Məhkəmə qərarları › İş №e-2(060)-4854/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4854/2025

29.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4854/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı1 Hikmətoviç və X3i nümayəndəsi X4 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Sumqayıt 1 saylı Regional Asan Xidmət mərkəzində Notariat Ofisinə və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı miras əmlakın qəbul edilməsi, vərəsəlik haqda şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Hikmətoviç və X3i nümayəndəsi X4 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X10 ölümü ilə bağlı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notarius tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-479 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, X10 ölümü ilə bağlı açılmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı1 Hikmətoviç və X8 münasibətdə uzadılmasını, X10 ölümündən sonra miras qalan əmlak - Sumqayıt şəhəri, Bulvar küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 59E saylı evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 8 saylı mənzilin ½ hissəsinə mərhumun 1-ci növbəli vərəsələri İddiaçı1 Hikmətoviçin və X7 payının müəyyən edilməsini, həmin paya dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını, X10 ölümündən sonra miras qalan əmlak - “BMW X-5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə mərhumun 1-ci növbəli vərəsələri İddiaçı1 Hikmətoviçin və X7 payının müəyyən edilməsini və həmin paya dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X32 İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə X5 Federasiyasının Dağıstan Respbublikasında ailə qurmuş, bu münasibətlərdən xx.xx.2013-cü il təvəllüdlü Əli və xx.xx.2016-cı il təvəllüdlü Ayla adlı 2 övladları olmuşdur. Hazırki ərizəyə əlavə olunmuş İİİ- БД 757084 saylı doğum haqqında şəhadətnamədən və 1-БД 623928 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 Hikmətoviç xx.xx.2013cü il tarixdə Rusiya RF, Dağıstan Respublikası, Dağıstanskiye Oqni şəhərində anadan olmuşdur. X6, anası X1. V-БД 885212 saylı doğum haqqında şəhadətnamədən və 1-БД 780450 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə Rusiya RF, Dağıstan Respublikası, Dağıstanskiye Oqni şəhərində anadan olmuşdur. X6, anası X1. Hazırki ərizəyə əlavə olunmuş sənədlərdən məlum olur ki, mərhum X23 Federasiyasında Dağıstan şəhəri, Buynakski küçəsi, ev 8/11, 3-cü korpusda yerləşən sahəsi 77.5 kv.m olan 3 №-li qeyri-yaşayış sahəsi (mağaza) və Dağıstan şəhəri, Buynakski küçəsində yerləşən 4 №-li evin 46 №-li mənzili olmuş, hər iki daşınmaz əmlak Hikmət Xəlilovun mülkiyyətinə bağışlama müqaviləsinə əsasən keçmişdir. Qeyd olunan 46 №-li mənzildə mərhum Hikmət Xəlilov, arvadı Nadejda Alimirzayeva və övladları Əli və Ayla ilə birlikdə yaşamış, qeyri-yaşayış sahəsini isə icarəyə vermişdir. Hazırki ərizəyə əlavə olunmuş AZ-İİ 408762 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasında vəfat etmişdir. Hikmət Xəlilovun ölümündən sonra, mərhumun Dağıstandakı övladları Əli və Aylanın qanuni nümayəndəsi (anaları) Nadejda Alimirzayeva xx.xx.2023-cü il tarixdə Dərbənd şəhəri Notariait Dairəsinin notariusuna ərizə ilə müraciət edərək, Hikmət Xəlilovun xx.xx.2023-cü il tarixdə öldüyünü, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı1 Hikmətoviçin və xx.xx.2016-cı il təvəllüdlü X7 mərhumun qanun üzrə vərəsələri olduğunu göstərərək, övladlarının adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, bu ərizə Dərbənd şəhəri Notariait Dairəsində qeydə alınmışdır. Nadejda Alimirzayevanın ərizəsindən görünür ki, mərhum Hikmət Xəlilovun ölüm faktını təsdiq edən sənəd notariusa təqdim olunmadığına görə, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı1 Hikmətoviçin və xx.xx.2016-cı il təvəllüdlü X7 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat işinin açılmasının qeyri-mümkünlüyü ona izah olunmuşdur. Bundan sonra Nadejda Alimirzayeva mərhumun ölüm şəhadətnaməsini onun Azərbaycanda yaşayan qohumlarından istəmiş, lakin onlar bu sənədi Nadejdaya verməmişlər. Nadejda Alimirzayeva da məcburiyyət qarşısında qalaraq ölüm haqqında şəhadətnamənin alınması üçün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanına müraciət etmiş və 2025-ci il yanvar ayında həmin şəhadətnamənin alınmasına nail ola bilmişdir. X13 Xəlilovun ölüm haqqında şəhadətnaməsini aldıqdan sonra qız övladı Ayla ilə bağlı atalığının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi vermiş, həmin ərizəyə baxan Dərbənd şəhər məhkəməsi X22 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsi əsasında Ayla Alimirzayevanın adına atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Daha sonra Nadejda Alimirzayeva müvafiq sənədlərlə birlikdə yenidən Dərbənd şəhər Notariat Dairəsinə müraciət etmişdir. Notariatdan isə ona bildirilmişdir ki, artıq Hikmət Xəlilovun Azərbaycanda yaşayan vərəsələri (Qürbət, Günel, Nərgiz, Aslan və Qürbət) nümayəndə vasitəsilə ərizə təqdim edərək, öz adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin notariusa təqdim olunan sənədlər araşdırılarkən məlum olmuşdur ki, mərhum X19 şəhərində miras qalan əmlaklar (Dağıstan şəhəri, Buynakski küçəsi, ev 8/11, 3-cü korpusda yerləşən sahəsi 77.5 kv.metr olan 3 №-li qeyri-yaşayış sahəsi (mağaza) və Dağıstan şəhəri, Buynakski küçəsində yerləşən 4 №-li evin 46 №-li mənzili) mərhumla arvadı Cavabdeh3 birgə nikahı dövründə birgə vəsait hesabına əldə olunmuş əmlak kimi təqdim olunmuş və vərəsəlik hüququ yalnız həmin əmlakların ½ hissəsinə şamil edilmişdir. Halbuki, həm Dağıstan şəhəri, Buynakski küçəsi, ev 8/11, 3-cü korpusda yerləşən sahəsi 77.5 kv.metr olan 3 №-qeyri-yaşayış sahəsi (mağaza), həm də Dağıstan şəhəri, Buynakski küçəsində yerləşən 4 №-li evin 46 №-li mənzil üzərində mülkiyyət hüququnu Hikmət Xəlilov əvəzsiz olaraq bağışlama müqaviləsi əsasında əldə etmişdir. Beləliklə də, Hikmət Xəlilovdan miras qalan əmlaklarla bağlı vərəsələr arasında mübahisə yarandığı üçün vərəsələr müvafiq iddia ərizələri ilə Dərbənd Şəhər Məhkəməsinə müraciət etmişlər. Hazırda tərəflər arasında mülki mübahisə ilə bağlı məhkəmə prosesi davam edir. X24 Dağıstanda yenidən ailə qurduğunu, Dağıstanda onun daha iki övladının olduğunu heç vaxt nə qohum-əqrabadan, nə dost-tanışdan gizlətməmişdir. Hikmət Xəlilovun rəsmi nikahda olan Azərbaycan Respublikasında yaşayan arvadı Cavabdeh3 və onun övladları xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2005-ci il təvəllüdlü X20 və xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh2, həmçinin mərhumun atası Cavabdeh2 da X14 adlı qadınla evləndiyini, həmin münasibətlərdən Əli və Ayla adlı iki övladının olduğunu çox gözəl bilmişlər. Lakin buna baxmayaraq, Cavabdeh2, Cavabdeh3 və onun övladları Nərgiz, Aslan və X25 ölümündən sonra Azərbaycan ərazisində miras qalan əmlakla bağlı notariusa müraciət edərkən, mərhumun Əli və Ayla adlı daha 2 vərəsəsinin olmasını notariusdan gizlətmiş və həmin şəxslərin miras əmlakdan irs almağa maneə törətmişlər. Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notarius ofisində 2V-479 reyestr nömrə altında qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və notariat işində olan digər sənədlərdən görünür ki, mərhum Hikmət Xəlilovun 1-ci növbəli vərəsələri – atası Cavabdeh2, arvadı Cavabdeh3, övladları Nərgiz, Aslan və Qürbət ərizə ilə notariusa müraciət edərək, Hikmət Xəlilovun 1-ci növbəli vərəsələri olduğunu və onlardan başqa mərhumun 1-ci növbəli vərəsəsinin olmadığını yazılı qaydada bildirərək, mərhumdan miras qalan “BWM X-5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Daha sonra mərhumun atası Cavabdeh2 və mərhumun övladı Aslan Xəlilov notariusa ərizə verərək, onlara düşən miras paydan digər vərəsələrin xeyrinə imtina etdiklərini bildirmişlər. Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notarius tərəfindən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə reyestrdə 2V-479 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlak kimi “BMW X-5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi qeyd olunmuşdur. Hikmət Xəlilovun 1-ci növbəli vərəsələri – atası Cavabdeh2, arvadı Cavabdeh3, övladları Nərgiz, Aslan və Qürbət həm vərəsələrin sayı ilə yanaşı, həm də miras qalan əmlakların sayı barədə notariusa qəsdən yanlış məlumat vermişlər. Belə ki, hazırki ərizəyə əlavə olunmuş Cavabdeh3 Rusiya Federasiyasının səlahiyyətli orqanlarına ünvanladığı, notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan məlum olur ki, "xxxx" MTK və Hikmət Xəlilov arasında bağlanmış müqaviləyə əsasən sonuncu Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən 59 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 8 №-li mənzili əldə etmişdir. "xxxx" MTK-nın nümayəndəsi tərəfindən şifahi məlumat verilmişdir ki, Hikmət Xəlilovun dəyərini ödəməklə MTK-dan əldə etdiyi həmin mənzilə dair mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir və bu çıxarış hazırda MTK-nın ofisindədir. Hikmət Xəlilovun kommunal xidmətlərə görə yaranmış 400 manat borcu ödənildikdən sonra vərəsələri həmin çıxarışı MTK-dan ala bilərlər. Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notarius tərəfindən Hikmət Xəlilovdan miras qalan əmlakla bağlı vərəsələrin adlarına bərabər paylar üzrə irs almalarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi zaman mərhumun vərəsələrinin tam dairəsi müəyyən edilməmiş, həmçinin mərhumun adına qeydə alınmış bütün əmlaklar da miras əmlak sırasına daxil edilməmişdir. Sözügedən şəhadətnamənin verilməsi mərhumun digər vərəsələri İddiaçı1 Hikmətoviçin və X7 hüquqlarını kobud şəkildə pozmuşdur və həmin vərəsələr atalarından miras qalan əmlakdan qanunsuz məhrum olmuşlar. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən X10 ölümü ilə bağlı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notarius tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-479 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, X10 ölümü ilə bağlı açılmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı1 Hikmətoviç və X8 münasibətdə uzadılmasını, X10 ölümündən sonra miras qalan əmlak - Sumqayıt şəhəri, Bulvar küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 59E saylı evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 8 saylı mənzilin ½ hissəsinə mərhumun 1-ci növbəli vərəsələri İddiaçı1 Hikmətoviçin və X7 payının müəyyən edilməsini, həmin paya dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını, X10 ölümündən sonra miras qalan əmlak - “BMW X-5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə mərhumun 1-ci növbəli vərəsələri İddiaçı1 Hikmətoviçin və X7 payının müəyyən edilməsini və həmin paya dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X32 İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil Hüseyn qızı iddia tələbini müdafiə etdi və iddia ərizəsində qeyd olunanları təsdiq edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Cavabdeh Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat Ofisi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X26 və "xxxx" ASC-nin nümayəndəsi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə həmin şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Doğum haqqında 757084 və 885212 saylı şəhadətnamələrin surətlərindən görünür ki, X2 və X10 birgə nikahından xx.xx.2013-cü il tarixdə İddiaçı1 Hikmətoviç və xx.xx.2016cı il tarixdə X11 adlı uşaqları olmuşdur. - AZ-İ 129726 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X21 xx.xx.2004-cü il tarixdə nikaha girmişlər və nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. - AZ-İ 702810, AZ-İİİ 708185 və AZ-İİİ 393005 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh3 və X10 birgə nikahından xx.xx.2005-ci il tarixdə X20, xx.xx.2007-ci il tarixdə Cavabdeh4 və xx.xx.2014-cü il tarixdə Cavabdeh2 adlı uşaqları olmuşdur. - AZ-İİ 385248 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - AD 916685 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW X-5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə X10 adına qeydə alınmışdır. - **********4 qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Bulvar küçəsindəki 59E saylı evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 8 saylı mənzili xx.xx.2023-cü il tarixdə X10 adına qeydə alınmışdır. Buna əsas "xxxx" MTK-nın 00420 saylı, xx.xx.2023-cü il tarixli protokolu və eyni tarixli maliyyə arayışı olmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X10 adına qeydə alınmış Sumqayıt şəhəri, Bulvar küçəsindəki 59E saylı evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 8 saylı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür və üzərində qadağa qeydə alınmışdır. - Mülkiyyət hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, “BMW X-5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 və X10 birgə nikahı zamanı əldə edilmişdir və mülkiyyət hüquqununun ½ hissəsi Cavabdeh3 məxsusdur. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, X9 miras qalmış “BMW X-5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində vərəsələri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 hər birinin payı 1/3 nisbətindədir. - X17 xx.xx.2024-cü il və X12 xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, onlar X9 miras qalmış paylarından imtina edirlər. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. İş materialları ilə müəyyən olunur ki, mərhum H.Cavabdeh2 qanunu üzrə 7 birinci növbəli vərəsəsi vardır: Cavabdeh3, Aslan Xəlilov, Cavabdeh4, Cavabdeh2 (övladı), Qurbət Xəlilov (atası), İddiaçı1 və Ayla Alimirzayeva. İşdən görünür ki, mərhumdan miras kimi iki əmlak-avtomobil və mənzil qalmışdır. Hər iki əmlak mərhumla Cavabdeh3 birgə nikahı zamanı əldə edildiyindən bu əmlakların yarısı üzərində Cavabdeh3 mülkiyyət hüququ Ailə Məcəllənin 32-ci maddəsinə əsasən yaranmışdır və bu əsasla da məhkəmə qeyd edir ki, onların yarısı miras əmlak kimi qiymətləndirilməlidir. İşdəki sənədlərlə müəyyən olunur ki, İddiaçı1 və Ayla Alimirzayeva istisna olmaqla digər vərəsələr H.Cavabdeh2 miras qalmış avtomobili öz aralarında bölüşdürmüşlər. Həmin vərəsələrin notariat kontoruna verdikləri ərizələrdən görünür ki, onlar mərhum H.Cavabdeh2 digər birinci növbəli vərəsələri, yəni İddiaçı1 və Ayla Alimirzayeva barədə məlumat verməmiş, bunun nəticəsində özlərinin mirasdan paylarını artırmış, həmin şəxsləri isə atalarından qalmış miras payından məhrum etmişlər. Halbuki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (Mülki Məcəllə, maddə 1134.1). Mülki Məcəllənin 1159.1-ci maddəsinin mənasına görə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlə(övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbə vərəsələr sayılırlar. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamə qanuna uyğun surətdə verilmədiyindən, yəni bütün vərəsələri ehtiva etmədiyindən ləğv edilməli (iddia ərizəsində etibarsız hesab edilmə qeyd edilsə də, mahiyyət etibarilə bu sənəd ləğv edilməlidir), H.Cavabdeh2 miras qalmış hər iki əmlak onun bütün vərəsələri arasında bərabər pay verilməklə yenidən bölünməli, bu zaman hər iki əmlakın onunla Cavabdeh3 birgə nikahından əldə edilməsi də (50 faizinin miras kütləsinə aid olması) nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə nəticə etibarilə mübahisəli əmlaklarda 6 vərəsənin hər birinin payı 1/14 nisbətində, Cavabdeh3 isə payı 4/7 nisbətindədir. Vərəsəliklə bağlı açılmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü səbəblərlə buraxılması barədə müddəalar artıq öz əhəmiyyətini itirdiyindən məhkəmə bu xüsusda araşdırma aparılmasına zərurət görmür. Belə ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edilmişdir. Bundan başqa, iddia ərizəsindən görünür ki, orada miras payına uyğun olaraq mülkiyyət hüququnun müxtəlif qurumlarda hüquq sahibinin adına qeydə almaq öhdəliyinin qoyulması da tələb edilir, lakin məhkəmə izah edir ki, iddiaçı hazırki qətnaməni (qanuni qüvvəsini aldıqdan sonra) həmin qurumlara təqdim etməklə uşaqlarının mülkiyyət hüquqlarını qeydə aldıra bilər, yəni bunun üçün ayrıca məhkəmə aktının çıxarılmasına ehtiyac yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, X10 ölümü ilə bağlı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notarius tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-479 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalı, X9 miras qalan əmlak - Sumqayıt şəhəri, Bulvar küçəsindəki 59E saylı evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 8 saylı mənzilin və “BMW X-5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/14 hissəsinə İddiaçı1 Hikmətoviçin və X7 payı müəyyən olunmalı, qalan hissələrdə isə iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X10 ölümü ilə bağlı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-479 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. X9 miras qalan əmlak - Sumqayıt şəhəri, Bulvar küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 59E saylı evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 8 saylı mənzil və “BMW X- 5 minik” markalı” ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı1 Hikmətoviçin və X7 hər birinin 1/14 hissədə payı müəyyən edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar