Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4370/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı «inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı «inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 00700/0036 saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və onun xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, həmin iddianın mülki məhkəmə icraatı qaydasında icraata qəbul edilib baxılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 130-cu maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə 129.1.3-cu maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair» xx xxxxxxx 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda şərh olunalara əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməlidir. İddiaçıya inzibati xəta haqqında iş üzrə qərardan İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı «inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi» tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçıya inzibati xəta haqqında iş üzrə qərardan İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq şikayət vermək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4370/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4370/2021
30.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver