Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3581/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əsassız varlanma şəklində iddiaçıdan aldığı 8000 (səkkiz min) ABŞ dolları pulun və illik 5 % hesablanmaqla əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinə məxsus 10cu mkr, Koroğlu prospekti, “Arzu” şadlıq Sarayının yanında 50 kvadrat metr torpaq sahəsini keçirilən hərrac müsabiqəsində qalib gələrək 15 il müddətinə icarəyə götürdükdən sonra orada tikinti işlərinin aparılması üçün icazə alınması məqsədilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müfəttişi Cavabdeh 8000 ABŞ dolları məbləğində rüşvət vermişdir. İddiaçıdan hədə-qorxu ilə tələb etdiyi həmin pulu geri almaq və iddiaçıya qarşı edilmiş həmin əməlin cəzalandırılması üçün Prokurorluğa, Polis İdarəsinə dəfələrlə müraciət etmişdir. Ləğv edilməmiş bu qərar olduğu üçün iddiaçının etdiyi şikayətlər heç bir nəticəsini verməmişdir. İddiaçı bu gün də bu cinayətlə mübarizə aparır. Ən azından o cinayət mühakimə icraatı qaydasında cəzalanana qədər onun iddiaçıya olan borcunu qaytarmasını hüquq yolla tələb etmək istəyir (hər dəfə müxtəlif yollarla-şifahi formada və s şəkildə həmin pul məbləğini tələb etməyi bir nəticə vermədiyi üçün). Cavabdeh etirazla məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə şəxsi münasibətləri zəminində hesablaşmaq niyyəti ilə barəsində böhtan və iftira xarakterli ifadələr işlətməklə ondan əsassız şəkildə pul tələb edir. Artıq 10 ildən çoxdur ki, iddiaçı müxtəlif dövlət orqanlarına cavabdehin barəsində şikayət ərizələri, məhkəmələrə iddia ərizələri ünvanlayaraq yalan və iftira dolu ifadələrlə onu cəzalandırmağa çalışır. Hal-hazırda da iddiaçı guya cavabdehə 8000 ABŞ dolları məbləğində rüşvət verdiyini bildirərək həmin pulu ondan tələb edir. Halbuki sözügedən iddia ilə bağlı, yəni caavbdehin iddiaçıdan guya 8000 ABŞ dolları rüşvət almağı iddiası ilə əlaqədar İddiaçı şikayətləri əsasında Sumqayıt şəhər Prokurorluğunda və Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis Bölməsində müvafiq araşdırmalar aparılmış və iddiaçının cavabdehin ondan rüşvət almağı ilə bağlı bildirdiklərinin həqiqəti əks etdirmədiyi sübuta yetirilmişdir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki,İddiaçı ona məxsus olduğunu bildirdiyi Sumqayıt şəhərinin 10-cu mikrorayonu ərazisində “Arzu” şadlıq evinin yaxınlığında yerləşən köşk hələ 1991-ci ildən ümumi əsgərlik yoldaşı olan Əfqanıstan müharibəsi veteranı X7 məxsus olmuşdur. Bir neçə ildən sonra X10 daimi yaşamaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə köçmüş, bundan sonra həmin köşk onun atası Alışanov Şabudağın sərəncamında olmuşdur. 2000-2010-cu illər ərzində isə həmin köşkü Şükür Xələfov adlı şəxs icarəyə götürmüş və mütəmadi olaraq icarə haqqını Şabudaq Alışanova ödəmişdir. 2008-ci ilin əvvəllərində X10 anasının yas mərasimi ilə əlaqədar Azərbaycanda olarkən cavabdehin də iştirakı ilə olan görüşdə İddiaçı sözügedən köşkün altındakı torpağı sənədləşdirib satmaq niyyətini bildirmiş və iddiaçıdan bu işdə köməklik etməyini istəmişdir. İddiaçı ilə X10 arasında əldə edilmiş şifahi razılaşmaya əsasən onlar bu işə şərikli girmiş, torpağın sənədləşdirilməsini X1 Federasiyasının vətəndaşı olduğu üçün İddiaçı adına aparılmasını, sənədləşmədən sonra torpağın satılaraq pulunun ikisinin arasında bərabər şəkildə bölünməsini təklif etmiş, iddiaçı da onun bu təklifi torpağın 20000 ABŞ dolları məbləğinə satılması ilə bağlı Emin Məmmədzadə ilə razılığa gəlinmişdir. Həmin pul vəsaiti 2010-cu ilin iyul ayınadək Emin Məmmədzadə tərəfindən iddiaçıya ödənilmişdir ki, bunu müvafiq qəbzlər təsdiq edir.Torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının adına sənədləşdirildikdən sonra da iddiaçı N.X8 adına həmin torpağa dair 30 il müddəti olan etibarnamə ilə razılaşmışdır. Həmin razılaşma zamanı X10 ölkədə olmayacağını nəzərə alaraq torpaq satıldıqan sonra ona çatası pulun çatdırılması üçün həmin pul vəsaitinin cavabdehə verilməsini iddiaçıdan xahiş etmiş və iddiaçı bu xahişi yerinə yetirəcəyinə söz vermişdir. Bundan sonra İddiaçı tərəfindən torpağın sənədləşməsi işlərinə başlanılmış, bununla yanaşı 2008-ci ilin dekabr ayında həmin verməklə torpağın satışını faktiki olaraq başa çatdırmışdır. Cavabdehin qəbzə imza edərək iddiaçıdan aldığı 8000 ABŞ dolları da məhz həmin torpağın satışından əldə edilmiş və iddiaçının bu torpaqda faktiki şəriki olan X7 çatdırılmalı olan pul vəsaitidir ki, həmin pulu da cavabdeh hər iki tərəfin əldə etdiyi razılaşmaya əsasən X7 çatdırılması üçün hissə-hissə iddiaçıdan almış və ünvanı üzrə X7 çatdırmışdır. Bütün bu deyilənlər İddiaçı şikayətləri əsasında Sumqayıt şəhər Prokurorluğunda və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində aparılmış araşdırmalar nəticəsində qəbul edilmiş qərarlarla, iş materiallarında olan sənədlərlə və ayrı-ayrı şəxslərin ifadələri ilə özünün tam təsdiqini tapmışdır. Belə ki,Sumqayıt şəhər Prokurorluğunun böyük müstəntiqi X14 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 mart 2011-ci il tarixli Qərarı ilə cavabdehin iddiaçıdan rüşvət almağı faktı təsdiq olunmadığına görə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə sadalananlardan da aydın olur ki, iddaçının cavabdehə qarşı “pul tələbinə dair” iddia tələbi tamamilə əsassızdır. İddiaçının guya rüşvət şəklində cavabdehə verdiyini iddia etdiyi 8000 ABŞ dolları məbləğində pul vəsaiti əslində İddiaçı daşınmaz əmlakın satışından əldə etdiyi pul vəsaitinin şəriki olan X4 payına düşən hissəsidir ki, həmin məbləği də cavabdehə iddiaçının özü tərəfindən X7 çatdırmaq üçün verilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının cavabdeh barəsində mütəmadi olaraq hər hansı şəkildə öz təsdiqini tapmayan, böhtan və iftira xaralterli məlumatlar yayması ilə əlaqədar olaraq cavabdeh tərəfindən ona qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbləri qismən təmin olunmuş, İddiaçı maddi zərərin əvəzi olaraq 300 manat, şərəf və ləyaqətimi alçaldan,işgüzar nüfuzumu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə mənəvi zərərin əvəzi olaraq 500 manat olmaqla, ümumilikdə 800 manat pulun tutularaq cavabdehə ödənilməsi qət olunmuşdur. Həmin mülki iş üzrə İddiaçı cavabdehə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-495/2022 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin olunmamışdır. Həmin məhkəmə qətnamələrində iddiaçının cavabdehin barəsində bildirdiklərinin, o cümlədən guya cavabdehə 8000 ABŞ dolları rüşvət verməsi kimi cəfəng iddialarının həqiqəti əks etdirmədiyi bir daha öz təsdiqini tapmışdır. Beləliklə qeyd olunanlardan görünür ki, iddiaçının iddia ərizəsində bildirdikləri tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İddiaçı cavabdehə qarşı “pul tələbinə dair” iddia ərizəsində bildirdikləri böhtan və iftira xarakterli məlumatlara əsaslanaraq hər hansı mötəbər dəlillərlə sübuta yetirilməmişdir. Bu səbəbdən İddiaçı cavabdehə qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydaya görə işdə iştirak edən şəxslər tələb və etirazılarını əsaslandırdıqları faktalara istinad etməlidir. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsə onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halları və ya qanunla sübut etməli olduğu halları sübut olunması yükündən azad edə və yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən öz təşəbbüsü ilə sübutların toplama hüququ verilmir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmədən xahiş etdi ki, bu prinsiplərə əməl olunmasını təmin etsin. İddia tələbinə gəldikdə isə cavabdeh ondan 8000 dollar pul almış və qəbz vermişdir ki, “Mən Mehdiyev X3 Nizami Hümbət oğluna ayrılmış 10 mikrorayon ərazisində 50 kv. torpaq sahəsini Məmmədov Eminə satışından şərik olduğuma görə 8000 ABŞ dolları aldım.” İddiaçı həmin torpaq sahəsini bələdiyyənin keçirdiyi müsabiqə yolu ilə əldə etmiş, heç bir şəxsdən almamışdır. xx.xx.2010-cu ildə əldə etmişdir. xx.xx.2010-cu ildə 5 nömrəli qeydiyyat almaqla şəhadətnamə iddiaçıya verilmişdir. Bununla əlaqədar Dövlət rüsumu da ödəmiş, qəbzi də məhkəməyə təqdim etmişdir. Çıxarış da təqdim etmişdir ki, orada həmin torpaq sahəsinin ölçüləri göstərilir, çıxarışla bərabər arayış da təqdim etmişdir. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş, mülkiyyətin də üstündə qanunsuz və qanuni tikililərin olmaması barədə, yüklü olmaması barədə arayış verilmişdir. İddiaçı torpağı hal-hazırda Emin adlı şəxsə satdığını, 8000 dolları da cavabdehə verdiyini bildirdi. Özü qeyd edir ki, iddiaçı ilə şərikdir, amma cavabdehin onunla heç bir şərikliyi olmadığını bildirdi. Cavabdeh o vaxt pulu iddiaçıdan tikintiyə icazə almaq məqsədilə aldığını qeyd etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin əsassız olduğunu, bu səbəbdən rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini qəbul etmədi. İddiaçının bildirdikləri illərlə davam edən böhtanın tərkib hissəsidir. İş materiallarında da bununla bağlı istər Sumqayıt şəhər 4-cü Polis Bölməsinin, istərsə də Sumqayıt Şəhər Prokurorluğunda araşdırılmalar aparılıb, şahidlər dindirilib, izahatlar alınmışdır. İddiaçı torpaq sahəsini qeyri-qanuni satmışdır və həmin torpaq sahəsinin arxasında olan əlavə torpaq sahəsini ələ keçirmək istəmişdir. Sadəcə olaraq həmin torpaq sahəsi başqa şəxsin adına sənədləşdirildiyi üçün bunun günahını İmran müəllimdə görmüşdür. İddiaçının iddialarını özü dediyindən başqa təsdiq edən heç bir sübutu yoxdur. Rüşvət olmaması istər hüquq mühafizə orqanlarında aparılan araşdırmalarla, istərsə də məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur. Hətta rüşvət adı ilə hüquqlarını müdafiə etdiyi İmran müəllimin şərəf və ləyaqətini alçaltdığı və işgüzar nüfuzuna xələl gətirdiyinə görə 800 manat məbləğində iddiaçının üzərinə pul ödəmək vəzifəsi qoyulmuşdur. Bununla bağlı məhkəmə qətnaməsi mövcuddur və sübut olunur. İlk öncə İmran müəllim elə bir səlahiyyətli şəxs deyil ki, tikintiyə icazə versin. Həmin 8000 dollar birdən-birə verilməmişdir, hissə-hissə verilmişdir ki, vaxtilə onların yoldaşı olmuş, hal-hazırda Sankt-Peterburq şəhərində yaşayan Alışanov İlhama çatdırılsın. Çünki vaxtilə həmin köşk adıçəkilən şəxsə məxsus olmuşdur. 2008-ci ildə anasının yas mərasimində görüşmüşlər və Nizami müəllim cəmiyyətin sədri olduğunu bildirərək Alışanova demişdir ki, həmin köşkü sənədləşdirə bilər. Razılıq həmin iki şəxsin arasında olmuşdur. İmran müəllim sadəcə o pulun Alışanovun atasına çatdırılmasında məsuliyyət daşıyan dost kimi bir şəxs olmuşdur. Burada hər hansı bir rüşvətdən söhbət gedə bilməz. Rüşvət alan şəxs hər hansı bir məsuliyyəti üzərinə götürməli idi, İmran müəllim adi bir müfəttişdir, sərəncam vermək və yaxud başqa bir səlahiyyəti yoxdur. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2011-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadn görünür ki, Cavabdeh Məhərəmməli oğlunun İddiaçı rüşvət alması faktı təsdiq olunmadığına görə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. İltizamdan görünür ki, Mehdiyev X3 Nizami Hümbət oğluna ayrılmış Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində 50 kv.m torpaq sahəsinin Məmmədov Eminə satışından şərik olduğuna görə 8000 (səkkiz min) ABŞ dolları almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(105)-557/2011 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin baş məsləhətçisi X12, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Tikintiyə Nəzarət şöbəsinin mühəndisi Cavabdeh, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt hərrac və müsabiqə komissiyasına qarşı vəzifəli şəxslərin hərəkət və hərəkətsizliklərindən dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(105)-557/2011 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1130/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, İddiaçı maddi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, Cavabdeh şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat Cavabdeh xeyrinə tutulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Alışanov İlham Şahbudaq oğlunun xx.xx.2010-cu il tarixli ərizəsindən görünür ki, Alışanov İlham Şahbudaq oğlu Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Arzu” şadlıq evinin yaxınlığında yerləşən obyektin satılmasında şərik olduğuna görə ona çatan 10000 (on min) ABŞ dolları pulun alınması üçün Əfqan veteran dostu X2 həmin pulun ərizəçinin əvəzinə İddiaçı alınmasını və ona qəbz verilməsini xahiş etmişdir. Hal-hazırda 8000 (səkkiz min) ABŞ dolları dostu İmran tərəfindən alınmış bu barədə qəbz verilmişdir. 2000 (iki min) ABŞ dolları ABŞ dolları isə İddiaçı tərəfindən ödənilməmişdir. X5 xx.xx.2010-cu il tarixli ərizəsindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr ərazisində Arzu şadlıq evinin yanında yerləşən sahəsi 50 kv.m torpaq sahəsi olan yer İddiaçı adına sənədləşdirilmişdir. Həmin yeri N.X9 20000 (iyirmi min) ABŞ dollarına almışdır. Məlum olmuşdur ki, İddiaçı ona satığı yeri məhkəmədə guya ona məxsus olmadığını bildirərək çıxış etmişdir. Hal-hazırda aldığı yerdə onun tərəfindən tikinti işləri aparılır. Aldığı yerin arxasında vaxtilə aparılmış qazıntı işlərinin ona ziyanı və maneəsi olmadığını ərizədə qeyd etmişdir. Ona görə də N.X6 yerinin adından çıxış edərək hər hansı bir iddia qaldırması əsassızdır. İddiaçı ona satdığı yeri öz yeri kimi yalan təqdim etdiyi üçün müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı tələbinin hüquqi əsası kimi cavabdehin ondan pul alaraq əsassız olaraq varlanmasını qeyd edir. İddiaçı pulun cavabdehə verilməsini sonuncunun ona tikinti işlərinin aparılmasına icazə alacağı vədinə aldandığı ilə izah edir. Cavabdeh iddiaçıdan 8000 ABŞ dolları aldığını və buna dair iltizam verdiyini etiraf edir, lakin həmin pulun ümumi tanışları İlham Alışanovun əmlakının satışından iddiaçının əldə etdiyi və İlhama çatası hissəsi olduğunu bildirir. Məhkəmə hesab edir ki, cavabdehin etirazı və sübutları əsaslıdır, belə ki, tərəflər arasında çoxsaylı məhkəmə çəkişmələri o, cümlədən iddiaçının hazırki cavabdehə qarşı digər iddiası üzrə araşdırma zamanı iddiaçı cavabdehin onun vəsaitinin alaraq qaytarmaması barədə heç bir iddia irəli sürməmişdir. İddiaçının cavabdeh barədə prokurorluq orqanlarına ünvanladığı şikayət ərizəsinin araşdırması zamanı Cavabdeh Məhərəmməli oğlunun İddiaçı rüşvət alması faktı təsdiq olunmamışdır. İddiaçı torpaq sahəsini xx.xx.2009-cu il tarixdə hissə-hissə ödəmə şərti ilə Emin Məmmədzadə adlı şəxsə satdığı halda, həmin torpaq sahəsində özü tərəfindən tikinti işlərinin aparılması üçün icazə almaq məqsədi ilə cavabdehə xx.xx.2010-cu il tarixdə 8000 ABŞ dolları verməsi ağlabatan deyil. Məhkəmə hesab edir ki, cavbdehin iltizam yazaraq iddiaçıdan qəbul etdiyi 8000 ABŞ dolları onların ümumi tanışı olan İlham Alişanova məxsus əmlakın satışından sonunciya çatası vəsait olmuşdur ki, həmin vəsaitində İlham Alişanova çatdırıldığını prokurorluq orqanında araşdırma aparılarkən özü etiraf etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [697] 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında nə müqavilə öhdəliyi, nədəki, öhdəlikdən kənar əldə etdiyi pul vəsaiti mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı əsassız varlanma şəklində ondan alınmış 8000 (səkkiz min) ABŞ dolları pulun və illik 5 % hesablanmaqla əldən çıxmış faydanın Cavabdeh alınaraq iddiaçıya verilməsinə dair iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı əsassız varlanma şəklində ondan alınmış 8000 (səkkiz min) ABŞ dolları pulun və illik 5 % hesablanmaqla əldən çıxmış faydanın Cavabdeh alınaraq ona verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3581/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3581/2022
09.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver