Məhkəmə qərarları › İş №e-2(060)-3649/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3649/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3649/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2085 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,85 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx"ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** EG *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C220” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə, Sumqayıt şəhəri, N.Nərimanov ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 180” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz 180” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2085 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Mercedes Benz C220” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan, yəni sürücülük vəsiqəsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Hadisə baş verən vaxt sürücülük hüququ olmamışdır, sürücülük vəsiqəsinin müddəti 6 ay idi ki, bitmişdir, lakinin onun bundan xəbəri olmayıb. Nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə 400 manat cərimə ödəmişdir. Həmçinin qeyd edir ki, vurulumuş zərərin məbləği ilə razı deyil, zərər düz hesablanmayıb. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: xx.xx.2020-cü il tarixli, CM1176/20 saylı işə dair sığorta aktından görünür ki, sığortalı “Mercedes Benz C220” CDİ markalı 99 EG 87 dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 180” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, vurulmuş zərər 2085 manat məbləğində müəyyən edilmiş, 2085 manat sığorta ödənişi ödənilmişdir. № 1270/20, xx.xx.2020-ci il tarixli, Qiymətləndirmə aktından görünür ki “Mercedes Benz 180” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2085 manat qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2085 manat sığorğa ödənişi ödənilmişdir. AP seriyalı № ******* saylı Sumayıt şəhər DYPŞ-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11.03-də “Mercedes Benz C220” CDİ markalı **-EG-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Məmmədov X1 “Unibankın” bərabərliyində sağdan sola manevr edib dönərkən özündən solda hərəkət edən “Mercedes Benz 180” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sağ tərəfindən toqquşmuşdur. Sürücünün sürücülük vəsiqəsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 11.03 radələrində “Mercedes” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Unibankın” bərabərliyində sağdan sola manevr edib dönərkən özündən solda hərəkət edən X3 məxsus “Mercedes Benz” markalı, **-SH-*** dövlət nömrə nişanlı avtomaşının sağ qabaq hissəsi ilə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2022-ci il tarixli 9/4295 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Mercedes Benz C180” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2085,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1315,0 manat, təmirbərpa işlərinin qiyməti 770,0 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmədə işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C220” CDİ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşın “Mercedes Benz C180” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Mercedes Benz C180” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş və vurulmuş zərərin əvəzi olaraq 2085 manat sığortaçı tərəfindən ödənilmişdir. Cavabdeh avtomaşını sürücülük hüququ olmadan idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəyə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi 25.1.3cü maddəsidir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi cavabdehin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapır. Bu baxımdan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən iddiaçının subroqasiya hüququnun yaranması barədə dəlili əsaslıdır. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 2085 manat Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumun əvəzi olaraq 40,85 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 50 (əlli) manat tutuluraq X2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2085 (iki min səksən beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,85 (qırx manat səksən beş qəpik) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 50 (əlli) manat tutuluraq X2 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar