Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4227/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsirli əməlinə görə onun məşğul olduğu şairlik və meyxanaçılıq fəaliyyətindən məhrum olması nəticəsində itirdiyi qazanc və mənəvi ziyan olaraq 9600 manat, habelə ödənilmiş dövlət rüsumu kimi 117 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, film çəkilişi işi ilə məşğuldur. Bu filmlərdən biri də "Dostum qardaşım" adlı film olmuşdur. Həmin filmin çəkilişi zamanı Zamin Möhsümov adlı şəxs bəzi işlərdə ona şərik olmağı təklif edərək yaxın zamanda yaxşı gəlir əldə edəcəklərini bildirdi. Ona inandığından bu təkliflə razılaşmış, filmin montaj və digər zəruri redaktələrini etmək üçün ona təhvil vermişdir. Bundan sonra X4 Respublikasına getmişdir. Lakin daha sonra məlum oldu ki, Zamin Möhsümov türk vətəndaşı ilə əlbir olaraq həmin adı keçən filmi öz adında nümayiş etdirəcək. Filmin əldən çıxacağını görüb, qanuni yollarla həmin filmin geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra ümumi tanışlar vasitəsi ilə Sevinc adlı jurnalistlə tanış olmuş, Sevinc xanım da onu hazırki cavabdeh, yəni Cavabdeh ilə tanış etmişdir. O, "xxxx" MMC-nin vəkili və direktoru olduğunu və bu işlərlə bağlı hüquqi yardım göstərəcəyni demişdir. Tərəflər arasında olan razılığa uyğun olaraq xx.xx.2023-cü il tarixdə cavabdehlə tapşırıq müqaviləsi imzalamışdır. Həmin müqaviləyə əsasən cavabdehə hissə-hissə olmaqla 1000 manat pul ödəmişdir. Daha sonra cavabdeh ona müvafiq iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə yazaraq göndərdiyini bildirmişdir. Hər dəfə işin nə yerdə olduğunu soruşduqda, ona müxtəlif bəhanələr gətirərək işin yubandığını bildirmiş, xx.xx.2024-cü il tarixdə saat 12:05-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin “WhatsApp” tətbiqi vasitəsilə ona Bakı Kommersiya Məhkəməsindən guya ona göndərilmiş olduğunu iddia etdiyi SMS-i onun ***-***-**-** saylı mobil nömrəsinin “WhatsApp”ına göndərmişdir. Həmin SMS-in mətininə uyğun olaraq o, Bakı Kommersiya Məhkəməsinin dəftərxanasına zəng edərək işin nə yerdə olduğunu öyrənməyə çalışdıqda oradan ümumiyyətlə onlarda Emin Əliyev adlı hakim olmadığını və 2-2(113)-27030/2024 saylı iş üzrə başqa mübahisə olduğunu bildirmişlər. Belə olan halda o, Cavabdeh Zamin Möhsümovla əlbir olması və bu səbəbdəndə düz 6 ay müddətində saxtakarlığa yol verərək onu yubatdığını anlamışdır. Bu səbəbdən o, Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək Cavabdeh barəsində dələduzluq və saxta sənədlər hazırlamaq barədə cinayət işinin başlanması, dəymiş maddi və mənəvi zərərin Cavabdeh alınaraq ona ödənilməsinin təmin edilməsini öz ərizə və izahatında göstərmişdir. Şikayətə Sabunçu RPİ-də baxılarkən cavabdeh dəymiş olan maddi ziyanın 700 manatını geri qaytarsa da, mənəvi ziyanın ödənilməsi ilə bağlı heç bir addım atmamışdır. Sabunçu Rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarın sonluq hissəsində Cavabdeh ilə müqavilədə nəzərdə tutulan öhdəlikləri icra edilmədiyindən tərəflər arasında mülki hüquqi öhdəliklərin icra edilməməsinə görə mübahisə yarandığı və bu səbəbdən də məhkəməyə mülki qaydada şikayət etmək hüquqlarının olması göstərilmişdir. Bundan əlavə, kino çəkilişindən başqa onun əsas və gündəlik gəlirləri şairlik fəaliyyəti və meyxana sənəti ilə bağlıdır. Dəvət olunduğu məclislərin əksəriyyəti isə ölkə xaricində olduğundan mütəmadi olaraq meyxana fəlaiyyəti ilə əlaqədar xarici ölkələrə uzun müddətli səfər edir. Lakin xx.xx.2023-cü il tarixdən-2024-cü ilin aprel ayınadək, cavabdehin ona məhkəmə prosesi olacağını, həmin prosesin dəqiq vaxtını bilmədiyini və həmin proseslərdə iştirakının zəruriliyini bildirərək onu yubatmışdır. Bununla bağlı hər dəfə işin nəticəsini ondan soruşduqda “WhatsApp” mobil nömrəsinə səslər ataraq yalan məlumatlar vermişdir. Bu səbəbdən də qeyd edilən müddət ərzində məhkəmə iclası olacağından ölkədən xaricə şairlik və meyxana sənəti ilə əlaqədar çıxa bilməmiş, çıxdığı halda isə çox az müddətdə xaricdə olmuşdur. Sonradan cavabdehin həqiqətən də vəkil olmadığını öyərnməsi və onun etmiş olduğu saxtakarlıqla əlaqədar filmin geri qaytarılmasının yubadılması və əlavə qazanc üçün ölkədən çıxa bilmədiyinə görə ümumilikdə hər ay üçün 1600 manat olmaqla 6 ay ərzində cəmi 9600 manat zərər dəymişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. Bildirdi ki, o, müqaviləyə əsasən xidmət göstərmiş, narazılıq olduqda isə ödənişi tamamilə geri qaytarmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, işin materiallarında olan : -xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsi İddiaçı "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən hüquqi xidmət göstərilməsi ilə bağlı razılıq əldə edilmişdir. Xidmətin məbləği 700 manatdır. - Bakı Kommersiya Məhkəməsinə ünvanlanan iddia ərizəsinin surətindən görünür ki, İddiaçı tərəfindən cavabdeh X1 qarşı müəllif hüquqlarının qorunması, kinofilmin geri qaytarılması və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırılmışdır. - Bakı 11 saylı Medasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən X3 ilə olan kommersiya mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə mediatora müraciət etmiş, bununla bağlı cəmi 30 manat ödəniş edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cəmiyyətlə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinə hər iki tərəfin razılığı ilə xitam verilmişdir. - Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, Cavabdeh İddiaçı hüquqi yardım adı altında 1000 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kommersiya mübahisəsi üzrə hüquqi yardım göstərilməsi üçün xx.xx.2023-cü il tarixdə tapşırıq müqaviləsi bağlanmış və xidmətin dəyəri 700 manat müəyyən edilmişdir. İşin hallarından görünür ki, sonradan tərəflər arasında narazılıq olmuş və bu müqaviləyə hər iki tərəfin razılığı ilə xitam verilmişdir. İşdən görünür ki, cavabdeh qeyd edilən kommersiya mübahisənin həlli məqsədilə müvafiq mediasiya təşkilatına müraciət etmiş, iddia ərizəsini tərtib etmişdir. Lakin narazılıq olduğuna görə ödənilmiş 700 manat xidmət haqqı geri qaytarılmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsirli əməlinə görə onun məşğul olduğu şairlik və meyxanaçılıq fəaliyyətindən məhrum olması nəticəsində itirdiyi qazanc və mənəvi ziyan olaraq 9600 manat, habelə ödənilmiş dövlət rüsumu kimi 117 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən hüquqi xidmətin göstərilməsi barədə razılığa hər iki tərəfin təşəbbüsü ilə xitam verilmiş, ödənilmiş xidmət haqqı geri qaytarılmıdşır. Bununla da cavabdehin iddiaçıya hər hansı zərər yetirməsi öz təsdiqini tapmır. İddiaçı cavabdehin ona hər hansı qaydada maddi və ya mənəvi zərər vurması barədə mötəbər və legitim subutları məhkəməyə təqdim edə bilməmişdir. Bu isə iddianın əsassılığına dəlalət edir. İddia tələbi barədə dəlillər formal mülahizələr əsasında ortaya çıxdığından məhkəmə, bu tələbin təmin edilməsinə heç bir əsas tapa bilmir. Halbuki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Hazırki işdə isə göstərilən hallar mövcud deyildir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş 9600 manat maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4227/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4227/2025
18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver