Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3712/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc pul vəsaitinin tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 3560 manat borc pul vəsaitinin, həmçinin 57 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, Cavabdeh İddiaçı xeyrinə 3310 manat borc pul vəsaitinin, həmçinin 57 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən 2024-cü ilin yanvar ayında ondan şəxsi ailə işlərini həll etmək məqsədilə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə borc pul verməyini xahiş etmiş və o, xx.xx.2024-cü il tarixində 900 manat məbləğində, xx.xx.2024-cü il tarixində isə 3000 manat məbləğində əmək haqqına uyğun olaraq kredit götürərək cavabdehə vermişdir. Cavabdeh ilə iş yerləri eyni olduğundan və bir birilərini tanıdıqlarından ona inanaraq vaxtında borcun qaytaracağına, üzərinə götürdüyü öhdəliyi vaxtı vaxtında icra edəcəyinə inanmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə Beynəlxalq bankdan əldə etdiyi 900 manat məbləğində krediti cavabdehin istəyi ilə onun bank kartına nağdsız qaydada köçürmüş və həmin köçürmə qəbzində pul vəsaitini qəbuledən bank kartı cavabdehə məxsus olduğundan köçürmə qəbzində cavabdehin adı əks olunmuşdur. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə bankdan əldə etdiyi 3000 manat məbləğində krediti də cavabdehin istəyi ilə onun bank kartına nağdsız qaydada köçürmüş və həmin köçürmə qəbzində pul vəsaiti qəbul edən bank kartı cavabdehə məxsus olduğundan köçürmə qəbzində cavabdehin adı əks olunmuşdur. Cavabdeh tərəfindən ondan aldığı və xx.xx.2024-cü il tarixədək qaytarmalı olduğu 3900 manat məbləğində borcdan cəmi 340 manat vəsaitini geri qaytarıb və həmin vəsait onun adında olan kreditə ödənilmişdir. Cavabdeh ilə aralarında olan watsapp yazışma proqramından götürdüyü və iddia ərizəsinə əlavə etdiyi sübutlardan da aydın görünür ki, üzərinə götürdüyü öhdəliyi öz yazısı ilə etiraf və qəbul etmiş, lakin yenə vəd verərək borcunu ödəyəcəyini bildirdiyi halda icra etməmişdir. Həmçinin watsapp proqramı vasitəsilə əldə etdiyi digər yazışmalar, etirafedici yazılar və sübutlar iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin iddia ərizəsi icraata götürüldükdən və hazırlıq iclası təyin olunduqdan sonra hal şahidlərinin iştirakı ilə də bağlı tərəfindən vəsadət veriləcəkdir. Qeyd etdiyi hallardan aydın olur ki, cavabdehin ona xx.xx.2024-cü il tarixidək borcun qaytarılmalı olduğu halda üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən hal-hazırda ona 3560 manat məbləğində borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, borcun ödənilməsi üçün tədbir görülməmiş, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır. İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı onun iş yoldaşıdır. Ailə vəziyyəti ilə bağlı o, iddiaçıdan borc almışdır. İddiaçı bankdan pul götürüb ona vermişdir. İşlədiyi zavod bağlandığına görə o, 2 ay işsiz qalmışdır. Buna görə də, iddiaçıya ödəniş edə bilməmişdir. O, ödənişləri etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra da, o, iki ay iddiaçıya ödəniş etmişdir. Onun tam krediti ödəməyə gücü çatmır. O, borcunu ödəməkdən boyun qaçırmır. Borcunu hissə-hissə ödəməyə razıdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, tərəfindən ona xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərti ilə 3900 manat məbləğində borc pul vəsaiti verilmişdir. Borcalan olaraq borc razılaşmasına uyğun olaraq razılaşmanın son icra gününədək tərəflərindən icra olunmamış öhdəliyi pozaraq onu vaxtında və lazımi qaydada icra etməmişdir. Borc razılaşması üzrə xx.xx.2024-cü il tarixə 3570 manat məbləğində borcu qalmaqdadır. Öhdəliyi pozduğu üçün 3 (üç) gün müddətində göstərilən məbləğdə borcu ona ödəməyi tələb edir. Əks halda ona qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan, "xxxx" ASC-nin Müştəri xidməti Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış CL-EE002816190 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 44 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə hesablanmaqla 900 manat məbləğində nağd kredit verilmişdir. İşdə olan, "xxxx" ASC-nin Müştəri xidməti Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış CL-EE002844882 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 24 ay müddətinə, illik 19,9 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı 3560 manat borcdan aprel və may aylarında 450 manat borcdan ödəmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərçləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3310 (üç min üç yüz on) manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 57 (əlli yeddi) manat, cəmi 3367 (üç min üç yüz altmış yeddi) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3712/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3712/2024
08.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver