Məhkəmə qərarları › İş №e-2(060)-473/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-473/2023

28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-473/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80000 (səksən min) manat məbləğində pulun və 330 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1970 saylı bağ sahəsinin, bu mümkün olmadıqda isə onun dəyəri olan 80000 (səksən min) manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə aralarında bağlanmış 24 sentyabr 1990-cı il tarixli 615 saylı müqaviləyə əsasən Sumqayıt şəhəri Corat bağları ərazisində sahəsi 0,18 ha olan 1970 saylı bağ sahəsi iddiaçıya icarəyə verilmişdir. 03 iyun 2005-ci il tarixdə Sumqayıt bələdiyyəsi qanunsuz qərar qəbul edərək həmin bağ torpaq sahəsindən 0,10 ha torpaq sahəsini B-1970 nömrəsi ilə Cavabdeh mülkiyyətinə vermişdir. Bununla bağlı tərəflərindən məhkəmədə iddia qaldırılmış, Sumqayıt şəhər məhkəməsinin 22 iyul 2008-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq, Sumqayıt şəhər Bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli qərarı ləğv edilmişdir. Sumqayıt şəhər bələdiyyəsi həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 17 noyabr 2008-ci il tarixli 2(105)1230/2008 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. O vaxtdan keçən müddət ərzində Cavabdeh Xankalam oğlu torpaq sahəsini boşaltmamış və iddiaçıya təhvil verməmişdir. Əksinə, 29 iyul 2015-ci il tarixdə həmin torpaq sahəsinə dair əldə etdiyi qanunsuz sənədlərin məhkəmə qərarı əsasında ləğv olunduğunu bildiyi halda, həmin torpaq sahəsini X2. Bununla da o, faktiki olaraq cinayət törədərək, iddiaçıya məxsus əmlakı öz əmlakı kimi təqdim edərək başqa şəxsə satmış və gəlir əldə etmişdir və əldə etdiyi məbləği də iddiaçıya verməmişdir. Həmin ərazidə 1 sot torpaq sahəsinin bazar qiyməti minimum 8 min manat olduğu üçün hesab edir ki, cavabdehdən 80 min manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs isə məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı ilə 1990-cı ildə Bağlar Təsərrüfat sahəsi arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri Corat bağları ərazisində sahəsi 0,18 ha olan 1970 saylı bağ sahəsi iddiaçıya icarəyə verilmişdir. Lakin daha sonra - 2005-ci ildə Sumqayıt şəhər Bələdiyyəsi torpaq sahəsininin 0,10 ha sahəsinin cavabdehə ayrılması barədə qanunsuz qərar qəbul etmişdir. Bu məsələyə dair Bələdiyyə ilə iddiaçı arasında məhkəmə çəkişmələri olub və nəticədə Sumqayıt şəhər Bələdiyyəsinin həmin qərarı ləğv olunub. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Təəssüf ki, bu proseslər gedəndə sözügedən torpaq sahəsinin üzərinə həbs qoyulmamış, cavabdeh həmin ərəfədə torpaq sahəsini başqa birinə satmışdır. Torpağı alan vicdanlı alıcı sayıla bilər, lakin cavabdehi vicdanlı satıcı kimi qəbul etmək olmaz. Bununla əlaqədar onlar 2017-ci ildə həmin alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdilər. Məhkəmə qərar qəbul etmə mərhələsində olduğu zaman qarşı tərəf adamlarını razılıq əldə edilməsi məqsədilə iddiaçının yanına göndərmiş və başqa torpaq sahələri göstərərək iddiaçının adına sənədləşdiriləcəyini bildirmişdir. Lakin cavabdeh sözünə əməl etməmiş və bu məsələ uzun müddət həllini tapmamışdır. Daha sonra iddiaçı 2021-ci ildə yenə eyni iddia tələbi ilə müraciət etmişdir. Vicdanlı alıcılıq və iddia müddətinin tətbiqi onları Leyla Mustafayevaya olan iddia tələblərindən geri çəkilməyə məcbur etmişdir. Onu da bildirir ki, Leyla Mustafayeva torpaq sahəsinə dair çıxarış da almışdır. Bir daha qeyd edir ki, cavabdeh iddiaçıya məxsus torpağı satmaqla onu torpaq sahəsindən və onun bugünkü bazar dəyərindən məhrum edib. Hesab edir ki, belə olan halda cavabdeh ya torpaq sahəsini qaytarmalı və ya mübahisəli torpaq sahəsinin bügünə olan dəyəri məbləğində iddiaçıya pul qaytarmalıdır. Onu da qeyd edir ki, hazırda iddiaçı cavabdehdən 10 sot torpaq sahəsinin dəyərini tələb edir. Lakin hazırda torpaq sahəsini tələb etsələr, bu artıq üçüncü şəxsin mənafeyinə toxunacaq, çünki sözügedən torpaq sahəsi üzərində artıq tikili də var. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 Boris oğlu bildirmişdir ki, Bələdiyyə, Akif və Namiq arasında başqa torpaq verilməsi ilə bağlı razılıq olub. Lakin həmin sənəd hazırda tapılmır. Sənədin mövcudluğu barədə ona Namiqin bacısı məlumat verib. Lakin şəxs öldüyünə və evdən köçdüklərinə görə həmin sənədi tapmaq mümkün olmamışdır. Ona verilən məlumata görə tərəflər arasında razılıq ya məhkəmə qərarı əsasında, ya məhkəmədən kənar formada olub. Qeyd edir ki, sözügedən torpaq sahəsinin Leyla adlı şəxsə satıldığını bilir, amma məbləğ barədə məlumatı yoxdur. Lakin növbəti iclaslarda alqı-satqı müqaviləsini məhkəməyə təqdim edə bilər. Onu da bildirir ki, torpaq sahəsi ilə bağlı iddiaçının hüquqlarının pozulduğu müəyyən edildiyi halda bu günkü deyil, həmin dövr üçün torpağın qiymətinə uyğun pul tələb oluna bilər. Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 bildirmişdir ki, o, İddiaçı tanımır, Cavabdeh isə cəmi bir dəfə görmüşdür. Belə ki, Cavabdeh torpaq sahəsi almışdır, hazırda da həmin torpaq sahəsi onun mülkiyyətindədir. Mübahisə olduğunu əvvəlcədən bilsəydi, torpaq sahəsini almazdı. O torpaq sahəsini makler vasitəsilə elanda görüb almışdır. Alqı-satqı prosesi də qanunauyğun olaraq həyata keçirilmişdir. Cavabdeh yalnız alqı-satqı zamanı görmüşdür, o, notariusa gəlmişdi. Torpaq sahəsini 30 min manata almışdır. Makler başqa adamla danışmışdı. Həmin adamın etibarnaməsi var idi. Lakin onlar torpağın mülkiyyətçisini görmək istəmişlər, bu səbəbdən Cavabdeh özü alqı-satqıya gəlmişdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(105)-1230/2008 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin İddiaçı iddiası ilə əlaqədar 22 iyul 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1762/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X5, Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-2404/2015 saylı qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-12135/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2-1677/2008 saylı, 22 iyul 2008-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə və Cavabdeh qarşı qərarın qanunazidd hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli 20 nömrəli qərarı ilə verilmiş JN 1618B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1970 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi 29 iyun 2005-ci il tarixdə Cavabdeh Xankələm oğlunun adına qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 4 saylı notariat kontorunun 4Ə-1009 reyestr nömrəli, 29 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin tarixdə Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1970 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi 30000 manata Cavabdeh Xankələm oğlu tərəfindən X1. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 1990-cı il tarixli 615 saylı uzunmüddətli icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri Corat bağları ərazisində sahəsi 0,18 ha olan 1970 saylı bağ sahəsi iddiaçıya icarəyə verilmişdir. Daha sonra Sumqayıt şəhər Bələdiyyəsinin 03 iyun 2005-ci il tarixli 20 nömrəli qərarına əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1970 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh Xankələm oğlunun adına qeydiyyata alınmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 2- 1677/2008 saylı, 22 iyul 2008-ci il tarixli qətnaməsi ilə Sumqayıt Bələdiyyəsinin xx.xx.2005ci il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(105)- 1230/2008 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 10 sot ölçüdə 1970 saylı bağ sahəsinin cavabdeh tərəfindən qaytarılması və ya onun dəyərinin ödənilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı iş üzrə qərarında qeyd etmişdir ki, Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş materiallarında heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz (§140). Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh mübahisəli torpaq sahəsinin verilməsinə dair bələdiyyə qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən ləğv edildiyi halda, Cavabdeh həmin torpaq sahəsini 2015-ci ildə üçüncü şəxs X3, nəticədə iddiaçını hal-hazıradək torpaq sahəsinə olan gözlənilən mülkiyyət hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 10 sot ölçüdə 1970 saylı bağ sahəsinin cavabdeh tərəfindən qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi hazırda üçüncü şəxs X4 mülkiyyətində olmaqla L.Məşədiyeva həmin torpaq sahəsinə münasibətdə vicdanlı alıcıdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə onu da qeyd edir ki, işdə iştirak edən şəxslər tərəfindən üçüncü şəxs X4 vicdanlılığını şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 10 sot ölçüdə 1970 saylı bağ sahəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması hissəsində təmin edilməməli, torpaq sahəsinin dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/1468 saylı ekspert rəyinə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən, sahəsi 0.18 ha olan; 1970 saylı bağ sahəsinin 0.10 ha hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 80000.0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin orta bazar dəyərinə dair məhkəməyə hər hansı digər sübut təqdim edilmədiyindən torpaq sahəsinin dəyəri ilə bağlı ekspert rəyində göstərilənlər əsas götürülməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi üçüncü şəxsə 30000 manata satılsa da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçını gözlənilən mülkiyyət hüququ olan torpaq sahəsindən hal-hazırki vaxtadək məhrum etdiyindən torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun dəyərini iddiaçıya qaytarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən sahəsi 0,10 ha olan 1970 saylı bağ sahəsinin dəyəri olan 80000 (səksən min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 330 manat dövlət rusumu da cavabdehə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci də Cavabdeh aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən sahəsi 0,10 ha olan 1970 saylı bağ sahəsinin dəyəri olan 80000 (səksən min) manat məbləğində pul və 330 (üç yüz otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının xərci olaraq Cavabdeh 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar