Məhkəmə qərarları › İş №e-2(060)-4500/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4500/2025

21.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4500/2025 21.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı cavabdeh 1 saylı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum dayısı X1 məxsus Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 21 dekabr 2***-ci il tarixli 218 saylı sərəncam ilə 1,5*48 hektar torpaq sahəsi üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün üzrlü səbəbi ötürülmüş müddətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı iddia icraatı qaydasında məhkəməyə «faktın müəyyən edilməsi» və «mirasın qəbulu müddətinin uzadılması» tələbləri ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, irəli sürülən tələblərə bir icraatda baxıla bilməz. Belə ki, göstərilən məsələlərin həlli qaydası qanunvericiliyin göstərişlərinə əsasən ayrı icraat növlərinə- iddia və xüsusi icraata aid olmaqla baxılma qaydaları prosessual baxımdan fərqləndirilmişdir. MPM-nin 12-ci fəsli iddia icraatı qaydasında baxılması işlərlə bağlı prosessual qaydaları nəzərdə tutduğu halda, MPM-nin 3*5.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər xüsusi icraat qaydasında baxılmalı olan işlər siyahısına aid edilməklə, həmin Məcəllənin 31-ci fəslində bu işlərin baxılması qaydası təsbit olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, mümkünlüyü yoxlanılan iddia üzrə tələblərə bir icraatda baxılması yol verilməz olduğundan iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 125-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 1** manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 1 saylı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 13.*6.2*25-ci il tarixli, qeydiyyat nömrəsi 717*97531917 olan qəbzə əsasən ödənilmiş 1** (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar