Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3755/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6900 manat borc pul vəsaitinin, həmçinin 89 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2023-cü ilin iyul ayında iddiaçıdan şəxsi ailə işlərini həll etmək məqsədilə bir neçə aylıq qaytarmaq şərtilə borc pul verilməsini xahiş etmiş və iddiaçı 2023-cü il 28 iyul tarixində "xxxx" ASC-dən əmək haqqına uyğun ilk olaraq 1000 manat məbləğində, daha sonra isə 26 sentyabr tarixində 2000 manat məbləğində oktyabr 2023-cü il tarixinədək qaytarılmaq şərti ilə cavabdehə borca pul vermişdir. Cavabdeh iddiaçıdan aldığı borc pul vəsaitinin çox az hissəsini hissə-hissə qaytarsa da, vəd edilən oktyabr 2023-cü il tarixində borcu tam qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh ilə iş yerlərinin eyni olduğundan və bir-birlərini tanıdıqlarından ona inanmış vaxtında borcun qaytaracağını, üzərinə götürdüyü öhdəliyi vaxtı vaxtında icra edəcəyini düşünmüşdür. Bundan sonra cavabdeh yenidən dekabr 2023-cü il tarixində iddiaçıya ailə məsələlərini əsas gətirərək digər qalan borcunu tam qaytarmağa çalışdığını və tam qaytarmaq üçün ona yenidən xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərti ilə borca pul verməsini istəmişdir. İddia ərizəsinə əlavə olunmuş kredit müqaviləsi, ödəniş cədvəli, bank tətbiqindən cavabdehin kartına köçürmə qəbzlərindəndə aydın olduğu kimi iddiaçı cavabdehdən borcu tam şəkildə geri almaq məqsədilə, əvvəllər bankdan götürdüyü krediti bağlayaraq xx.xx.2024-cü il tarixində 7200 manat məbləğində vəsaiti və tam kart kredit xətti kartından 300 manat məbləğində vəsaiti isə cavabdehə vermək üçün əldə etmişdir. Cavabdeh qeyd edilən vəsaiti əldə etmək üçün iddiaçının olduğu Sumqayıt şəhər, Nasosnu adanan əraziyə gələrək 793 manatını bank prorqamı vasitəsilə onun hesabına köçürülməsini, digər hissəsini isə nağd formada bankomatdan nağdlaşdıraraq ona verilməsini xahiş etmiş və iddiaçı də onun dediyi kimi etmişdir. Digər 300 manat məbləğində vəsaiti isə dekabr ayı 2023-cü il tarixində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində cavabdeh iddiaçının yanına gələrək ondan almışdır. İddia ərizəsinə əlavə olunmuş bank kartına köçürmə qəbzindən də aydın olur ki, iddiaçı tərəfdən cavabdehin bank kartına müxtəlif vaxtlarda kredit götürülmüş vəsaitin müəyyən hissəsi köçürülmüşdür. Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixidək borcun qaytarılmalı olduğu halda üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən 6900 manat məbləğində borcu qalmaqdadır. Odur ki, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, cavabdehə 6900 manat borclu olduğunu, lakin olan borcunun hamsını bir vaxta qaytara bilməyəcəyini və bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli CL-EE002856722 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı 29 ay müddətinə illik 22,9 faiz dərəcəsi ilə istehlak məqsədli 7200 manat kredit götürmüşdür. -xx.xx.2023-cü il tarixli RRN kodu **********24 olan və xx.xx.2023-cü il tarixli RRN kodu **********64 olan qəbzlərinin surətindən görünür ki, kart nömrəsi 4127********9713 olan hesabdan 1000 manat və 2000 manat miqdarında vəsait məxaric edilmişdir. -xx.xx.2024-cü il tarixli RRN kodu İB********** olan qəbzin sürətindən görünür ki, kart nömrəsi 4127********9713 olan hesabdan kart nömrəsi 4127********8614 olan hesaba 793 manat vəsait köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh 2023-cü ilin iyul ayında iddiaçıdan şəxsi ailə işlərini həll etmək məqsədilə bir neçə aylıq qaytarmaq şərtilə borc pul verilməsini xahiş etmiş və iddiaçı 2023-cü il 28 iyul tarixində "xxxx" ASCdən əmək haqqına uyğun ilk olaraq 1000 manat məbləğində, daha sonra isə 26 sentyabr tarixində 2000 manat məbləğində oktyabr 2023-cü il tarixinədək qaytarılmaq şərti ilə cavabdehə borca pul vermişdir. Bundan sonra cavabdeh yenidən dekabr 2023-cü il tarixində iddiaçıya ailə məsələlərini əsas gətirərək digər qalan borcunu tam qaytarmağa çalışdığını və tam qaytarmaq üçün ona yenidən xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərti ilə borca pul verilməsini xahiş etmişdir. Nəticədə xx.xx.2024-cü il tarixli CL- EE002856722 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, iddiaçı 7200 manat kredit götürmüşdür. Cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixidək borcun qaytarılmalı olduğu halda üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən 6900 manat məbləğində borcu qalmışdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6900 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 6900 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 89 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 6900 manat borc və 89 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3755/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3755/2024
27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver