Məhkəmə qərarları › İş №e-2(060)-4364/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4364/2025

08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4364/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "əmlak tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" X30 Cəmiyyətini cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əmlak tələbi"nə dair qarşılıqlı ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "əmlak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixində anadan olmuşdur. Valideynləri -X3, doğum tarixi- xx.xx.1961-ci il, anası X18, doğum tarixi xx.xx.1967-ci ildir. X3 vəfat etdiyi xx.xx.2024-cü il tarixinə qədər iddiaçı ilə yaşayıb. Doğma anası X18 vəfat etdikdən sonra atası X1 Təranə Hacıbaba qızı ilə xx.xx.2016-cı il tarixində ailə həyatı qurmuşdur. İddiaçı və atası işləyirdilər. Atası ARDNŞ-tinə Neftqaztikinti Trestində İxtisaslaşdırılmış Təmir-Tikinti bölümündə “Qumpüskürdücü” vəzifəsində işləmişdir. Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Atası vəfat etdikdən sonra evlərində bəzi əşyaların oğurlanmasına və atasının cənazəsi torpağa dəfn edilməmiş baş vermiş bəzi qərəzliliyə qədər cavabdehlə münasibətləri yaxşı olmuşdur. Bu hallara görə hətta Sabunçu rayonu 12-ci polis bölməsinə belə müraciət etməli olmuş və çağırılıb izahatları alınmış, araşdırıldı və müəyyən sənədləşmələr oldu. Belə ki, iddiaçının atası dünyasını dəyişən zaman dəfn olunmamış bəzi əşyalar oğurlandı. Dəfn xərci və iş yerindən verilən ödənişlər, Azərbaycan Beynalxalq Bankından verilən pensiya kartında olan 1149 manat qalıq vəsaiti, əmək haqqı kartındakı vəsaiti cavabdeh tərəfindən iddiaçıya bildirilmədən alınıb, yas mərasimlərinə belə xərclənmədi. Hələ də atasının dəfni və digər atasına aid xərclərin kreditlərini/borclarını ödəyir. Dəfn xərci, dəfn mərasimləri və məzar daşları daxil 15000 manatdan çox xərc çəkmişdir. Atası tərəfindən verilmiş etibarnamə ləğv edilməsin deyə atasının şəxsiyyət vəsiqəsini belə atası dünyasını dəyişməmişdən 10 gün qabaq özü ilə apardığı bəlli oldu. Belə ki, atası dünyasını dəyişən zaman X28 gəldikdə atasının şəxsiyyət vəsiqəsini tapa bilmədilər. Vəsiqə olmasa atasının dünyasını dəyişməsini həkim sənədləşdirə bilməyəcəkdi. Atasının bacısı cavabdehə zəng edib yalvar yaxarmaqla, xahişlə atasının şəxsiyyət vəsiqəsini zorla almışdır ki, cənazə ortada qalmasın. Cavabdeh evdən 10 gün qabaq çıxdığını guya qovulduğunu polisdə ifadəsində də bildirmişdi. Atası ölməmişdən günlərlə yataq rejimində oldu. O günlərdə belə cavabdeh atasının yanında olmadı, polisə izahatında da bunu qeyd edib və iddiaçıya atasının yanına gəlib gedənlər, atasına heç bir köməkliyi olmadı. Sanki bu günləri gözləyirmiş kimi davrandı. Bütün xərcləri iddiaçı tək başına çəkməli olmuşdur. Cavabdeh ata evini belə dərhal mülkiyyətinə keçirmək üçün iddiaçıdan xəbərsiz Notariusa müraciət etdiyi üzə çıxdı. Cavabdehə ailəsini, övladlarını inanıb əmanət etmişdir. Hətta onun yaxın qohumlar olan bacıları və s. ilə də doğmalıq göstərmişdir. Atasının vəfatından sonra cavabdehin əməllərini günlərlə analiz etdikdə tam məlum olur ki, bu müvəqqəti davranış sərgiləmiş və planlı hərəkət etmişdir. Atasının dünyasını dəyişməsi isə planının həyata keçirilməsinə başlanğıc olmuşdur. ARDNŞ-tindən atasının vəfatı ilə bağlı 6900 manat pul vəsaiti verilmiş və iddiaçıdan xəbərsiz o vəsaiti də ələ keçirmişdir. Bu vəsaiti xx.xx.2024-cü ildə mənimsəmişdir. Cavabdeh atasının dünyasını dəyişməmişdən qabaq əmlaklarını aparmış və hansı ki, ailə quranda 1 əmlak belə gətirməmişdir. Hətta dünyasını dəyişən anasına aid, individual, dəyəri əvəzsiz olan əşyalarını icazəsiz aparmışdır. Cavabdeh atası ilə ailə qurarkən bir əmlak nə alınıb, nə də özü cehiz kimi gətirilmişdir. Bu əşyaların alınmasını atası ilə iddiaçı birgə zəhmətlə almışlar. Atasının səhhətindəki kritik vəziyyətdən və baş qarışıqlığından, atasının dünyasını dəyişməsindən istifadə edib maşın tutaraq evi təmiz boşaltmışdır: yorğan, döşək və prostinalar- 466 manat, atasına məxsus bir qızıl üzük, anasına məxsus 1 qızıl üzük- qiymətləri 1000 manat, şkafda olan - 1000 manat pul vəsaiti, yataq dəsti, 8 ədəd stolstul- qiyməti 1000 manat, dünyasını dəyişmiş anasına məxsus qədimi tikiş maşını (ona da nənəsindən qalıb) -qədimi olduğu üçün qiymətini dəqiq deyil, qab-qacağ, bıçaq, çəngəl, qaşıq dəsti, sok çəkən, ətçəkən, tozsoran qiyməti-800 manat, bişiricisoba- 200 manat, sac (əllə düzəldilmə)-100 manat, kabab manqalı (əllə düzəldilmə)-200 manat, usta alətləri, çəkic, drel- 200 manat, tefal qazanlar, qablar -200 manat, mənzilin prədələri-300 manat, xrustal qablar-500 manat, çay qaynatma somavari-100 manat, atasına aid bank kartları - içində cəmi 3000 manat qədər vəsait, cəmi 9066 manat. Göstərilənlərə əsasən Cavabdeh aşağıda qeyd edilən əşyalar, yorğan, döşək və prostinalar- 466 manat, atasına məxsus bir qızıl üzük, anasına məxsus 1 qızıl üzük- qiymətləri 1000 manat, şkafda olan - 1000 manat pul vəsaiti, yataq dəsti, 8 ədəd stol-stul- qiyməti 1000 manat, anasına məxsus qədimi tikiş maşını (qədimi olduğu üçün qiyməti dəqiq deyil), qab-qacaq, bıçaq, çəngəl, qaşıq dəsti, şirəçəkən, ətçəkən, tozsoran qiyməti-800 manat, bişirici soba- 200 manat, sac (əllə düzəldilmə)-100 manat, kabab manqalı (əllə düzəldilmə)-200 manat, usta alətləri, çəkic, drel- 200 manat, tefal qazanlar, qablar -200 manat, mənzilin pərdələri-300 manat, xrustal qablar-500 manat, atasına aid bank kartları - içində 3000 manat, samavar-100 manat əmlakların yararlı vəziyyətdə qaytarılması, qaytarılmadığı təqdirdə əmlakların dəyəri olan 9066 manat vəsaitin və ARDNŞ-tindən atasının vəfatı ilə bağlı dəfn xərci olaraq ödənilmiş 5934 manat olmaqla, cəmi 15000 manat və ödənilmiş dövlət rüsumu olan 135 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı "əmlak tələbi"nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh həyat yoldaşının hüzn mərasimlərində 6400 manat vəsait toplamış, 840 manat dəfn xərci almış, 500 manat Cavabdeh tərəfindən dəfn günü ona vermiş, 3000 manat da əvvəlcədən ona vəsait vermiş, lakin cavabdeh həmin mərasimdən 6400 manat pul toplasa da, Cavabdeh aldığı 3500 manat pulu qaytarmadı və üstəlik 800 manat, dəfn pulunu da onunla bölmədi, nəticədə 3900 manat Cavabdeh çatası pulunu ona ödəmədi. Bundan başqa İddiaçı Cavabdeh 3/8 pay vərəsə hüququ tanınan evə görə ödədiyi vəsaitin onun payına düşən hissəsi 2025-ci ilin avqust ayına kimi 1038 manat təşkil etmişdir ki, həmin pulu da ondan tələb edir, bundan başqa mənzilə görə 120 ay ərzində, yəni 2033-cü ilə kimi ödənilməli olan aylıq 230 manat pulun 3/8 hissəsi, yəni 96,25 manat vəsait 2033-cü ilin may ayına kimi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, həmin evdə qalan dəyəri 1400 manat olan soyuducu, dəyəri 100 manat olan 1 ədəd CVS markalı televizor da Cavabdeh qaytarılmalıdır. Göstərilənlərə əsasən cavabdeh İddiaçı 3900 manat pulun, 2024-cü ilin avqust ayından 2025-ci ilin avqust ayına qədər mərhum həyat yoldaşından miras qalan Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsində yerləşən giriş 406, m15, otaq 135-dən cavabdehə düşən 3/8 paya görə tərəfindən ödənilmiş 1038 manat pulun, dəyəri 1400 manat olan soyuducunun dəyəri 100 manat olan televizorun və 2033-cü ilin may ayına kimi cavabdeh tərəfindən həmin evə görə aylıq 86,25 manat pulun kredit müqaviləsi müddəti bitənə qədər cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehdən 3900 manat pulun, 2024-cü ilin avqust ayından 2025-ci ilin dekabr ayına kimi iddiaçı Cavabdeh mərhum həyat yoldaşından miras qalan Bakı şəhəri, Səbail rayonu Dənizkənarı küçəsində yerləşən giriş 406, m.15, otaq 135-dən cavabdehə düşən 3/8 paya görə onun tərəfindən "xxxx"Bank ASC-yə ödənilmiş 1557 manat məbləğində pulun alınaraq ona qaytarılması, bu mənzilin ipoteka yüklülüyü ilə bağlı banka olan borun 2033-cü ilin may ayına kimi cavabdehin payına düşən 3/8 payına uyğun aylıq 86,25 manat ödənişin "xxxx"Bank ASC-yə ödənilməsinin cavabdehin üzərinə qoyulması, dəyəri 1400 manat olan soyuducunun, dəyəri 100 manat olan televizorun ondan alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehdən 3500 manat pulun, 2024-cü ilin avqust ayından 2025-ci ilin dekabr ayına kimi iddiaçı Cavabdeh mərhum həyat yoldaşından miras qalan Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsində yerləşən giriş 406, m.15, otaq 135-dən cavabdehə düşən 3/8 paya görə onun tərəfindən "xxxx"Bank ASC-yə ödənilmiş 1466,25 manat məbləğində pulun alınaraq qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qaytarılması, bu mənzilin ipoteka yüklülüyü ilə bağlı miras qoyanın 2033-cü ilin may ayına kimi kredit təşkilatına olan borcunun miras əmlakdan cavabdehə düşən 3/8 paya uygun bölünərək aylıq 86,25 manat ödənişin "xxxx"Bank ASC-yə ödənilməsinin cavabdehin üzərinə qoyulması, dəyəri 1200 manat olan soyuducunun, dəyəri 100 manat olan televizorun və ödənilmiş dövlət rüsumunun ondan alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, cavabdehdən 3500 manat pulun, dəyəri 1200 manat olan soyuducunun, dəyəri 100 manat olan televizorun və tərəflərindən ödənilmiş ödənilmiş 95 manat dövlət rüsumunun ondan alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

9. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

10. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank ASC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, tərəflərlə bağlı problem yoxdur, ödənişlər vaxtı-vaxtında həyata keçirilir. Bu səbəbdən, iddianın əsası barədə məsələləri məhkəmənin ixtiyarına buraxmışlar. Krediti götürən xanımın vəfat etmiş həyat yoldaşıdır. İddiaçı isə birgə borcalan qismində çıxış edir. Halhazırda da ödənişlər edilir.

11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank ASC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi məhkəmədən xahiş edilmişdir.

12. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, Təranə onun bacısıdır. Onun həyat yoldaşı Feyzulla vəfat etmişdir. Təranənin özünəməxsus cehiz əşyaları olmuşdur ki, həmin əşyaları da evi tərk edərkən öz ilə aparmışdır. Rəşidəyə və ya onun anasına məxsus əşyalar Təranə tərəfindən götürülməmişdir.

15. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 443712 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixində ürəyin xronik işemik xəstəliyinin digər formaları xəstəliyindən vəfat etmişdir.

16. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-09/70/25 saylı arayışın surətindən görünür ki, X11 ilə X6 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 3719 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əzimova soyadı verilmişdir.

17. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş **********1051988 saylı doğum akt qeydinin surətindən görünür ki, X14 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası isə X15r.

18. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən verilmiş 02 may 2025-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən «Mülkiyyət hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş- X2 qalmış əri(arvadı) Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X9 verilmiş **********53-05301-093176 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonuy, Dənizkənarı küçəsi, ev 404, 406, 408, mənzil 135, Yeni qaydalarla: AZ1023, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,2 kv/m olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsi, ev 404, 406, 408, mənzil 135, yeni qaydalarla: AZ1023, ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsindən ibarətdir.

19. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı küçəsi, ev 404, 406, 408, 135 saylı mənzil Yeni qaydalarla: AZ1023, Bakı şəhəri, Səbail rayonu, Dənizkınarı küçəsi, giriş 406, M15, 1 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına 5/8 hissəsi xx.xx.2025-ci il tarixdə ********** saylı nömrə ilə, İddiaçı adına 3/8 hissədə qeydiyyata alınmışdır.

20. İş materiallarında olan İddiaçı tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisi cənab Yunis Ələsgərova ünvanlanan xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ata evindən ögey anası Cavabdeh tərəfindən evin içərisində olan əşyaların bir qisminin onun razılığı olmadan aparılmış olduğu aşkar edilmişdir.

21. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəhbərliyinə ünvanlanan müraciətdə xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ata evindən ögey ana Cavabdeh tərəfindən evin içərisində olan əşyaların bir qisminin razılığınız olmadan aparılmış olduğunu aşkar etməyiniz qeyd edilmişdir. Aparılan araşdırılma zamanı müraciətdə göstərilən xüsusatlar mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur.

22. İş materiallarında olan Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, F.S.Əzimov Trestdə işləmiş, vəfat etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Trestin xx.xx.2024-cü il tarixli əmri ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən işçinin vəfatı ilə əlaqədar hesablanmış 2522,65 manat müavinət, əlavə olaraq 2023-cü il üzrə performansın qiymətləndirilməsinin nəticəsinə görə isə hesablanmış 507,90 manat bonus vərəsəlik hüququ haqqında şəhadətnamə Trestə təqdim edilmədiyi üçün tərəflərindən ödənilməmişdir. SOCAR-ın işçilərinə maddi yardım verilməsini vahid qayda və şərtlərinin müəyyən edilməsi, işçilərin maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X27 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cu il tarixli birgə əmr-qərarı ilə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnamənin 4.1-ci bəndində işçilərə və onların ailə üzvlərinə maddi yardımın verilməsi halları və həcmləri müəyyən edilmişdir. Həmin əsasnamənin 4.1.1-ci yarımbəndinə əsasən işçi vəfat etdikdə işçinin ailə üzvlərindən birinə minimum əmək haqqının 20 misli həcmində maddi yardım ödənilir. F.S.Əzimovun arvadı Cavabdeh nikah haqqında şəhadətnamənin surətini və ölüm haqqında şəhadətnaməni əlavə etməklə maddi yardımın verilməsinə dair ərizə ilə Trestə müraciət etmişdir. Cavabdeh ərizəsinə Trestin maddi yardımları təyin edən komissiyasının xx.xx.2024-cü il tarixində keçirilən iclasında baxılmış və ona 6900 manat maddi yardımın verilməsi haqqında qərar qəbul edilmişdir. Bu məbləğdən vergi tutulduqdan sonra 5934 manat maddi yardım xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı üzrə Cavabdeh ödənilmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Beləliklə, göründüyü kimi mülki iş iki iddia tələbindən – ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir.

24. Hazırki iddia tələbləri ilə (həm ilkin, həm də qarşılıqlı) bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İddiaçı (ilkin iddia üzrə) İddiaçı tələbində qeyd etdiyi - əşyalar, yorğan, döşək və çarpayı örtükləri, atasına məxsus bir qızıl üzük, anasına məxsus 1 qızıl üzük- qiymətləri, şkafda olan 1000 manat pul vəsaiti, yataq dəsti, 8 ədəd stol-stul, anasına məxsus qədimi tikiş maşını, qab-qacaq, bıçaq, çəngəl, qaşıq dəsti, şirəçəkən, ətçəkən, tozsoran qiyməti, bişirici soba, sac (əllə düzəldilmə), kabab manqalı (əllə düzəldilmə), usta alətləri, çəkic, drel, tefal qazanlar, qablar, mənzilin pərdələri, xrustal qablar, atasına aid bank kartları içində 3000 manat və samovarın Cavabdeh tərəfindən aparıldığını bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları (sözügedən əşyaların atasına məxsus ünvanda mövcudluğunu, cavabdehdə olmasını) sübuta yetirə bilməmişdir.

26. Bundan əlavə, iddiaçı (ilkin iddia üzrə) İddiaçı ARDNŞ tərəfindən atasının vəfatı ilə bağlı dəfn xərci olaraq ödənilmiş 5934 manat pulun qaytarılmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən məbləğ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən mərhum F.S.Əzimovun arvadı Cavabdeh maddi yardım məqsədi ilə ödənilmişdir.

27. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı tərəfindən 3500 manat pulun, dəyəri 1200 manat olan soyuducunun, dəyəri 100 manat olan televizorun ona qaytarılmalı olmasını bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları (sözügedən əşyaların mövcudluğunu və cavabdehdə olmasını) sübuta yetirə bilməmişdir.

28. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

29. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

30. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

31. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

32. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

33. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

34. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri (ilkin və qarşılıqlı) yalnız tərəflərin formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizələrindən ibarət olduğundan həm ilkin, həm qarşılıqlı iddia tələbləri qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

36. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

43. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "əmlak tələbi"nə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" X30 Cəmiyyətini cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "əmlak tələbi"nə dair qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar