Məhkəmə qərarları › İş №e-2(060)-3681/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3681/2023

26.05.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3681/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə (Maraqlı şəxs: Maraqlı şəxs) Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan 206,85 manat, Sosial Müdafiə Fonduna 2077,56 manat, İşsizlikdən sığorta fonduma 87,27 manat, İcbari tibbi sığorta fonduna 270,62, manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1970-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, SUMQAYİT, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023- cü il tarixə vergi ödəyicisi olan SUMQAYİT ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİNİN NƏZDİNDƏ "İNŞAATÇİ" TƏLİM-MƏŞQ BAZASİ (STADİON) (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 87,27 manat, İcbari tibbi sığorta fonduna 270,62, Dövlət Sosial Müdafiə Fonduna 2077,56 manat, dövlət büdcəsinə 206,85 olmaqla, ümumilikdə 2642,3 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********093500, xx.xx.2023-cü il tarixli **********397800, **********205700, xx.xx.2023-cü il tarixli **********961400 nömrəli bildirişlər, xx.xx.2023-cü il tarixli **********800100 xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, borc, yeni rəis təyin olunandan-2015-ci ildən yaranmışdır. Yeni təyin olunmuş rəis “İnşaatçı” təlim-məşq bazası ilə tanış olmuş və maliyyə çatışmazlığı səbəbi ilə bazada bazada mühasibatlığğa ehtiyac olmadığını və yalnız baza direktoruna əmək haqqı verilə biləcəyini bildirmişdir. Sadəcə 2-3 ay olardı ki, əmək haqqı köçürürlmüşdür. 4 ilin əmək haqqı yığılıb qalmışdır, əgər əmək haqqı köçürürlərsə tutmalar edilər. Hazırda minimum əmək haqqı alır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan “hüquqi şəxs haqqında məlumat”dan görünür ki, əsas fəaliyyət növü idman obyektlərinin istismarı və idarə edilməsi olan vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs vergi ödəyicisi kimi ********** saylı VÖEN-lə xx.xx.2005-ci ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs dövlət büdcəsinə olan 206,85 manat, sosial Müdafiə Fonduna 2077,56 manat, işsizlikdən sığorta fonduma 87,27 manat, icbari tibbi sığorta fonduna 270,62 manat borcu vardır. İş materiallarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs 5 gün müddətində borcunun ödənilməsinə dair **********4 nömrəli xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. Göründüyü kimi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (VÖEN: **********) fəaliyyət göstərdiyi dövrdə borcu yaranmışdır və həmin borcun ödənilməsi təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə olan 206,85 manat, sosial Müdafiə Fonduna 2077,56 manat, işsizlikdən sığorta fonduma 87,27 manat, icbari tibbi sığorta fonduna 270,62 manat borcu ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinin tələbinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.2-ci maddəsinə əsasən, Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə olan 206,85 manat, sosial Müdafiə Fonduna 2077,56 manat, işsizlikdən sığorta fonduma 87,27 manat, icbari tibbi sığorta fonduna 270,62 manat borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (AZE *******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar