Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4744/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə”dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 115.000 ABŞ dolları məbləğində əsas borcun, illik %5 faiz olmaqla, gecikdirmiş olduğu 2 il 4 ay müddətə hesablanan 13.416 ABŞ dolları məbləğində pul ilə birlikdə 128.416 ABŞ dolları məbləğində pulun, ödəniş gününə olan manat ekvivalenti və ödənilmiş 486 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin eilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan borc məbləği ilə bağlı icra qeydi olmuş, lakin həmin icra qeydi tələbkarın ərizəsinə əsasən icra idarəsi tərəfindən notariot orqanına geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini, icra qeydi üzrə ödəniş etdiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarında olan: xx.xx.2017-ci il tarixli “kredit müqaviləsi”nə əsasən İddiaçı (“borc verən”) Cavabdeh (“borc alana”) 115.000 ABŞ dolları məbləğində pul borc vermişdir (bənd 1). “Borc alan” krediti xx.xx.2020-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür (bənd 2). Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır (bənd 7). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanunun 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən, notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2471/2021 sayl, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər Sumqayıt şəhər 3 saylı notariat kontoruna, İddiaçı və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Cavabdeh 115.000 ABŞ dolları və 20 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Mülki iş materiallarında olan Çıxarışdan görünür ki, icra qeydi icra məmuru Toğrul Baxşəliyev tərəfindən icra edilmədən Sumqayıt şəhər 3 saylı notariat kontoruna geri qaytarılmışdır. Göründüyü kimi iddiaçının hazırkı iddia tələbinin predmeti ilə notariusun icra qeydinə əsasən tutulmalı məbləğ eynilik təşkil edir. Həmin tələb üzrə ləğv edilməmiş icra qeydi olduğundan və eyni məsələ ilə bağlı yeni icra sənədinin verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğundan hazırkı tələbə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-cı maddəsinə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4744/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4744/2022
16.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver