kv.m təşkil edir. Mənzilin 1 kv.m-1370 manat olmaqla, müqavilənin ümumi dəyəri 82.200 manat təşkil edir. Müqavilənin ilkin ödənişi 48,66 faiz, yəni 40000 manatdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 11 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MTK ilə borc verən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borcverən bu müqaviləyə əsasən borcalana 240 ay müddətinə 42200 manat məbləğində, kreditdən istifadəyə görə illik 10% ödəmək şərti ilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kreditin təyinatı – saziş çərçivəsində Sumqayıt şəhəri, Bulvar ərazisində tikilməkdə olan ünvanında tikilən, bina 1, 1 blok, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 60 kv.m olan 2 otaqlı 10 nömrəli mənzilin alınmasıdır. Kredit üzrə faktiki illik faiz dərəcəsi illik 10.15% faiz təşkil edir. Borc alan, bu müqavilə üzrə pul vəsaiti hesabına aldığı müqavilənin 1.2-ci bəndində qeyd edilən mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 30 gün müddətində borc verənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürür. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6384/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış, 1759 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8 oğlu yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Tərəflərin təqdim etdiyi materiallardan görünür ki; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 19 aprel 2005-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar, onların birgə nikahından 04 fevral 2006-cı ildə Cəmil, 20 iyul 2009-cu ildə Ülkər adlı iki uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulub və hər iki uşaq anaları Aygün Əliyevanın yanında saxlanılıb. Mübahisəli əmlaklar tərəflərin birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə olunub. Birgə nikah dövründə əldə edilmiş əmlaklar bölünərkən Aygün Əliyevin yanında yaşayan uşaqların mənafeyi nəzərə alınmalıdır. X7 Əliyevlə bağlanmış kredit müqaviləsi üzrə birgə borclu kimi tanınması Mülki Məcəllənin 522.2-ci maddəsinə əsasən yalnız kreditorun razılığı ilə ola bilər. Bu baxımdan X7 Əliyevin kredit öhdəlikləri üzrə birgə məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsaslar mövcud deyil və sair. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 32, 37.1, 37.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh Toğrul Əliyev apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, birgə nikah dövründə əldə edilmiş mənzilin bölünərək mənzilin ½ hissəsinə onun, ½ hissəsinə Aygün Əliyevanın mülkiyyət hüququnun tanınması, nəqliyyat vasitəsinin satışından əldə edilən 8.000 manat məbləğin ½ hissəsini təşkil edən 4.000 manat pulun ondan tutulub Aygün Əliyevaya verilməsi, habelə kredit müqaviləsi üzrə nikahlarının pozulduğu 20 avqust 2019-cu ildən kredit müqaviləsinin müddətinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli borc məbləğinin ½ hissəsinin Aygün Əliyevaya aid edilməsi, hər ay sonuncudan tutulub ona ödənilməsi və qalan hissələrdə ilk və qarşılıqlı iddiaların rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etsə də, birgə nikah dövründə əldə edilmiş əmlaklarda tərəflərin paylarını bərabər bölməklə səhvə yol verib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 36.1-36.4, 37.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 2629/2021 saylı qərarı ilə iddiaçı Əliyeva Aygün Nazim qızının kasasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2020-ci il tarixli, 2(103)-8724/2020 saylı qətnaməsinə qismən - mənzildən payların müəyyən edilməsi hissəsində dəyişiklik edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 saylı evin 109 saylı mənzilində iddiaçı Əliyeva Aygün Nazim qızının pay 3/5 hissədə, cavabdeh X12 oğlunun pay isə 2/5 hissədə müəyyən edilməsi, qalan hissədə qətnamənin iddiaçı Əliyeva Aygün Nazim qızı və cavabdeh X12 oğlunun kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia tələbinin birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi hissəsində məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Sadalanan normaların təhlilindən və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün eyni zamanda iki halın, həmin əmlakın nikah müddətində və ümumi gəlirlər hesabına əldə olunması halının olması zəruridir. Xüsusi diqqətə alınmalıdır ki, mülki qanunvericilikdə nikah dövründə əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Oxşar mövqe Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında da ifadə edilmişdir. Belə ki, Konstitusiyanın 13 və 29-cu maddələrinin mənasına görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-ci maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından görünür ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflər arasındakı nikah məhkəmənin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 2019-cu ilin fevral ayının 26-da, ********* nömrəli payçı müqaviləsinə əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, (Bulvar küçəsi, ev, 61) 1-ci binanın, 1-ci blok, 2-ci mərtəbəsində, sahəsi 60 kv.m olan, 2 otaqlı, 10 nömrəli mənzili, ilkin ödəniş 40000 manat olmaqla ödəyərək, illik faiz dərəcəsi 10 faiz olmaqla, 240 ay müddətinə ipoteka ilə aylıq ödəniş 407,24 manat olmaqla cavabdehin adına almışlar, pulun tamamını bank "xxxx" MTK ödəmişdir (Azərbaycan Beynəlxalq Bankının Səbail filialı ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 011№ kredit Müqaviləsinə əsasən). Beləliklə, tərəflərin birgə nikahı dövründə "xxxx" MTK tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, (Bulvar küçəsi, ev, 61) 1-ci binanın, 1-ci blok, 2-ci mərtəbəsində, sahəsi 60 kv.m olan, 2 otaqlı, 10 nömrəli mənzili əldə etmələri işin mübahisə edilməyən halıdır. İddiaçı həmin mənzilə ½ hissədə payının müəyyən edilməsini tələb edir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, birgə nikah dövründə əldə edilmiş əmlaklara münasibətdə onların nikah dövründə birgə vəsait hesabına əldə olunmasını sübut olunmuş, qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüquqularının müdafiəsi baxımından tərəflərin payına düşən hissədən maneəsiz istifadə imkanın olması üçün onların tanınan və qorunan hüquqları müdafiə edilməklə, şərait yaradılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci mad.). Məhkəmə iclasında müəyyən olunduğu kimi, tərəflərin ailə münasibətləri pozulsa belə birgə nikah dövründə əldə etdikləri əmlaka münasibətdə əmlakları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin qaydalarına əsasən iddiaçının ümumi əmlakdakı payı ½ hissədə, cavabdehin payı isə müvafiq olaraq ½ hissədə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPMin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda göstərilən normasının tələblərinə zidd olaraq, İddiaçı iddia tələbinin ikinci hissəsi (Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail filialı arasında bağlanmış 26 fevral 2019-cu il tarixli, 11 nömrəli kredit müqaviləsi üzrə qalan borcun ½ hissəsinin iddiaçının (İddiaçı), ½ hissəsinin isə Cavabdeh aid edilməsi) ilə bağlı məhkəməyə müvafiq sübutlar təqdim etməmişdir. Bundan əlavə borcun məbləği və mübahisə predmeti barədə mənafeylərinə toxunan tərəfdən iddia tələbi ilə bağlı hissədə etiraz təqdim edilərək, kreditorun razılığının alınmasına dair sənəd təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İddia tələbinin "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə mövcud olan borcun tərəflərdən onların paylarına uyğun bölünməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh "xxxx" ASC ilə (xx.xx.2019-cu il tarixli, 11 saylı) bağlanmış kredit müqavilələri üzrə öhdəliklərinə gəldikdə, iddiaçının həmin öhdəliklər üzrə birgə borclu kimi tanınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.2-ci maddəsinə əsasən yalnız kreditorun razılığı ilə ola bilər. Yuxarıda göstərilən kreditorun belə razılığı nə iddiaçı, nə də, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Deməli, iddiaçının cavabdehin kredit öhdəlikləri üzrə birgə məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Eyni zamanda məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi yəni, kreditor buna razılıq ifadə etməmiş, həmin hissədə qəbul etmədiklərini şəksiz nümayiş etdirmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki obyektlər ilə yanaşı pullar da əşyadır. Əgər pul nikah dövründə ər-arvad tərəfindən əldə edilibsə onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, məhkəmə müdafiəsindən çıxış edərək tərəflərin birgə nikah dövründə əladə edilmiş əmlakla bağlı çəkilmiş xərclərlə bağlı tələblə çıxış edərək onu mübahisələndirmək hüququ istisna edilmir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı) Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2019-cu il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, (Bulvar küçəsi, ev, 61) 1-ci binanın, 1-ci blok, 2-ci mərtəbəsində, sahəsi 60 kv.m olan, 2 otaqlı, 10 nömrəli mənzilin İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə olunmasını, həmin əmlakların iddia ərizəsində qeyd edildiyi kimi, tərəflər arasında bərabər bölünməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcud olmamasını nəzərə alıb, qanunvericiliyin göstərilən normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qeyd olunan əmlaklar üzərində tərəflərin hər birinin ½ (ikidə bir) hissədə payları müəyyən edilməklə, mülkiyyətlərinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Birgə nikah dövründə əldə olunmuş "xxxx" MTK tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, (Bulvar küçəsi, ev, 61) 1-ci binanın, 1-ci blok, 2-ci mərtəbəsində, sahəsi 60 kv.m olan, 2 otaqlı, 10 nömrəli mənzili bölünərək, həmin mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 25 (iyirmi beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar