Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4801/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, Cavabdeh 115 (bir yüz on beş) manat 86 (səksən altı) qəpik subasma hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 20 (iyrimi) manat dövlət rüsumu, ümumilikdə 135 (bir yüz otuz beş) manat 86 (səksən altı) qəpik tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, “İpoteka predmeti olan əmlakın sığortası” növü üzrə sığortalanmış X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə 24.10.2020-ci il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, qeyd olunan hadisəsi ilə bağlı “xxxx” MTK-nin sədri tərəfindən tərtib edilmiş 16 noyabr 2020-ci il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 47 saylı mənzildən su axması göstərilmişdir. Beləliklə, göstərilmiş 47 saylı mənzildən su axması nəticəsində X5 mülkiyyətində olan 44 saylı mənzilə 168 (bir yüz altmış səkkiz) manat məbləğində zərər dəymiş və PİM1800178 saylı sığorta müqaviləsinə və ƏS 20011 saylı 15 dekabr 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən “xxxx” ASC tərəfindən 115,86 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə nəzərə alaraq, Cavabdeh 115 (bir yüz on beş) manat 86 (səksən altı) qəpik subasma hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 20 (iyrimi) manat dövlət rüsumu, ümumilikdə 135 (bir yüz otuz beş) manat 86 (səksən altı) qəpik tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, onun mənzilindən axan su nəticəsində qonşusu Rasim Hacıyevin mənzilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanı ödəməkdən boyun qaçırmır və qısa müddət ərzində sözügedən məbləği ödəyəcəkdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC-nin 28.12.2020-ci il tarixli 004693 saylı ödəniş tapşırığına 1 saylı əlavənin surətindən görünür ki, “xxxx” ASC tərəfindən X6 115,86 manat sığorta ödənişi ödənmişdir. İş materiallarında olan “xxxx” ASC-nin №-li ƏS 20011 saylı, 25.12.2020-ci il tarixli “İpoteka predmeti olan əmlakın sığortasına dair sığorta ödənişi” aktın surətindən görünür ki, X7 ona məxsus ünvan 2 mənzil 44-ü 11.12.2018-10.12.2021-ci il tarixə “xxxx” ASC-də sığorta etdirmiş və subasma nəticəsində əmlaka 168 manat dəyərində ziyan dəymiş və 115,86 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin “İpoteka predmeti olan əmlakın sığortasına şəhadətnaməsi”nin surətindən görünür ki, X7 mülkiyyətində olan ünvan 2 mənzil 44-ü 11.12.2018-10.12.2021-ci il tarixə “xxxx” ASC-də sığorta etdirmişdir. İş materiallarında olan 16.11.2020-ci il tarixli “Akt”ın surətindən görünür ki, “xxxx” MTK tərəfindən inşa edilmiş 1-ci mikrorayon, N.Nərimanov küçəsi, 45”B” binasının 8-ci mərtəbəsində yerləşən 47 saylı Cavabdeh Səfdər oğluna məxsus mənzildə yaşayan sakin, mənzilin su xəttində istifadəsi ilə əlaqədar 44 saylı mənzildə yaşayan X6 məxsus mənzilə mütəmadi olaraq su sızması nəticəsində mənzilin sahibinə maddi ziyan dəymişdir. İş materiallarında olan “xxxx” ASC-nin Cavabdeh Səfdər oğluna ünvandıqları 16.12.2020-ci il tarixli məktubundan görünür ki, hadisə zamanı ünvan 2 ünvanında yerləşən 44 saylı mənzilə dəymiş zərərə görə tərəflərindən hesablanmış 168 (bir yüz altmış səkkiz) manatla əlaqədar 115,86 (bir yüz on beş manat səksən altı qəpik) manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 mənzil 44 xüsusi mülkiyyət hüququ əsasında X5 adına ********** nömrəli, 14.12.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 27.10.2020-ci il tarixli “Baxış aktı”nın surətindən görünür ki, X6 məxsus ünvan 2 mənzil 44-ə yuxarı qonşudan su sızma nəticəsində hamamın tavanına və divardakı kafellərə su axma halı müəyyən olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.03.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh ünvan 1, mənzil 11-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ MM-nin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Azərbaycan Respublikası Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri ( nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ MM-nin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mönasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rösumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə Cavabdeh 115 (bir yüz on beş) manat 86 (səksən altı) qəpik sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat, ümumilikdə 135 (bir yüz otuz beş) manat 86 (səksən altı) qəpik məbləğində pulun alınıb “xxxx” ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mölki Məcəlləsinin 1097, 1108-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 115 (bir yüz on beş) manat 86 (səksən altı) qəpik sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat, ümumilikdə 135 (bir yüz otuz beş) manat 86 (səksən altı) qəpik məbləğində pulun alınıb “xxxx” ASC-nə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-4801/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4801/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver