Məhkəmə qərarları › İş №e-2(060)-4142/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4142/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4142/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Fantastic MMC-yə və Cavabdeh2 qarşı «pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Fantastic MMC-dən şubalarının dəyəri olan 300000 manatın, 200000 manat maddi zərərin, 300000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi 168000 manat faydanın, mənəvi zərərə görə isə 2000 manatın alınaraq iddiaçıya ödənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1995-ci ildən 2016-cı ilə qədər Sədərək Ticarət Mərkəzində şuba və dəri geyimləri satışı ilə məşğul olmuşdur. Lakin 2015ci ilin fevral ayında devalivasiya ilə əlaqədar icarə haqqında gecikmələr olduğundan Sədərək Ticarət Mərkəzindən ayrılmalı olmuşdur. Bu səbəbdən 2016-cı ilin aprelində 30 ədəd ümumi dəyəri 300000 manatlıq şubalarını Fantastic MMC-yə- Cavabdeh2 satmışdır. İddiaçı dəfələrlə müraciət edib şubalarının pulunu və ya özlərini geri qaytarmaqlarını istəsə də heç bir nəticəsi olmamışdır. Beləliklə cavabdehin qanunsuz əməli nəticəsində iddiaçının maddi durumu çox acınacaqlı vəziyyətə düşmüşdür. Belə ki, iddiaçı yaşadığı evi Para Bank ASC-yə girov qoyaraq 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində 300000 manatlıq şubalarının əsassız qaytarılmaması və ya pulunun ödənilməməsi səbəbindən və işsiz qaldığından banka ödəniş edə bilməmişdir. Şuşa Rayon Məhkəməsində bankın iddia tələbi ilə bağlı çıxmış qətnaməyə əsasən iddiaçıdan 78000 ABŞ dollarında pul tutulması qət edilmişdir və iddiaçı sözügedən məbləği ödəyə bilmək durumunda olmadığından hal-hazırda yaşadığı ev hərracda satılmışdır. Bildirmək istəyir ki, həmin ev iddiaçının və ailəsinin yeganə yaşadığı yerdir və məhz cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçının əlindən çıxır. Belə ki, iddiaçı mağazadan istifadə etməklə ticarətlə məşğul olur, həm qazanc əldə edir, həm də dövriyyədəki mallarının sayını artırırdı. Lakin cavabdehlərin iddiaçının 300000 manatlıq şubalarını satın almaq adı ilə aldatması və illərdir ki, qaytarmaması səbəbindən həm biznesi məhv olmuş, həm 300000 manatlıq əmlakından (şubalar) məhrum olmuş, həm də biznesinin çökməsi və krediti ödəyə bilməmə səbəbindən yeganə yaşayış yeri əlindən çıxmışdır. Beləliklə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində iddiaçıya xeyli maddi zərər dəymiş, həm 300000 manatlıq dövriyyədəki şubalarından, həm 200000 manatlıq evindən, həm də 300000 manatlıq dövriyyədəki əşyalarını əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur. Məhkəmədə iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının nümayəndəsinin dedikləri ilə razı deyildir. Belə ki, o, iddiaçını tanımır. Həmin şəxsi görməmişdir. O, sözügedən mağazada 2016-cı ildən işləyir. Orada şuba yox, qadın paltarları satır. O, heç vaxt şuba satmamış, nədəki iddiaçıdan şuba almamışdır. Bundan əlavə, iddia ərizəsi qanunvericiliyin tələblərinə zidd olaraq verilmiş, yəni iddia müddəti ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh2 və X3 Cavabdeh1 MMC-nin təsisçiləri kimi 2 saylı Ərazi Vergi İdarəsində qeydiyyat alınmışdılar. İşdə olan sahibkar Cavabdeh2 İbrahi oğlunun fiziki şəxs olaraq möhürü və imzası ilə təsdiqlənmiş arayışın surətindən görünür ki, Sədərək Ticarət Mərkəzində Elit 2, Bina 2, korpus 9, 5 nömrəli Fantastic adlı mağazada fəaliyyət göstərən İddiaçı 2016-cı ilin aprel ayında Sədərək Ticarət Mərkəzindəki fəaliyyətini dayandırdığı üçün özünə məxsus 30 ədəd xəz-dəri mallarının alınmasını xahiş etmişdir. Onun xahişi əsasında 30 ədəd mal alınmışdır. Məhkəmə prosesi zamanı cavabdeh bildirdi ki, təqdim edilmiş qəbz onun tərəfindən yazılmamış və imzalanmamışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 14 yanvar 2023-cü il tarixli arayışın fottoşəklində (kserosurət) “Mirzalıyev S” soyadı qarşısındakı imza-Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda cavabdehin müddətin tətbiqi ilə bağlı ərizəsini nəzərə alaraq hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən isə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçı öz hüquqlarının pozulmasını 2016-cı ilin aprel ayından başlandığından iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, 2016-cı ilin aprel ayından sonrakı tarixdən başlamışdır. Müqavilə tələbləri üzrə yaranan mübahisələr üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı 2019-cu ilin aprel ayında bitmişdir. İddiaçı öz hüququnun pozulduğunu 2016-cı ildən bildiyi halda, yalnız 2023-cü ilin iyun ayının 5-ci günündə, yəni hüququnun pozulduğunu bildiyi andan 7 il, 3 ay sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 105 (bir yüz beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 105 (bir yüz beş) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Fantastic MMC-yə və Cavabdeh2 qarşı «pul, maddi və mənəvi zərərin ödənilməsi və əldən çıxmış fayda tələbinə dair» iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 105 (bir yüz beş) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar