Məhkəmə qərarları › İş №e-2(060)-4488/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4488/2025

21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4488/2025 21.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 1 saylı Sumqayıt Regional Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 1 saylı Sumqayıt Regional Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, dövlət rüsumu qanunla müəyyən olunmuş məbləğdə ödənilmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. «Dövlət rüsumu haqqında» Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 1** manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı 1** manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 99,6* manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun qalan hissəsi ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 1 saylı Sumqayıt Regional Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar