Məhkəmə qərarları › İş №e-2(060)-3732/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3732/2024

02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3732/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 6270 manat borc pul vəsaitinin, həmçinin 86 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2023-cü ilinsentyabr ayında şəxsi ailəsində maddi sıxıntı olduğundan və yoldaşının xəstəxanada tibbi xərclərini qarşılamaq məqsədi ilə 6 aylıq borca pul verməyini istəmişdir. Cavabdeh ilə iş yerləri eyni olduğundan və bir-birlərini tanıdığından ona inanaraq vaxtında borcun qaytaracağına, üzərinə götürdüyü öhdəliyi vaxtlı-vaxtında icra edəcəyinə inandığından və cavabdehin maddi vəziyyətini nəzərə alaraq 2023-cü il sentyabr ayı tarixində Sumqayıt şəhəri, 26-cı məhəllə adlanan ərazidə yerləşən Oba marketdə olan Emanat ödəmə terminalından onun bank kartı hesabına 6 aylıq müddətə qaytarmaq şərti ilə 1500 manat məbləğində vəsaiti ödəmişdir. Bundan sonra cavabdeh 2023-cü il dekabr ayında ailəsində olan maddi sıxıntılar səbəbindən və yoldaşının müalicə xərclərini qarşılamaq məqsədi ilə yenidən pula ehtiyaclı olduğunu, bütün götürəcək borclarını 31 mart 2024-cü il tarixinədək qaytaracağını söz verərək ondan yenidən ona kömək etməyini istəmiş və nəticə etibarı ilə o, Beynəlxalq bankdan xx.xx.2023-cü il tarixində 3500 manat məbləğində, xx.xx.2024-cü il tarixində isə 3000 manat məbləğində əmək haqqına uyğun olaraq kredit götürərək cavabdehin istəyi ilə onun bank kartına nağdsız qaydada köçürmüş və həmin köçürmə qəbzində pul vəsaitini qəbul edən bank kartı cavabdehə məxsus olduğundan köçürmə qəbzində cavabdehin adı əks olunmuşdur (həmin 3000 manat və 3500 manat qəbzlər iddia ərizəsinə əlavə edilmişdir). Cavabdeh 2023-cü ilin sentyabr ayından etibarən 31 mart 2024-cü il tarixinədək qaytarılması şərti ilə ümumillikdə 8000 manat məbləğində vəsait vermiş və cavabdeh tərəfindən alınmış borcdan bu günədək cəmi olaraq 1730 manat hissəsi qaytarılmış, qalan 6270 manat hissəsi qaytarılmamışdır. Qeyd etdiyi hallardan aydın olur ki, cavabdehin ona xx.xx.2024-cü il tarixədək borcun qaytarılmalı olduğu halda üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən hal-hazırda ona 6270 manat məbləğində borcu qalmaqdadır. Həmçinin iddia ərizəsi icraata götürüldükdən və hazırlıq iclası təyin olunduqdan sonra hal şahidlərinin iştirakı ilə də bağlı onun tərəfindən vəsatət veriləcəkdir. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməyinə baxmayaraq, borcun ödənilməsi üçün tədbir görülməmiş, üzərinə götürdüyü öhdəlilkləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini üzrlü səbəb kimi qəbul edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 12 iyun 2024-cü il tarixində məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Bildirir ki, cavabdehlə bir yerdə işləmişlər. Cavabdehə 1500 manat borca pul vermişdir. Dekabr ayında da 3500 manat istəmiş, bildirmişdir ki, toprağı vardır. Satıb pulunu qaytaracaqdır. Sonradan 3000 manat adına kredit götürməyini xahiş etmişdir. Onda bankdan öz adına kredit götürmüş və ona vermişdir. İlk ay o, ödəniş etmişdir. Qalan ayları da özü ödəniş etməyə başlamışdır. Hazırda 6270 manat cavabdehdən tələb edir. 8000 manat vermişdir. 1000 manat yanvar ayında ödəniş etmişdir. 450 manat da sonradan vermişdir. Mart və aprel aylarında ödənişləri o etmişdir. Qalan aylarda özü ödəniş etmişdir. Aylıq 166.94 manat bir, 93.80 qəpik də bir ödəmişdir. Ümumillikdə 260 manata yaxın pul edir. 1000 manat vermişdir ki, qrafikdən kənar ödəsin. Faiz və aylıq ödənişləri də aşağı düşsün. Ehtiyyat edir ki, sonra ödəməz. Ona görə də indidən tələb edir. 12 iyun 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. 2 ay işsiz qaldığı üçün ödəniş edə bilməmişdir. 1000 manat bir, 400 manat da bir vermişdir ki, qrafikdən kəna ödəniş etsin, aylıq ödənişi azalsın. Onun məhkəməyə verildiyindən xəbəri olmamışdır. Ona bildiriş gələndə bilmişdir ki, iddiaçı onu məhkəməyə vermişdir. Onlar aralarında razılığa gəlmişlər ki, növbəti məhkəmə iclasına qədər borcun 20 faizini ödəyəcəkdir. Məhkəmə, iş materiallarını araşdıraraqvə iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli CL-EE002695349 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı 26 ay müddətinə illik 14,9 faiz dərəcəsi iləistehlak məqsədli 3500 manat kredit götürmüşdür. -xx.xx.2024-cü il tarixli CL-EE002781756 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı 20 ay müddətinə illik 13,9 faiz dərəcəsi iləistehlak məqsədli 3000 manat kredit götürmüşdür. -xx.xx.2024-cü il tarixli RRN kodu İB********** olan qəbzin surətindən görünür ki, kart nömrəsi 4127********9028 olan hesabdan kart nömrəsi 4127********8614 olan hesaba 3000 manat vəsait köçürülmüşdür. -xx.xx.2023-cü il tarixli RRN kodu İB********** olan qəbzin sürətindən görünür ki, kart nömrəsi 4127********9028 olan hesabdan kart nömrəsi 4127********8614 olan hesaba 3500 manat vəsait köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh 2023-cü ilin sentyabr ayında iddiaçıdan şəxsi ailə işlərini həll etmək məqsədilə bir neçə aylıq qaytarmaq şərtilə borc pul verilməsini xahiş etmiş və 2023-cü il sentyabr ayı tarixində Emanat ödəmə terminalından onun bank kartı hesabına 6 aylıq müddətə qaytarmaq şərti ilə 1500 manat məbləğində vəsaiti ödəmiş, o, Beynəlxalq bankdan xx.xx.2023-cü il tarixində 3500 manat məbləğində, xx.xx.2024-cü il tarixində isə 3000 manat məbləğində əmək haqqına uyğun olaraq kredit götürərək cavabdehin istəyi ilə onun bank kartına nağdsız qaydada köçürmüşdür. Nəticədə xx.xx.2023-cü il tarixli CL- EE002695349 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, iddiaçı 3500 manat, xx.xx.2024-cü il tarixli CL- EE002781756 nömrəli istehlak krediti müqaviləsinə əsasən isə iddiaçı 3000 manat kredit götürmüşdür. Cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixədək borcun qaytarılmalı olduğu halda üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən 6270 manat məbləğində borcu qalmışdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasını verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6270 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 6270 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 86 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəməxərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 6270 manat borc və 86 manat dövlətrüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar