Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4371/2024 02.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı oğlu Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 7100 manat məbləğində pulun alınıb ona verilməsi, həmçinin dövlət rüsumu kimi ödədiyi 91 manat və hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı oğlu xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Qazaxıstan Respublikası, Abay Vilayəti, Borodulixa rayonu, Borodulixa kəndi, Mir döngə, ev 5, mənzil 8 ünvanında qeydiyyatda olmaqla Qazaxıstan Respublikasının vətəndaşıdır. Qeyd edir ki, Gusseinov Afkan onun atasıdır. O, xx.xx.2022-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Qeyd edir ki, mərhum atası Gusseinov Afkan xx.xx.2022-ci ildə Sumqayıt Şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusunda kredit müqaviləsi bağlamaqla Cavabdeh 11000 (on bir min) manat məbləğində borc pul vermişdir. Müqavilənin ikinci bəndinə görə Cavabdeh həmin pul vəsaitini xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan bu günə kimi cavabdeh hissə-hissə olaraq mərhum atasına ümumillikdə 3900 manat pul ödəmişdir. Dəfələrlə cavabdehə müraciət edərək borcu ödəməsini tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməsini yubadır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehdən 7100 manat məbləğində pul alınıb ona verilməlidir. Həmçinin dövlət rüsumu kimi ödədiyi 91 manat və vəkilə hüquqi yardıma görə ödədiyi 300 manat pul vəsaitinin də cavabdehdən alınıb ona verilməlidir. Bildirir ki, o, atasının vərəsəsi kimi tanımışdır. Bu barədə ona qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilmişdir. Bunu təsdiq edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni də iddia tələbinə əlavə edir. Hazırda o, atasının vərəsəsi kimi həmin borcu tələb edir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh borcu ödəməkdən yayınır. Hətta məhkəmə iclaslarına da gəlmir. İddiaçı Qazaxıstan Respublikasının vətəndaşı olduğu üçün rüsumu onun adından ödəmişdir. Cavabdeh 3900 manat ödəniş etmişdir. On bir min manatı tam şəkildə də tələb edə bilərdi. Lakin ödənilmiş məbləği borcdan çıxmışdırlar. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, (iddia ərizəsinin surəti göndərilmiş, SMS xəbərdarlıq edilmiş) o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə cavabdehin iştirakını təmin etmək üçün “Telefonoqramma” (iş materialına əlavə edərək) cavabdehi xx.xx.2024-cü il tarixdə keçirilən iclasın yeri və vaxtı barədə xəbərdar etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3 ilə borcalan Cavabdeh arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 11000 manat məbləğində borc verməyi, borcalan krediti xx/xx/2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin verilməsini faizssiz şərtləşdirmişlər. Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş qanun üzrə vərəlik hüququ şəhadətnamənin notarial qaydada təsdiq olunmuş (skan edilmiş) surətindən görünür ki, Qazaxıstan Respublikası Mülki Məcəlləsinin 1061-ci maddəsinə əsasən, 16 sentyabr 2022-ci ildə vəfat edən vətəndaş Gusseinov Afkana məxsus əmlakın varisi, o cümlədən mirasdan imtina etdikləri üçün X4 və X1 payının varisi X2r. Hazırki şəhadətnamə Qazaxıstan Respublikası Mülki Məcəlləsinin 1040-cı maddəsi əsasında verilmiş və vəfat edən Gusseinov Afkana məxsus borcun tutulması üçün fiziki şəxslərə müraciət hüququndan ibarətdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 399125 nömrəli ölüm haqqında şəhadətnəmin surətindən görünür ki, Gusseinov Afkan 16 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində mədə girəcəyinin bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 09-cu ayının 30-cu günündə 1439 nömrə ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosunun hesabına 300 manat mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 91 manat məbləğində rüsum ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış təklifdən görünür ki, müqavilə üzrə öhdəliyin 10 gün müddətində icra edilməsi və 7100 manat məbləğində pulun ödənilməsi təklif edilmişdir. Əks halda pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edəcəkdir. Məhkəmədə cavabdehin iştirakını təmin etmək üçün “Telefonoqramma” (iş materialına əlavə edərək) cavabdehi xx.xx.2024-cü il tarixdə keçirilən iclasın yeri və vaxtı barədə xəbərdar etmişdir. Göründüyü kimi İddiaçı oğlu ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş qaydada pul vəsaitinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ tam şəkildə ödənilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan müqavilə üzrə cəmi 11000 (on bir min) manat məbləğində borc pul götürmüş, iddiaçı tərəfindən təqdim olunan sübutlar üzrə müəyyən edilmişdir ki, həmin borc vəsaitindən 3900 (üç min doqquz yüz) manat pul vəsaiti qaytarılmış, lakin ödənilməmiş 7100 (yeddi min yüz) manat borc vəsaiti qaytarılmamışdır. İddiaçı isə kredit müqaviləsi üzrə ödənilməmiş yerdə qalan ümumi məbləği tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərcə görə cavabdehdən 300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 7100 manat məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat pul və 91 manat dövlət rüsumu alınıb İddiaçı oğluna ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7100 (yeddi min yüz) manat məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat pul və 91 (doxsan bir) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4371/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4371/2024
02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver