Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3789/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 10000 (on min) manat borcun, 150 manat vəkil orderinin və 120 manat ödədiyim dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qaynatasıdır. Qeyd edir ki, cavabdehin qızı X6 ilə aralarındakı nikah 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnamə ilə pozulmuşdur. Cavabdehin ona ümumilikdə 10000 manat borcu var. Belə ki, ayrı-ayrı vaxtlarda 300 manat 400 manat ona pul vermişdir. Bundan başqa iki dəfə də 4000 manat bir 4000 manat da bir ayrı-ayrı vaxtlarda bankdan kredit götürüb cavabdehə vermişdir. Pulu ona geri qaytarması üçün cavabdehlə dəfələrlə söhbət etmişdir. Əvvəllər ona deyirdi ki, qızının qızılları onda qalıb. Onları gətirib versin, o, da kartını verim borcu aylıq olaraq oradan götürsün. O, da cavabdehə inanmamışdır. Qızılları versin qardaşına oda kartı verməsini bildirsə də, cavabdeh onunla razı olmamışdır. Hələ də bank borcları var o, ödəyir. Aralarında cavabdehin ona borclu olması ilə bağlı səs yazıları da var. Bəzi səs yazılarında borcu qaytaracağını etiraf etsə də, sonuncu yazışmalarında borc almaq istəyirsənsə məhkəməyə ver borcuvu almasını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, cavabdeh onun etibarından sui istifadə etmişdir. Məhkəmədə iddiaçı və nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, İddiaçı onun keçmiş kürəkənidir. Belə ki, qızı X7 İddiaçı ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nigahlarından xx.xx.2021ci il təvəllüdlü X8 adlı bir övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra da o, iddiaçı ilə normal münasibət saxlamağa çalışmışdır ki, gəncdirlər bəlkə aralarındakı münasibət yenidən düzələr. Lakin, iddiaçının yerli-yersiz "sizə pul vermişəm, sizin mənə borcunuz var" ifadələrini heç başa düşmür. Əvvəl elə zənn edirdi ki, şəxs adətənənənə ilə qız toyu ərəfəsində verilmiş xırda məbləğləri nəzərdə tutur. Lakin hal-hazırki iddia ərizəsini aldıqdan sonra məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının iddiada göstərdiyi bir cümlə belə doğru deyil. O, iddiaçıdan heç vaxt borc pul almamış, belə bir zərurət də olmayıb, heç vaxt da əziyyətlə aldığı əmlakları borcun əvəzinə saxla deyə işlətməmişdir. İddiaçının nə məqsədlə ona qarşı belə bir iddia qaldırmasını başa düşə bilmir. İddia tam əsassızdır və qəti şəkildə iddiaçıdan borc pul almadığını məhkəmənin nəzərinə çatdırır. İddiaçının iddia ərizəsində göstərdiyi məbləğ ilə tələb etdiyi məbləğ üstüstə düşmür. Belə ki, iddia ərizəsində göstərir ki, iki dəfə 4000-4000 manat pul vermişdir. Lakin 10000 manat tələb edir. Səs yazısına gəldikdə isə deyə bilər ki, o, qeyd etdiyi kimi, ailəni bərpa etmək üçün yumşaq və həqiqəti əks etdirməyən nəsə ifadə edə bilər. O, haradan bilir ki, onun sadəlöv davranışına iddiaçı pis niyyətdə cavab verəcəkdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6661/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı X6 və cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X8 iddiaçı X3 yanında qalması, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana qədər hər ay 50 (əlli) manat maddi yardım qismində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi”ndən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2020-ci il tarixli, SUNPU-3586 saylı kredit müqaviləsinə əsasən illik 15,9% (on beş tam onda doqquz) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Borc alan aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, məhkəmə iclasında iddiaçı və nümayəndəsi cavabdeh üçün bankdan iki dəfə hər dəfəsində 4000 manat olmaqla kredit götürdüyünü və eyni zamanda ayr-ayrı vaxtlarda 300, 400 manat verdiyini qeyd etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3789/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3789/2023
14.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver