Məhkəmə qərarları › İş №e-2(060)-4396/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4396/2023

31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4396/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş zərərin əvəzi olaraq 1000 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin, ümumilikdə 1030 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, üzümlük yaşayış massivində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə daxil olaraq taxta döşəmə, işıq kabeli, armatur və əl arabasını oğurlayaraq aparmışdır. Qeyd olunan hal Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təsdiqini tapmışdır. İddiaçı vurulmuş zərər ödənilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi, Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir İş materiallarından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1977-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, xx.xx.2022-ci ilədək ünvan 3 ünvanında qeydiyyatda olub. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-462/2022 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə sorğusuna əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)- 462/2022 saylı hökmü xx.xx.2023-cü il tarixində qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddiaçı cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanının əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-462/2022 saylı hökmü ilə müyyən edilmişdir ki, “Bundan əlavə o, (hazırkı iş üzrə cavabdeh) təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəlində Abşeron rayon Saray qəsəbəsi üzümlük yaşayış massivində yerləşən İddiaçı məxsus təmiri tam başa çatmamış fərdi yaşayış evə qanunsuz olaraq daxil olub, evin içində 600 manat dəyərində taxta döşəmə, 200 manat dəyərində işıq kabeli, 170 manat dəyərində armatur və 30 manat dəyərində əl arabasını talayıb, zərərçəkmiş İddiaçı 1000 manat ziyan vuraraq oğurluq etmişdir.” MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 1000 manat məbləğində maddi ziyan vurulması cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Həmin hökmün hazırkı iş üzrə preyudisial əhəmiyyəti nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1 000 (min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar