Məhkəmə qərarları › İş №e-2(060)-36/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-36/2024

12.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-36/2024 12.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, onun və Cavabdeh1 vəkili Vəkil1, İddiaçı Cavabdeh2 Vüqar qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 Vüqar qızına qarşı əşyaların çıxarılması tələbinə dair və iddiaçı Cavabdeh2 Vüqar qızının Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki işə 12 yanvar 2024cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Vüqar qızına qarşı əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə əşyalarının mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə oğlu Cavabdeh1 nikaha daxil olmuş, lakin ailə münasibətləri uzun sürməyərək 22 iyul 2022-ci il tarixdə boşanmışlar. Oğlu ilə nikahda olan zaman cavabdeh tərəfindən müəyyən cehiz əşyaları gətirilmiş, lakin indiyə qədər həmin əşyalar mülkiyyətində olan evdən çıxarılmamışdır. Ona görə də mülkiyyət hüquqlarını məhdudlaşdıran hal yaranmış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəfələrlə cavabdehə və yaxın qohumlarına şifahi formada bildirilsə də, imtina edilmiş və müxtəlif bəhanələr gətirilərək əşyalar götürülməmişdir. Aşağıda qeyd olunan cavabdehə məxsus əşyaların mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması zərurəti yaranmışdır: 1 ədəd qonaq dəsti mebelinə daxildir: 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd TV altı, 1 ədəd güzgülü kamod, 1 ədəd 2 qapılı vitrin; 1 ədəd yataq dəstinə daxildir: 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd kamot, 2 ədəd kiçik ölçülü rəf. Vitrin üçün nəzərdə tutulmuş qonaq qab-qacaq dəsti; Mətbəxdə istifadə edilməsi üçün nəzərdə tutulmuş qab-qacaq, çəngəl-qaşıq-bıçaq, qazan dəsti. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı və Cavabdeh1 vəkili Vəkil1 iddia ərizəsinə dəqiqləşmə (əşyaların çıxarılması tələbinə dair) təqdim edərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə əşyalarının mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qət edilməsi” tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Qeyd edilən iddia ərizəsinə dəqiqləşmə edilərək Cavabdeh1 cavabdeh siyahısından çıxarılmasını istəyir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinə əsasən, Cavabdeh2 Vüqar qızının üzərinə 1 ədəd qonaq dəsti mebelinin (qiyməti- 30500 manat) ( daxildir: 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd TV altı, 1 ədəd güzgülü kamod, 1 ədəd 2 qapılı vitrin), 1 ədəd yataq dəstinin (daxildir: 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd kamot, 2 ədəd kiçik ölçülü rəf), vitrin üçün nəzərdə tutulmuş qonaq qab-qacaq dəstinin, mətbəxdə istifadə edilməsi üçün nəzərdə tutulmuş qab-qacaq, çəngəl-qaşıq-bıçaq, qazan dəstinin mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması öhdəliyinin qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 Vüqar qızı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 ədəd lüstr 2000 AZN, 4 ədəd Bra 400 AZN, Lüstrlar və bralar üçün lampalar - 100 AZN, 5 ədəd xalça və çarpayı yanı 2 ədəd ayaqaltı ilə birlikdə 2000 AZN, Pilləkən və ya giriş üçün nəzərdə tutulmuş ayaqaltı - 10 AZN, 4 ədəd Jalüz və 4 ədəd günlüklə (pərdə altı jalüz) birlikdə 700 AZN, Pərdələr və dekorlar - 3 ədəd pəncərədə (3 ədəd tül, 7 dekor hissəsi - 5 ədəd parça hissə, 2 ədəd divardan asılmaq üçün olan hissə ) - 1500 AZN, 1 ədəd taxt üçün bambuk döşək – 200AZN, 2 ədəd bambuk yorğan cüt nəfərlik – 400AZN, 6 ədəd bambuk balış – 200AZN, 2 ədəd adyal cüt nəfərlik – 300AZN, 2 ədəd adyal tək nəfərlik - 200 AZN, 2 dəst yay yorğanı dəst şəkildə (1 dəstə daxildir: 1 ədəd yay yorğanı, 1 ədəd pastel, 2 ədəd balınc üzü) - 300 AZN, 1 dəst pakrıval - (dəstə daxildir: 1 ədəd pakrıval, 2 ədəd sintepon balınc üzlə birlikdə) 500 AZN, 1 Pakrıval adyal 20 AZN, 15 ədəd pastel nabor (nabora daxildir: 1 pastel, 2 balınc üzü) - 1500 AZN, 1 ədəd pastel naboru tək nəfərlik (nabora daxildir: 1 pastel, 1 balış üzü) - 50 AZN, Yun tekstil ürünləri (8 ədəd nalça, 1 ədəd yun taxt döşəyi, 2 ədəd yun təknəfərlik döşək, 1 ədəd yun taxt yorğanı, 2 ədəd yun təknəfərlik yorğan) hamısı birlikdə 1500 AZN, Skater - 7 ədəd - 500 AZN, 2 ədəd çay dəsmalı materialnda süfrə - 50 AZN, 1 ədəd hamam dəsti qutuda xonçalıq - 100 AZN, 30 ədəd əl-üz dəsmalı - 300 AZN, 15 ədəd hamam dəsmalı - 300 AZN, 4 ədəd mətbəx dəsmalı - 10 AZN, 30 ədəd çay dəsmalı - 75 AZN, 1 ədəd qutuda əl dəsmalı naboru - 50 AZN, 1 ədəd qutuda çay dəsmalı naboru - 30 AZN, 1 ədəd saat - 300 AZN, mətbəx mebeli - 5000 AZN, aspirator 1 ədəd - 300 AZN, moyka və krant mətbəx mebeli üçün - 300 AZN, 1 ədəd mətbəx üçün stol və 4 ədəd stul dəst şəklində - 400 AZN, Yataq otağı mebeli: 1 ədəd taxt, 2 ədəd tumba (taxt və tumbalar bitişikdir), taxt önü divan 1 ədəd jozefin, 1 ədəd paltar şkafı, 1 ədəd boy güzgüsü, 1 ədəd pastel şkafı (pastelnica), 1 ədəd güzgülü termo, 1 ədəd pufik - olmaqla birlikdə 8500 AZN, Ortopedik matras - 500 AZN, Oyuncaq ayı -100 AZN, göz muncuqlu tumba üstü üçün aksesuar - 25 AZN, Toy komplekti (kolye,qolbağ,sırğa,üzük) - 8000 AZN, üzük (sibir brilliantı) - 2000 AZN, Nişan üzüyü - 1500 AZN, Kolye - 1100 AZN, Qızıl Sep və Klon - 900 AZN, qızıl üzük - 400 AZN, qızılsırğa - 600 AZN, qızılsep və Klon - 1000 AZN, Qızıl Sep - 300 AZN, qolsaatı- 300 AZN, minalısırğa - 150 AZN, talış sırğası - 1500 AZN, ağ Pandora model qolbağ - 100 AZN, Quran qabı Sep - 5000 AZN, ortası yaşıl qaşlı brilliant sırğa - 1000 AZN, sette gümüş dəst üzük sırğa - 200 AZN, Kiçik elektronik əşyalar: Tozsoran - 1 ədəd 320 AZN, Ütü 1 ədəd 240 AZN, Ətçəkən maşın - 1 ədəd 215 AZN, Şirəçəkən 1 ədəd 220 AZN, Xəmir yoğuran aparat - 1 ədəd 260 AZN, Tefal çaydan və dəmlikdən ibarət dəst - 1 ədəd 185 AZN, Termopot - 1 ədəd 120 AZN, Elektrik samovar - 1 ədəd 160 AZN, Blinçik tavası - 1 ədəd 55 AZN, Elektrikli pizza tavası - 1 ədəd 200 AZN, Meyvəqurudan aparat - 1 ədəd 150 AZN, Freetos - 1 ədəd , Kokteylaparatı - 1 ədəd 70 AZN, Elekrtikli qabı doğrayıcı - 1 ədəd , Blender dəsti - 1 ədəd 75 AZN, Rondo - 1 ədəd , Toster - 1 ədəd 160 AZN. Televizor JVC 1 ədəd - 1200 AZN, Soyuducu Hitachi 1 ədəd - 2250 AZN, Paltaryuyan LG - 1 ədəd - 1100 AZN, Kondisioner AUX 1 ədəd - 2500 AZN, Qaz peçi Novella 1 ədəd - 250 AZN, Mikrodalğalı soba Javel 1 ədəd - 350 AZN, Soba Novella 1 ədəd - 600 AZN Cavabdeh1 alınaraq iddiaçı Cavabdeh2 Vüqar qızına verilməsi və ya əmlakların verilməsi mümkün olmadıqda həmin əmlakların ümumi dəyəri olaraq 63.450 (altmış üç min dörd yüz əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun Cavabdeh1 iddiaçı Cavabdeh2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 Vüqar qızı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 may 2021ci il tarixdə iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 1 saylı Bakı Asan Xidmət X2 859 saylı nikah qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Onların həmin nikahdan uşaqları olmamışdır. Rəsmi nikaha daxil olduqdan sonra ünvan 2 ünvanında cavabdehlə birlikdə yaşamışlar. Həmçinin iddia ərizəsinə qeyd edilən siyahıda adları qeyd olunan iddiaçıya məxsus cehiz əşyaları həmin mənzilə aparılmış və evli olduqları müddət ərzində tərəflərin istifadəsində olmuşdur. Hazırda da cavabdehlərin qanunsuz istifadəsindədir. Lakin xx.xx.2021-ci il tarixdən cavabdehlə birlikdə yaşamaqları qeyri-mümkün olduğundan iddiaçı birlikdə yaşadıqları evdən birdəfəlik ayrılmış və ona məxsus əşyalar orada qalmışdır. Bu müddət ərzində əşyaların götürülməsi üçün dəfələrlə müraciətlər olunsa da cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək iddiaçıya məxsus olan 4 ədəd lüstr 2000 AZN, 4 ədəd Bra 400 AZN, Lüstrlar və bralar üçün lampalar - 100 AZN, 5 ədəd xalça və çarpayı yanı 2 ədəd ayaqaltı ilə birlikdə 2000 AZN, pilləkən və ya giriş üçün nəzərdə tutulmuş ayaqaltı - 10 AZN, 4 ədəd Jalüz və 4 ədəd günlüklə (pərdə altı jalüz) birlikdə 700AZN, Pərdələr və dekorlar - 3 ədəd pəncərədə (3 ədəd tül, 7 dekor hissəsi - 5 ədəd parça hissə, 2 ədəd divardan asılmaq üçün olan hissə ) - 1500AZN, 1 ədəd taxt üçün bambuk döşək - 200AZN, 2 ədəd bambuk yorğan cüt nəfərlik - 400AZN, 6 ədəd bambuk balış - 200AZN, 2 ədəd adyalcüt nəfərlik - 300 AZN, 2 ədəd adyal tək nəfərlik - 200 AZN, 2 dəst yay yorğanı dəst şəkildə (1 dəstə daxildir: 1 ədəd yay yorğanı, 1 ədəd pastel, 2 ədəd balınc üzü) - 300 AZN, 1 dəst pakrıval - (dəstə daxildir: 1 ədəd pakrıval, 2 ədəd sintepon balınc üzlə birlikdə) 500 AZN, 1 Pakrıvaladyal 20 AZN, 15 ədəd pastel nabor (nabora daxildir: 1 pastel, 2 balınc üzü) - 1500 AZN, 1 ədəd pastel naboru tək nəfərlik (nabora daxildir: 1 pastel, 1 balış üzü) - 50 AZN, Yun tekstil ürünləri (8 ədəd nalça, 1 ədəd yun taxt döşəyi, 2 ədəd yun təknəfərlik döşək, 1 ədəd yun taxt yorğanı, 2 ədəd yun təknəfərlik yorğan) hamısı birlikdə 1500 AZN, Skater - 7 ədəd - 500 AZN, 2 ədəd çay dəsmalı materialnda süfrə - 50 AZN, 1 ədəd hamam dəsti qutuda xonçalıq - 100 AZN, 30 ədəd əl-üz dəsmalı - 300 AZN, 15 ədəd hamam dəsmalı - 300 AZN, 4 ədəd mətbəx dəsmalı - 10 AZN, 30 ədəd çay dəsmalı - 75 AZN, 1 ədəd qutuda əl dəsmalı naboru - 50 AZN, 1 ədəd qutuda çay dəsmalı naboru - 30 AZN, 1 ədəd saat - 300 AZN, mətbəx mebeli - 5000 AZN, aspirator 1 ədəd - 300 AZN, moyka və krant mətbəx mebeli üçün - 300 AZN, 1 ədəd mətbəx üçün stol və 4 ədəd stul dəst şəklində - 400 AZN, Yataq otağı mebeli: 1 ədəd taxt, 2 ədəd tumba (taxt və tumbalar bitişikdir), taxt önü divan 1 ədəd jozefin, 1 ədəd paltar şkafı, 1 ədəd boy güzgüsü, 1 ədəd pastel şkafı (pastelnica), 1 ədəd güzgülü termo, 1 ədəd pufik - olmaqla birlikdə 8500 AZN, Ortopedik matras - 500 AZN, Oyuncaq ayı -100 AZN, göz muncuqlu tumba üstü üçün aksesuar - 25AZN, toy komplekti (kolye,qolbağ,sırğa,üzük) - 8000AZN, üzük (sibir brilliantı) - 2000AZN, Nişan üzüyü - 1500 AZN, Kolye - 1100 AZN, Qızıl Sep və Klon - 900 AZN, qızıl üzük - 400 AZN, qızılsırğa - 600 AZN, qızılsep və Klon - 1000 AZN, Qızıl Sep - 300 AZN, qol saatı- 300 AZN, minalı sırğa - 150 AZN, talış sırğası - 1500 AZN, ağ pandora model qolbağ - 100 AZN, Quran qabı Sep - 5000 AZN, ortası yaşıl qaşlı brilliant sırğa - 1000 AZN, sette gümüş dəst üzük sırğa - 200 AZN iddiaçıya məxsus əmlaklar cavabdeh tərəfindən saxlanılmaqdadır. Dəfələrlə, həmin əmlakların cavabdehdən qaytarılması tələb edilmiş, lakin adları sadalanan əmlaklar hələ də cavabdeh tərəfindən qaytarılmamış və əşyaları götürmək üçün iddiaçıya şərait yaradılmamışdır. Odur ki, iddiaçıya məxsus olan həmin əmlakların cavabdehdə qalması mülkiyyət hüquqularının pozulmasına səbəb olmuşdur. Hesab edir ki, yuxarıda adları qeyd olunan əmlaklar iddiaçı tərəfindən alındığı üçün həmin əmlaklar onun ayrıca əmlaklarıdır və onlar cavabdehin qanunsuz sahibliyindən alınmaqla və ya dəyəri ödənilməklə iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir. Göstərilənlərə əsaəsn iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı və Cavabdeh1 vəkili Vəkil1 məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçı Cavabdeh2 Vüqar qızının iddia tələbi üzrə iddia etdiyi əmlakların bir hissəsi tamamilə absurd və əsassız olaraq tələb olunur. Çünki iddiaçı cehiz əşyası kimi gətirmədiyi, həmçinin say həddi baxımından az gətirdiyi əşyaları bilərəkdən çox yazaraq maddi ziyan vurmaq niyyətindədir. Həmçinin qızıl zinət əşyalarını gedərkən özü ilə apardığı halda, bəzilərinin isə ümumiyyətlə mövcud olmadığı halda iddia ərizəsində qeyd edərək ondan əsassız olaraq tələb edir. İddiaçı Cavabdeh2 Vüqar qızının yalandan iddia ərizəsində bu xüsusatları göstərməsi ona maddi ziyan vuraraq qisas almaq niyyətindən irəli gəlir. Belə ki, bu hallarla bağlı ona ziyan vurmaq üçün dəfələrlə müxtəlif hüquq mühafizə orqanlarına guya onun dələduz olmağı, kiber cinayət törətdiyi haqqında həqiqəti əks etdirməyən məlumatlar yazmış və şikayət etmişdir. Bu halların heç biri öz təsdiqini tapmamış və yalan olduğu ortaya çıxmışdır. Həmçinin bildirmək istərdi ki, iddiaçı Cavabdeh2 Vüqar qızına məxsus cehiz əşyalarının çıxarılması ilə bağlı ondan əvvəl atası İddiaçı iddia qaldırmış və əşyaların mülkiyyətində olan evdən götürülməsini tələb etmişdir. Bu tələb bundan əvvəl dəfələrlə şifahi formada da olmuşdur. Lakin Cavabdeh2 Vüqar qızı gəlib əşyalarını götürmək əvəzinə, iddia qaldıraraq bəzi gətirmədiyi cehiz əşyalarını, həmçinin gedərkən özü ilə apardığı qızıl zinət əşyalarını tələb edir. Bütün bunlar onu göstərir ki, Cavabdeh2 Vüqar qızı sadəcə maddi ziyan vuraraq qisas almaq niyyətindədir. Bildirmək istərdi ki, Cavabdeh2 Vüqar qızının iddia tələbində göstərilən qızıl zinət əşyaları özü tərəfindən gedərkən aparılmışdır, bəziləri isə ümumiyyətlə mövcud olmamışdır. Həmçinin cehiz əşyaları tərəflərindən siyahı üzrə yoxlanılmış və aşağıdakı cədvələ əsasən uyğun olmayan əşyalar dəqiqləşdirilmişdir. Aşağıdakı siyahıya əsasən uyğun gəlməyən və iddiaçı tərəfindən cehiz əşyası kimi gətirilməyən əşyaları müəyyən etmək olar: Bambuk balış 4, Pastel nabor 10, Skater 4, Əl üz dəsmalı 24, Hamam dəsmalı 10, Çay dəsmalı 20 ədəddir. Mətbəx mebeli 1 ədəd olmaqla atası alıb və yığdırıb, Aspirator 1, Moyka + krant 1, Kondisioner AUX 1 ədəd olmaqla atası alıb. Elektrikli qabı doğrayıcı, Blender dəsti 1, Pakrıval adyal mövcud deyil. Qızıl zinət əşyaları istisna olmaqla və yuxarıdakı cədvəl dəqiqləşdirilməklə, həmçinin iddiaçı Cavabdeh2 Vüqar qızının iddia tələbindəki cehiz əşyaları və iddia ərizəsində qeyd etmədiyi qonaq otağı dəsti hazırda mövcuddur və istənilən vaxt siyahı və akt əsasında götürülə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh1 səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək bildirdi ki, İddiaçı iddia ərizəsində çıxarılmasını tələb etdikləri əşyalar Cavabdeh2 məxsusdur. Əşyaların mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçının oğlunun da əvvəl cavabdeh qismində qoyulmasının səbəbi o idi ki, o, Cavabdeh2 əşyaları çıxartmağa təhrik edə bilsin. Hazırda bütün cehiz əşyalarının çıxarılmasını istəyirlər. Qarşı tərəfin iddia tələbini qızıl-zinət əşyaları xaric və siyahıda qeyd olunmayan digər əşyalara münasibətdə qəbul edirlər. Qızıl-zinət əşyaları ümumiyyətlə aparılıb. Mebel Pərvinin anası tərəfindən bəyənilərək seçilib. Sadəcə Lənkəran rayonundan gəlməmək üçün alınması üçün pul göndərilib. Rüfətin ailəsinə mebelin seçilib alınması tapşırılmayıb. Bununla bağlı şikayətlər edilib, amma nəticəsi olmayıb. Pərvin ailəli olduqları 4 ay ərzində dəfələrlə Rüfətdən boşanacağını deyib. Tərəflərin hər ikisi evdən birlikdə çıxıb. Pərvin anasının gələcəyini və onunla gedəcəyini deməyib. Evə qayıdan zaman Rüfət Pərvinə zəng edəndə onun anası ilə gedəcəyini öyrənmişdir. Tərəflərin arasında heç bir problem, söz-söhbət olmayıb. Adi qaydada evdən çıxıblar, çıxanda Rüfət yoldaşının çantasını yoxlamayıb. Bu etik də deyil. Pərvin anası ilə görüşəndən sonra Rüfətə zəng edib və həmin vaxt Rüfət anası ilə getsə gəlməyəcəyini Pərvinə deyib. Cavabdeh2 noyabrda evdən gedib. Qızılların itməsi ilə bağlı Polisə şikayət verilib. Rüfət evdə tapmadığına görə şikayət verib. O vaxtdan sonra Pərvin xanım evə qayıtmayıb. Boşanmadan sonra Polisə müraciət ediblər. Hadisə 2022-ci ildə olub. Evdə kamera var, evə başqa heç kim girməyib. Pərvin otağa keçib və sonra qızıllar yoxa çıxıb. Bundan başqa qarşı tərəf ziddiyyətli izahatlar verir. İlk öncə iddiaçı tərəf izahatında mebelin alınması üçün 42500 manat verdiyini, məhsulun dəyərinin isə 20000 manat olduğunu, indi isə məbləğin daha az və mebelin sexdə yığıldığını deyir. Hazırda Cavabdeh1 mebelin Türkiyədən gətirilməsi barədə tələb etməsi üçün hər hansı bir səlahiyyəti yoxdur. Bu günə kimi tərəflər arasında belə bir mübahisə olmayıb. Bu məsələ tərəflər boşandıqdan sonra ortaya çıxıb. Bir daha bildirir ki, mebelin alınması üçün Rüfətə pul verilmiş və həmin məbləğ ödənilərək mübahisəli mebel alınmışdır. Burada əslində Rüfətin məsuliyyət daşıyacağı bir hal yoxdur. Bundan başqa qızıl-zinət əşyalarının dəyəri qarşı tərəfin verdiyi vəsatət əsasında müəyyən olunub. Ekspert qeyd edir ki, şəkillər əsasında müəyyən etmək mümkün olmayıb. Hesab edir ki, qızıl-zinət əşyalarının dəyəri subyektiv əsaslarla müəyyən olunub. Tərəf istədiyi halda qızıl-zinət əşyalarını əyarını fərqli qeyd edə bilərdi. Həmçinin bildirir ki, mebel hissəsində ekspert rəyi ilə razıdırlar. Əlavə olaraq qeyd edir ki, iddia ərizəsində Quran qabı olan sepin də qeyd olunmasına baxmayaraq, onun kim tərəfindən və nə vaxt alındığı aydın deyil. Qarşı tərəf Quran qabı və sepin Pərvin xanımın anasının boynunda olduğu şəkli özü məhkəməyə təqdim edib. Bir daha qeyd edir ki, evin ikinci mərtəbəsi Pərvin xanımın əşyaları ilə doludur, bu isə iddiaçı İlham Əkbərlinin hüquqlarını pozur, öz əmlakından istifadə edə bilmir. Buna görə də əşyaların çıxarılmasını istəyir. Bir daha qeyd edir ki, dəqiqləşmə ərizəsində qeyd edilən Pərvinə məxsus Türkiyə istehsalı olan bütün cehiz əşyalarının evdən çıxarılmasını tələb edirlər. Bundan əlavə qızıl zinət əşyaları bijuteriyadır, heç biri həqiqi deyil. Belə ki, Rüfətin ailəsinin həqiqi qızıl zinət əşyaları almağa həmin vaxt imkanları yox idi. Quran qabı formasında olan klonla bağlı qeyd edir ki, qarşı tərəf bununla bağlı ziddiyyətli ifadələr verir. Vəkil klonun iclasda Pərvinin anası tərəfindən alındığını bildirsə də, iddia ərizəsində Rüfətin aldığını qeyd ediblər. Mətbəx mebeli və kondisionerin Rüfətin ailəsi tərəfindən alınması barədə məhkəməyə arayış da təqdim olunmuşdur. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2 Vüqar qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə etdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən mebellərin Türkiyədən sifariş edilməsi üçün Cavabdeh1 30500 manat ödəniş edilib. Lakin hazırda evdə olan mebelin qiyməti 8000-8500 manat dəyərindədir. Mebelin qiymətinin 30500 manat olması barədə gömrük sənədi təqdim edildiyi halda həmin əmlak iddiaçı tərəfindən götürüləcəkdir. Elə əslində mebelin aparılmaması səbəbi də budur. Tərəflər arasında həm də qızıl mübahisəsi var. Qarşı tərəf “Rem" mebel MMC-nin arayışını təqdim edərək qonaq otağı mebellərinin həqiqətən Türkiyədən gətirildiyini və qiymətinin 30500 manat təşkil etdiyini bildirmişdir. Lakin, həmin mebellərin Türkiyədən gətirildiyinə və qiymətinin 30500 manat olmasına əsaslı şübhələr var. İş üzrə ekspertiza keçiriliyi halda və əmlakın dəyərinin ən azı 20000 manat olduğu müəyyən edildiyi halda da iddiaçı tərəf mebeli götürməyə razıdır. Cavabdehə təxminən 20000 manat pul bank vasitəsilə ödənilib, qalan məbləğ isə əlbəəl verilib. 30000 manat dəyərində Türkiyədən gətirilməli olan mebelin burada 7000-8000 manata yığıldığı sonradan iddiaçı tərəfə aydın olub. Yığılmış mebelin 30000 manat dəyərində olduğu təsdiqlənərsə iddia tələbini həmin hissədə qəbul edirlər. Evdən çıxan zaman Pərvinin boşanmaq istəyi və niyyəti olmayıb. Hətta qarşı tərəf boşanmaq niyyətini bildirdiyi zaman barışıq üçün yalvarıb. Pərvin boşanmaq istəmədiyi üçün gedəndə qızıl və digər əşyalarını da götürməyib. Qarşı tərəf əşyaların olduğu kimi evdə qaldığını deyirsə, deməli qızıllar da ordadır. Tərəflər birlikdə mehriban şəkildə qatarla Sumqayıtdan Bakıya gediblər. Biri dərsə, biri isə işə gedib. Daha sonra Pərvin anası ilə birlikdə evlərinə gedib. Ondan sonra bir daha həmin evdə olmayıb. Bundan başqa Kondisionerin pulu hissə-hissə ödənilib. Mətbəx mebeli üçün İddiaçı 6000 manat pul verilib. Bir daha qeyd edir ki, həm kondisioner, həm də mətbəx mebeli Pərvinin atası tərəfindən alınıb. Pandemiya dövrü olduğu üçün həmin mebellər Lənkərandan alınmayıb. Həmin əşyaların alınması üçün iddiaçının valideynləri Rüfətin ailəsinə pul göndəriblər. Qonaq otağı mebeli üçün konkret olaraq 30500 manat bankla pul göndərilib. Bundan başqa evin görüntüsü ilə bağlı video var. Həmin videodan açıq aydın görünür ki, ev tamamilə sıfır vəziyyətində olub, hər şey Pərvinin ailəsi tərəfindən alınıb. Həmin videoda televizor, başqa mebelin də olduğu görünür, yalnız mətbəx mebeli yoxdur. Onu da qeyd edir ki, Quran qabı olan klon Pərvinin anası tərəfindən toy hədiyyəsi olaraq alınıb. Belə ki, Pərvingil 3 bacıdırlar, anası tərəfindən onların birinə belə sep və klon alınıb. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Pərvinin xalası oğlunun toyunda Pərvinlə Rüfət arasında dava olmuşdur. Həmin toyda Pərvin onlara qarşı hörmətsizlik etmişdir. Pərvin ondan və Rüfətdən anasından üzr istəməyi tələb edirdi. O, heç vaxt oğlu ilə gəlinin davasına qarışmırdı. Hər dəfə söz söhbət olanda Pərvin Rüfətdən boşanacağını deyirdi. Toydan sonra evdə ailəvi yemək yesələr də mübahisə davam edirdi. Həmin vaxt o da ərinin eşitməməsi üçün televizora səs verirdi. Lakin Pərvin oğlunu söymüş, qarğış edərək boşanacağını demişdir. Oğlu isə Pərvinin qolundan yavaş tutaraq otaqdan çıxartmışdır. Həmin vaxt onlara yalnız bir kəlmə söz deyərək, çöldə dalaşmamağı tapşırmışdır. Həmin gün işdən saat 4-də evə qayıdanda gəlinin artıq evdə olmadığını görmüşdür. Belə ki, anası Pərvini rayona aparmışdır. Pərvinin valideynləri Lənkəranda yaşayır. Pərvin rayona gedərkən ondan və oğlundan icazə almamışdır. Bununla əlaqədar onun telefonuna zəng edəndə, o, zənglərə cavab verməmişdir. Sonunda atası onlarla telefonla danışmış və bu zaman atası onların guya qızlarını döyüb göndərdiklərini bildirmişdir. Əslində Pərvin özünə haqq qazandırmaq üçün belə bir yalana əl atmışdır. Hər gün qızı və oğlu evdən birlikdə çıxırdılar. Belə ki, gəlini məktəbə, oğu isə işə gedirdi. Hər dəfə gəlinin əlində balaca çanta və əlavə paket olurdu. Elə Pərvin rayona getdiyi gün də o formada evdən çıxmışdı. Görünür ki, Pərvin axşamdan anası ilə bu işi planlaşdırıb. Pərvinin anası ilə o qrup yoldaşı olmuş və onu əslində yaxşı insan kimi tanımışdır. Pərvinin anası həkimdən rəy alacağını və bunun nəticəsində qızını döydüklərini sübut edəcəyini, buna görə ondan bütün mebellərin və qızılların pulunu alacağını bildirmişdir. Halbuki qızıl zinət əşyaları onların evində yoxdur. Pərvingil bütün qızılları aparıb. Buna baxmayaraq yenə qızıl iddiası irəli sürür. Pərvinin cehizi təxminən 50000 manat dəyərindədir. Həmin cehiz balaca deyil, sahəsi 200 kv.m olan evə yerləşdirilib. O, bütün qızıl zinət əşyalarını sataraq evin ikinci mərtəbəsini artıraraq gəlin üçün hazırlamışdır. Evin tikintisi üçün Pərvinin ailəsi onlara pul verməyib. Ev tikilib tam hazır olduqdan sonra toy olub. Gəlinin cehizi Türkiyə istehsalı olan qonaq otağ, yataq otağı və s. dəstindən ibarətdir. Lakin kondisionerlərin hər ikisini onlar almış, həmçinin mətbəx mebelini də yoldaşı yığdırmışdır. Hətta bununla bağlı kiçik qızının səs yazısı var. Həmin yazıda qızı Pərvinə mebellərinin hazır olduğunu bildirir. Pərvinin 4 ay gəlin olmasına baxmayaraq mətbəx mebelini də ona bağışlaya bilər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, 28 dekabrda Pərvin evə gəlib barışmaq istədiyini bildirmişdir. O isə oğlu qəbul etdiyi halda bu barışığa razı olduğunu, lakin barışacaqları halda başqa evdə yaşayacaqlarını bildirmişdir. Qızılların hamısının bijuteriya olması barədə yalan deyə bilməz. Yalnız həri mərasimində apardıqları üzük qızıl olub, qalanları bijuteriya olub . Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 82, 71 A saylı fərdi yaşayı evi mülkiyyət hüququ üzrə İddiaçı adına 1 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006cı il tarixdə qeydə alınmışdır. İşdə olan nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 Vüqar qızı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 143 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 909/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 ilə Cavabdeh2 Vüqar qızı arasında xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X2 bağlanmış 859 nömrəli nikah qeydi pozulmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçı Cavabdeh2 Vüqar qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 05 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, müəssisəyə məxsus Sumqayıt şəhəri 10-cu mkr ərazisində yerləşən “GREEN HOUSE” Mebel salonundan müştəri Cavabdeh1 tərəfindən qiyməti 30,500 (otuz min beş yüz) manat məbləğində Türkiyə istehsalı olan qonaq otağı (oturma və yemək otağı dəsti) mebel dəsti sifariş verilmişdir. Sifarişə əsasən həmin mebelin Türkiyədən ölkəyə gətirilməsi, çatdırılması və yaşadığı ünvanda quraşdırılaraq tam təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixində ilkin olaraq 10,000 (on min) manat beh məbləği verilmiş, daha sonra isə digər ödəniş məbləğləri hissə-hissə olmaqla qəbul edilmişdir. Sifariş edilmiş qonaq otağı (oturma və yemək otağı dəsti) dəstinə 1 ədəd 3 nəfərlik divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd TV altı (1.90m ölçüsündə), 1 ədəd 2 qapalı vitrin və 1 ədəd güzgülü komod, 1 ədəd yemək masası və 8 ədəd stul daxildir. Satılmış mebellər xx.xx.2021 -ci il tarixində ünvan 1 ünvanında yerləşən mənzilə çatdırılmış və orada quraşdırılaraq təhvil verilmişdir. İşdə olan Sədərək Ticarət mərkəzinin 3-cü sırasının 15-ci elektrik avadanlıqları mağazasının sahibi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli arayışdan görünür ki, İddiaçı Maksud oğlu tərəfindən 2021-ci ilin iyun ayında 1 ədəd AUX markalı kondisioner sifarişi verilmişdir. Sifariş müştərinin ünvan 3 ünvanına çatdırılmış və orada quraşdırılaraq təhvil verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 10 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, müəssisəyə məxsus mebel sexindən müştəri İddiaçı Maksud oğlu tərəfindən 2021-ci ilin yanvar ayında mətbəx mebeli dəsti sifarişi verilmişdir. Sifariş 3 ay ərzində həmin sexdə hazırlanaraq eyni ilin mart ayında müştərinin ünvan 1 ünvanına çatdırılmış və orada quraşdırılaraq təhvil verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh2 Vüqar qızına qarşı əşyaların çıxarılması tələbinə dair iddiası təmin edilməli, iddiaçı Cavabdeh2 Vüqar qızının Cavabdeh1 qarşı əmlak tələbinə dair iddiası isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının oğlu Cavabdeh1 ilə Cavabdeh2 Vüqar qızı 17 may 2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikah münasibərtlərindən övladları yoxdur. Cavabdeh2 Vüqar qızı ailə qurduqdan sonra valideynləri tərəfindən ona verilmiş cehiz əmlaklarını – hazırkı iş üzrə İddiaçı məxsus ünvan 4 ünvanına yerləşdirmişdir. Bir müddət sonra tərəflər arasında olan nikah münasibətləri Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-909/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh mənzili tərk etmiş, lakin onun cehiz əmlakları İddiaçı məxsus ünvan 4 ünvanında qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.2) Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin qanuni əsasları vardır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 4 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ailə qurarkən qaynatasına məxsus mənzilə köçməklə həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hal-hazırda cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə yerləşir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçıya məxsus mənzildə qalması onun mənzil və mülkiyyət hüquqlarına maneə yaradır. Belə olan halda Cavabdeh2 Vüqar qızına məxsus cehiz əmlaklarının İddiaçı mülkiyyətində olan ünvan 4 saylı mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməli, Cavabdeh2 məxsus 1 ədəd qonaq dəsti mebeli (qiyməti- 30500 manat) ( daxildir: 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd TV altı, 1 ədəd güzgülü kamod, 1 ədəd 2 qapılı vitrin), 1 ədəd yataq dəsti (daxildir: 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd kamot, 2 ədəd kiçik ölçülü rəf), vitrin üçün nəzərdə tutulmuş qonaq qab-qacaq dəsti, mətbəxdə istifadə edilməsi üçün nəzərdə tutulmuş qab-qacaq, çəngəl-qaşıq-bıçaq, qazan dəsti İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılmalıdır. Məhkəmə iddiaçı Cavabdeh2 Vüqar qızının Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 Vüqar qızı ilə Cavabdeh1 rəsmi nikah münasibətlərinə daxil olduqdan sonra valideynləri tərəfindən ona verilmiş cehiz əmlaklarını və toyda hədiyyə edilmiş qızıl-zinət əşyalarını Cavabdeh1 yaşadığı mənzilə yerləşdirmişdir. Lakin tərəflər arasında ər-arvad münasibətləri pozulduğundan iddiaçı Əkbərli X3 Rüfət İlham oğlu ilə birgə yaşadığı mənzili tərk edərək valideynlərinin yaşadığı ünvana getmiş və hazırda özünə məxsus cehiz və qızıl-zinət əşyalarının yaşadığı mənzildə qaldığını iddia edərək həmin əşyaların geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Beləliklə iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Məhkəmə hesab edir ki, mübahisəli əmlakların əksər hissəsinin mövcudluğu və Cavabdeh1 yaşadığı mənzildə olması sonuncunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəmə iclasında verdiyi izahatı və şahid ifadəsi ilə öz təsdiqini tapır. İş materiallarından görünür ki, tərəflər arasında cehiz və qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı yalnız 2 ədəd bambuk balış, 5 ədəd pastel naboru, 3 ədəd skater, 6 ədəd əl üz dəsmalı, 5 ədəd hamam dəsmalı, 10 ədəd çay dəsmalı olduğu, 1 ədəd blender dəsti, 1 ədəd pakrıval adyal, 1 ədəd mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd moyka+krant, 1 ədəd Aux markalı kondisioner və qızıl-zinət əşyaları ilə bağlı mübahisə vardır. Belə ki, Cavabdeh1 yaşadığı ünvanda iddiaçı Cavabdeh2 Vüqar qızına məxsus yuxarıda qeyd edilən sayda əşyaların olmadığını bildirmişdir. İddiaçı Cavabdeh2 Vüqar qızının nümayəndəsi sözügedən siyahını 2 ədəd bambuk balış, 5 ədəd pastel naboru, 3 ədəd skater, 6 ədəd əl üz dəsmalı, 5 ədəd hamam dəsmalı, 10 ədəd çay dəsmalı olduğu, 1 ədəd blender dəsti, 1 ədəd pakrıval adyal, 1 ədəd aspirator, 1 ədəd moyka+krantla bağlı hissədə mübahisələndirməmiş, yalnız 1 ədəd mətbəx mebeli və 1 ədəd Aux markalı kondisionerin dəyərinin iddiaçı Cavabdeh2 Vüqar qızının atası tərəfindən cavabdehə və valideyninə ödənildiyini, bundan sonra onlar tərəfindən həmin əşyaların alındığını bildirmişdir. Lakin iddiaçının nümayəndəsi qeyd etdikləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 Vüqar qızının iddia tələbi 2 ədəd bambuk balış, 5 ədəd pastel naboru, 3 ədəd skater, 6 ədəd əl üz dəsmalı, 5 ədəd hamam dəsmalı, 10 ədəd çay dəsmalı olduğu, 1 ədəd blender dəsti, 1 ədəd pakrıval adyal, 1 ədəd mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd moyka+krant və 1 ədəd Aux markalı kondisionerin qaytarılması hissəsində təmin edilməməlidir. Qızıl-zinət əşyalarına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə qeyd edir ki, analoji işlərdə həqiqətin müəyyən edilməsi üçün əşyalar, onların qiyməti və əşyaların kimdə qalması ilə bağlı tərəflərin izahatları məhkəmənin qənaətə gəlməyə əsas verən əsas sübutlar qismində çıxış edir. İlk növbədə qeyd edilməlidir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində olan qızıl-zinət əşyalarının mövcudluğu və onların iddiaçıya hədiyyə edilməsi iş materialları ilə qismən təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarından 1 ədəd qol saatı, 1 ədəd minalı sırğa, 1 ədəd ağ Pandora model qolbağ, 1 ədəd ortası yaşıl qaşlı brilliant sırğa və sette gümüş dəstin (üzük sırğa) mövcudluğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Digər qızıl-zinət əşyalarına gəldikdə isə məhkəmə qeyd edir ki, həmin əşyaların mövcudluğu işdə olan fotoşəkillər, ekspert rəyi və digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli, 9/6553 nömrəli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərardadda göstərilən 10 adda qızıl-zinət əşyalarının nəzəri qaydada hal-hazırki tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 12040,00 manat müəyyən edilir. Digər 6 adda qızıl-zinət əşyaları haqqında kifayət qədər məlumat (əyyarı, çəkisi və s.) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd edilən qızıl-zinət əşyalarının fotoşəkillər əsasında müəyyən etmək məhkəmə ekspertizalarının səlahiyyətlərinə aid deyildir. Qeyd edilən qızıl-zinət əşyalarının dəyəri verilmiş vəsatət əsasında tədqiqat aparılmışdır. Ekspertiza təyini haqqında qərardadda göstərilən və eləcədə "xxxx" MMC-nin məlumatlarına əsasən cehiz əşyasının nəzəri qaydada hal-hazırki tarixə orta bazar qiyməti 20000.0 manat, 2021-ci ilin iyun ayına isə təxminən 30500 manat müəyyən edilir. Həmin qızıl-zinət və cehiz əşyaların adları və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Həmin Ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, 1 ədəd toy komplekti (kolye, qolbağ, sırğa, üzük) 585 əyar, 60 qram-4200 manat, 1 ədəd üzük (sibir brilliantı) 585 əyar, 7 qram – 490 manat, 1 ədəd nişan üzüyü 585 əyar, 8 qram 560 manat, 1 ədəd kolye 585 əyar, 10 qram 700 manat, 1 ədəd klon 585 əyar, 7 qram 490 manat, 1 ədəd qızıl üzük 585 əyar, 7 qram – 490 manat, 1 ədəd qızıl sırğa 585 əyar, 6 qram – 420 manat, 1 ədəd qızıl sep və klon 585 əyar, 12 qram 840 manat, 1 ədəd qızıl sep 585 əyar, 5 qram - 350 manat, 1 ədəd quran qabı sep 585 əyar, 50 qram- 3500 manat, cəmi 12040 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyaların dəyəri ilə bağlı iş materiallarında ekspert rəyində göstərilənlərdən başqa digər bir mötəbər sübut mövcud olmadığından həmin rəydə göstərilənlər əsas götürülməlidir. Məhkəmə onu da qeyd edir ki, ekspert tərəfindən 1 ədəd talış sırğasının (20 qram) dəyəri müəyyən edilməsə də, məhkəmə hesab edir ki, sözügedən qızıl-zinət əşyasının mövcudluğu öz təsdiqini tapdığından onun qiymətinin müəyyən edilməməsi həmin qızılzinət əşyasına münasibətdə iddia tələbinin təmin edilməməsinə səbəb ola bilməz. Məhkəmə vindikasiya iddiasının irəli sürülməsi üçün zəruri olan digər iki şərtlə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə aparıb-aparmaması ilə bağlı hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda qızıl-zinət əşyalarının saxlanıldığı yerdən götürülmədiyini sübut etmək iddiaçının, qızıl-zinət əşyalarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin hallarına və tərəflərin izahatlarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 mübahisəli ünvandan sonuncu dəfə adətən olduğu kimi həyat yoldaşı ilə birlikdə dərsə getmək niyyəti ilə çıxmış, onlar ictimai nəqliyyat vasitəsindən istifadə etməklə müvafiq təyinat nöqtəsinə getmişlər. Bu zaman iddiaçı Cavabdeh2 özü ilə hər hansı geyim və ya digər şəxsi əşyalarını götürməmiş, onun üzərində həmişə olduğundan fərqli hər hansı iri çanta və ya çemodan olmamışdır. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə aparması ilə bağlı dəlillərini əsassız hesab edir. Məhkəmə cavabdeh tərəfin iddiaçı ilə cavabdehin toy günü hazırda mübahisə predmeti olan quran qabı ilə sepin iddiaçı Cavabdeh2 anasının üzərində olması barədə etirazının dəlilləri ilə də razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, elə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi tərəflər arasında olan yazışmalardan görünür ki, iddiaçıya həqiqətən toy ərəfəsində sözügedən qızıl-zinət əşyası hədiyyə edilmişdir (qız və ya oğlan evi tərəfindən). Məhkəmə qadına məxsus qızıl-zinət əşyalarının adətən birlikdə saxlanıldığını nəzərə alaraq hesab edir ki, mübahisəli qızıl-zinət əşyasının toy günü iddiaçının anası tərəfindən taxılması həmin əşyanın daimi olaraq iddiaçının anasında qaldığını və iddiaçı Cavabdeh2 cavabdehin yaşadığı mənzili tərk edərkən ona məxsus digər qızıl-zinət əşyalarının yanında olmadığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin cavabdehin iddiaçıya alınan qızıl-zinət əşyalarının hamısının qızıl deyil, bijuteriya olmaqla cəmi 100 manat dəyərində olması barədə dəlilləri ilə də razılaşmayaraq hesab edir ki, bu etiraz cavabdeh tərəfindən qızıl-zinət əşyalarının qaytarılmasından yayınmaq məqsədi ilə irəli sürülmüşdür. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Cavabdeh2 Vüqar qızına məxsus 4 ədəd lüstr 2000 AZN, 4 ədəd Bra 400 AZN, Lüstrlar və bralar üçün lampalar - 100 AZN, 5 ədəd xalça və çarpayı yanı 2 ədəd ayaqaltı ilə birlikdə 2000 AZN, Pilləkən və ya giriş üçün nəzərdə tutulmuş ayaqaltı - 10 AZN, 4 ədəd Jalüz və 4 ədəd günlüklə (pərdə altı jalüz) birlikdə 700 AZN, Pərdələr və dekorlar - 3 ədəd pəncərədə (3 ədəd tül, 7 dekor hissəsi - 5 ədəd parça hissə, 2 ədəd divardan asılmaq üçün olan hissə ) - 1500 AZN, 1 ədəd taxt üçün bambuk döşək – 200AZN, 2 ədəd bambuk yorğan cüt nəfərlik – 400AZN, 4 ədəd bambuk balış, 2 ədəd adyalcüt nəfərlik – 300AZN, 2 ədəd adyal tək nəfərlik - 200 AZN, 2 dəst yay yorğanı dəst şəkildə (1 dəstə daxildir: 1 ədəd yay yorğanı, 1 ədəd pastel, 2 ədəd balınc üzü) - 300 AZN, 1 dəst pakrıval - (dəstə daxildir: 1 ədəd pakrıval, 2 ədəd sintepon balınc üzlə birlikdə) 500 AZN, 10 ədəd pastel nabor (nabora daxildir: 1 pastel, 2 balınc üzü), 1 ədəd pastel naboru tək nəfərlik (nabora daxildir: 1 pastel, 1 balış üzü) - 50 AZN, Yun tekstil ürünləri (8 ədəd nalça, 1 ədəd yun taxt döşəyi, 2 ədəd yun təknəfərlik döşək, 1 ədəd yun taxt yorğanı, 2 ədəd yun təknəfərlik yorğan) hamısı birlikdə 1500 AZN, Skater - 4 ədəd, 2 ədəd çay dəsmalı materialnda süfrə - 50 AZN, 1 ədəd hamam dəsti qutuda xonçalıq - 100 AZN, 24 ədəd əl-üz dəsmalı, 10 ədəd hamam dəsmalı, 4 ədəd mətbəx dəsmalı - 10 AZN, 20 ədəd çay dəsmalı, 1 ədəd qutuda əl dəsmalı naboru - 50 AZN, 1 ədəd qutuda çay dəsmalı naboru - 30 AZN, 1 ədəd saat - 300 AZN, 1 ədəd mətbəx üçün stol və 4 ədəd stul dəst şəklində - 400 AZN, Yataq otağı mebeli: 1 ədəd taxt, 2 ədəd tumba (taxt və tumbalar bitişikdir), taxt önü divan 1 ədəd jozefin, 1 ədəd paltar şkafı, 1 ədəd boy güzgüsü, 1 ədəd pastel şkafı (pastelnica), 1 ədəd güzgülü termo, 1 ədəd pufik olmaqla birlikdə 8500 AZN, Ortopedik matras - 500 AZN, Oyuncaq ayı -100 AZN, göz muncuqlu tumba üstü üçün aksesuar - 25 AZN, Kiçik elektronik əşyalar: Tozsoran - 1 ədəd 320 AZN, Ütü 1 ədəd 240 AZN, Ətçəkən maşın - 1 ədəd 215 AZN, Şirəçəkən 1 ədəd 220 AZN, Xəmir yoğuran aparat - 1 ədəd 260 AZN, Tefal çaydan və dəmlikdən ibarət dəst - 1 ədəd 185 AZN, Termopot - 1 ədəd 120 AZN, Elektrik samovar - 1 ədəd 160 AZN, Blinçik tavası - 1 ədəd 55 AZN, Elektrikli pizza tavası - 1 ədəd 200 AZN, Meyvəqurudan aparat - 1 ədəd 150 AZN, Freetos - 1 ədəd , Kokteylaparatı - 1 ədəd 70 AZN, Rondo - 1 ədəd , Toster - 1 ədəd 160 AZN. Televizor JVC 1 ədəd - 1200 AZN, Soyuducu Hitachi 1 ədəd - 2250 AZN, Paltaryuyan LG - 1 ədəd - 1100 AZN, , Qaz peçi Novella 1 ədəd - 250 AZN, Mikrodalğalı soba Javel 1 ədəd - 350 AZN, Soba Novella 1 ədəd - 600 AZN- ibarət cehiz əmlakları Cavabdeh1 alınaraq iddiaçı Cavabdeh2 Vüqar qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumları və mediasiya xərci tərəflərin özünə aid edilməlidir. Bundan başqa iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin 25 manat hissəsi Cavabdeh2 Vüqar qızına, 25 manat hissəsi isə müştərək qaydada İddiaçı və Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 Vüqar qızına qarşı əşyaların çıxarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2 Vüqar qızına məxsus 1 ədəd qonaq dəsti mebeli (qiyməti- 30500 manat, daxildir: 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd TV altı, 1 ədəd güzgülü kamod, 1 ədəd 2 qapılı vitrin), 1 ədəd yataq dəsti (daxildir: 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd kamot, 2 ədəd kiçik ölçülü rəf), vitrin üçün nəzərdə tutulmuş qonaq qab-qacaq dəsti, mətbəxdə istifadə edilməsi üçün nəzərdə tutulmuş qab-qacaq, çəngəl-qaşıq-bıçaq, qazan dəsti İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılsın. İddiaçı Cavabdeh2 Vüqar qızının Cavabdeh1 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 4 ədəd lüstr - 2000 manat, 4 ədəd Bra - 400 manat, Lüstrlar və bralar üçün lampalar - 100 manat, 5 ədəd xalça və çarpayı yanı 2 ədəd ayaqaltı ilə birlikdə - 2000 manat, Pilləkən və ya giriş üçün nəzərdə tutulmuş ayaqaltı - 10 manat, 4 ədəd Jalüz və 4 ədəd günlüklə (pərdə altı jalüz) birlikdə - 700 manat, Pərdələr və dekorlar - 3 ədəd pəncərədə (3 ədəd tül, 7 dekor hissəsi - 5 ədəd parça hissə, 2 ədəd divardan asılmaq üçün olan hissə) - 1500 manat, 1 ədəd taxt üçün bambuk döşək - 200 manat, 2 ədəd bambuk yorğan cüt nəfərlik - 400 manat), 4 ədəd bambuk balış, 2 ədəd adyal cüt nəfərlik (300 manat), 2 ədəd adyal tək nəfərlik - 200 manat, 2 dəst yay yorğanı dəst şəkildə (1 dəstə daxildir: 1 ədəd yay yorğanı, 1 ədəd pastel, 2 ədəd balınc üzü) - 300 manat, 1 dəst pakrıval - (dəstə daxildir: 1 ədəd pakrıval, 2 ədəd sintepon balınc üzlə birlikdə) - 500 manat, 10 ədəd pastel nabor (nabora daxildir: 1 pastel, 2 balınc üzü), 1 ədəd pastel naboru tək nəfərlik (nabora daxildir: 1 pastel, 1 balış üzü) - 50 manat, Yun tekstil ürünləri (8 ədəd nalça, 1 ədəd yun taxt döşəyi, 2 ədəd yun təknəfərlik döşək, 1 ədəd yun taxt yorğanı, 2 ədəd yun təknəfərlik yorğan) hamısı birlikdə 1500 manat, Skater - 4 ədəd, 2 ədəd çay dəsmalı materialında süfrə - 50 manat, 1 ədəd hamam dəsti qutuda xonçalıq - 100 manat, 24 ədəd əl-üz dəsmalı, 10 ədəd hamam dəsmalı, 4 ədəd mətbəx dəsmalı - 10 manat, 20 ədəd çay dəsmalı, 1 ədəd qutuda əl dəsmalı naboru - 50 manat, 1 ədəd qutuda çay dəsmalı naboru - 30 manat, 1 ədəd saat - 300 manat, 1 ədəd mətbəx üçün stol və 4 ədəd stul dəst şəklində - 400 manat, Yataq otağı mebeli: 1 ədəd taxt, 2 ədəd tumba (taxt və tumbalar bitişikdir), taxt önü divan 1 ədəd jozefin, 1 ədəd paltar şkafı, 1 ədəd boy güzgüsü, 1 ədəd pastel şkafı (pastelnica), 1 ədəd güzgülü termo, 1 ədəd pufik - olmaqla birlikdə 8500 manat, Ortopedik matras - 500 manat, Oyuncaq ayı -100 manat, göz muncuqlu tumba üstü üçün aksesuar - 25 manat, Kiçik elektronik əşyalar: Tozsoran - 1 ədəd manat, Ütü 1 ədəd 240 manat, Ətçəkən maşın - 1 ədəd 215 manat, Şirəçəkən 1 ədəd 220 manat, Xəmir yoğuran aparat - 1 ədəd 260 manat, Tefal çaydan və dəmlikdən ibarət dəst - 1 ədəd 185 manat, Termopot - 1 ədəd 120 manat, Elektrik samovar - 1 ədəd 160 manat, Blinçik tavası - 1 ədəd 55 manat, Elektrikli pizza tavası - 1 ədəd 200 manat, Meyvəqurudan aparat - 1 ədəd 150 manat, Freetos - 1 ədəd, Kokteyl aparatı - 1 ədəd 70 manat, Rondo - 1 ədəd, Toster - 1 ədəd 160 manat, Televizor JVC 1 ədəd - 1200 manat, Soyuducu Hitachi 1 ədəd - 2250 manat, Paltaryuyan LG - 1 ədəd - 1100 manat, Qaz peçi Novella 1 ədəd - 250 manat, Mikrodalğalı soba Javel 1 ədəd - 350 manat, Soba Novella 1 ədəd - 600 manat - ibarət cehiz əmlakları, 1 ədəd toy komplekti (kolye, qolbağ, sırğa, üzük) 585 əyar, 60 qram - 4200 manat, 1 ədəd üzük (sibir brilliantı) 585 əyar, 7 qram – 490 manat, 1 ədəd nişan üzüyü 585 əyar, 8 qram - 560 manat, 1 ədəd kolye 585 əyar, 10 qram - 700 manat, 1 ədəd klon 585 əyar, 7 qram - 490 manat, 1 ədəd qızıl üzük 585 əyar, 7 qram – 490 manat, 1 ədəd qızıl sırğa 585 əyar, 6 qram – 420 manat, 1 ədəd qızıl sep və klon 585 əyar, 12 qram - 840 manat, 1 ədəd qızıl sep 585 əyar, 5 qram - 350 manat, 1 ədəd talış sırğası - 20 qram, 1 ədəd quran qablı sepdən (585 əyar, 50 qram - 3500 manat) ibarət olan qızıl zinət əşyaları və ya onlar olmadığı təqdirdə onların dəyəri alınaraq iddiaçı Cavabdeh2 Vüqar qızına verilsin. İddiaçı Cavabdeh2 Vüqar qızının Cavabdeh1 qarşı əmlak tələbinə dair iddiası 2 ədəd bambuk balış, 5 ədəd pastel naboru, 3 ədəd skater, 6 ədəd əl üz dəsmalı, 5 ədəd hamam dəsmalı, 10 ədəd çay dəsmalı, 1 ədəd blender dəsti, 1 ədəd pakrıval adyal, 1 ədəd mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd moyka+krant, 1 ədəd Aux markalı kondisioner, 1 ədəd qol saatı, 1 ədəd minalı sırğa, 1 ədəd ağ Pandora model qolbağ, 1 ədəd ortası yaşıl qaşlı brilliant sırğa və 1 ədəd sette gümüş dəstin qaytarılması hissəsində təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq 25 (iyirmi beş) manat Cavabdeh2 Vüqar qızından, 25 manat (iyirmi beş) isə müştərək qaydada İddiaçı və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar