Məhkəmə qərarları › İş №e-2(060)-4977/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4977/2023

21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4977/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400.000 (dörd yüz min) manat məbləğində borc pul tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, və Cavabdeh arasında xx.xx.2020-ci il tarixində şifahi formada borc müqaviləsi bağlanmışdır. Sözügedən borc müqaviləsinə əsasən, cavabdeh qeyri-yaşayış sahəsi əldə etmək məqsədilə ondan 400.000 (dörd yüz min) manat məbləğində borc pul almışdır. Lakin, Cavabdeh ondan aldığı 400.000 (dörd yüz min) manat məbləğində borcu 2022-ci ilin yanvar ayına kimi ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Göstərilən səbəbdən, o, borcun ödənilməsi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh keçirilmiş mediasiya prosesində iştirak etmiş və aralarında 26 aprel 2022-ci tarixli barışıq sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Lakin, hazırki vəziyyətdə Cavabdeh sazişə əməl etməkdən imtina edir, borcu geri qaytarmaqdan boyun qaçırır. Cavabdeh tərəfindən hazırki, borc məbləği ödənilmədiyindən və borcun ödənilməsindən imtina olunduğundan mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti vardır. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil1 iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən cavabdeh iddiaçıdan 400000 manat məbləğində pul götürmüşdür. Lakin cavabdehin imkanı əl vermədiyinə görə bir il ərzində həmin məbləği qaytara bilməmişdir. Bundan sonra mediasiyada barışıq sazişi bağlanmışdır. Lakin cavabdehin həmin pulu qaytarmağa imkanı olmamışdır. Hazırda cavabdeh borcun qaytarılmasından imtina etmir. Qətnamə çıxarılakən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə üçüncü şəxs X4 nümayəndəsi Vəkil2 iddia tələbini əsassız hesab edərək bildirdi ki, Cavabdeh L.T.Babayevanın keçmiş əri olmuşdur. Onunla xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 11 mart 2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X11 oglu adlı iki övladları anadan olmuşdur. Son 4 ildir ki, Cavabdeh ailədə davranışında dəyişikliklər, aralarında ər-arvad münasibətlərində soyuqluq yaranmışdır. Cavabdeh uşaqlarına qarşı da münasibəti dəyişmişdi. O, müxtəlif bəhanələrlə mübahisələr yaradır, dava-dalaş salır, bəzən açıq edərək evdən gedir və müəyyən müddətdən sonra evlərinə qayıdırdı. Bu hərəkətləri adi bir hal almışdı. Ailənin maddi tələbatlarının ödənilməsi üçün çox cüzi miqdarda vəsait ayırır, mənzildə fasilələrlə qalırdı. Cavabdeh nikahlarının pozulması ilə bağlı 18 iyul 2022-ci il tarixdə Mediasiya prosesini başladır. Bundan əvvəlki illər də də Cavabdeh nikahlarını pozdurmaq istəmiş, lakin cavabdehin anası maneələr yaratmışdır. Cavabdeh oglu birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü tələbinə dair mediasiya prosesini başladaraq L.Babayevaya qarşı mülkiyyətində olan daşınar və daşınmaz əmlakların hər birinə 1/2 pay hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. L.Babayeva da ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verərək birgə nikah dövründə əldə etdikləri ümumi gəlir hesabına əldə edilmiş, Cavabdeh oglu tərəfindən bölgü tələb etdiyi əmlaklar siyahısına qəsdən daxil edilməmiş, öz mülkiyyətinə sənədləşdirdiyi müxtəlif markalı avtomobillərin, daşınmaz əmlaklardan və onun razılığı olmadan anasının adına sənədləşdirdiyi daşınmaz əmlaklardan yetkinlik yaşına çatmayan uşaqlarının onun himayəsində qalmalarını və onların tərbiyə və təhsili ilə məşğul olmağını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq 2/3 hissədə o, X4 payının, 1/3 hissədə Cavabdeh payının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh oglu birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü tələbinə dair mediasiya prosesini başladaraq L.Babayevaya qarşı mülkiyyətində olan daşınar və daşınmaz əmlakların hər birinə 1/2 pay hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 209\2023 nömrəli qətnaməsi ilə Cavabdehla onun arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqlarının o, L.Babayevanın yanında qalmaları və uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq aliment ödənilməsi qət edilmişdir. Cavabdeh ilə aralarında birgə nigah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatında olan e-2(004)-306/2023 saylı məhkəmə işi üzrə mübahisə bugünədək davam etməkdədir. Həmin məhkəmə işi üzrə Cavabdeh mütəmadi olaraq müxtəlif üsullarla nikah dövründə əldə edilmiş əmlakın düzgün və ədalətli bölünməsinə süni maneələr törətməyə çalışır. Belə ki, hazırda məhkəmənin icraatında olan Cavabdeh yaxın və uzun müddət ərzində tandığı dostu olan İddiaçı tərəfindən verilmiş iddia əslində tərəflər arasında öncədən Cavabdeh təşəbbüsü ilə planlı şəkildə qarşılıqlı razılaşdırılmış bir “oyun” oyundur. Əvvəlcədən ər-arvad arasında əmlak bölgüsündə daha çox pay əldə etmək məqsədi güdmüş və işin nəticəsində maraqlı olan Cavabdeh Bakı 6 saylı Mediasiya Təşkilatında tərəflər: "birinci tərəf İddiaçı və “ikinci tərəf Cavabdeh və mediator X12 oglu tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli uydurulmuş yazılı sübut - Barışıq Sazişini 01 mart 2023-cii il tarixində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə təqdim edərək iddia tələbinin həcmini artırmış - "birgə nikah dövründə götürülmüş 400.000(dörd yüz min manat) borc məbləğinin 1/2 hissəsinin, yəni 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin X3 tutularaq ona verilməsi barədə Qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh Barışıq sazişinin əlavə edildiyi ərizəsində xx.xx.2020-ci il tarixində İddiaçı borc pul vəsaiti götürdüyünü, həmin borcun götürülməsini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq etdiyini bildirmişdir. Barışıq sazişinin 1-ci maddəsində "Mübahisə tərəfləri aralarında 15.01,2020-ci il tarixdə şifahi formada bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh oglu qeyri-yaşayış sahəsi əldə etmək məqsədilə İddiaçı 400.000 (dörd yüz min) manat pul götürmüşdür. Qeyd olunan 400.000 (dörd yüz min) manat pulu 2022-ci ilin yanvar ayına kimi ödəməyi Cavabdeh öhdəsinə götürməyinə baxmayaraq, bu vaxta qədər o, öz öhdəliyini yerinə yetirməmiş göstərilən pulu İddiaçı ödəməmişdir. Buna görə də İddiaçı məhkəməyə müraciət etmək niyyətindədir” kimi göstərilmişdir. Barışıq sazişi məhkəməyə təqdim edilənədək Cavabdeh İddiaçı 400.000 (dörd yüz min) manat borc pul vəsaiti götürdüyündən və ya həmin borc məbləği ilə bağlı Mediasiya təşkilatında Barışıq sazişinin bağlanmasından L.Babayevanın xəbəri olmayıb, nə də ki Cavabdeh İddiaçı 400.000 (dörd yüz min) manat borc pul vəsaiti götürməsinə və ya həmin borc məbləği ilə bağlı Mediasiya təşkilatında Barışıq sazişinin bağlanmasına onun razılığı olmamışdır. 400.000 (dörd yüz min) manat borc pul barəsində Barışıq sazişinin məhkəməyə təqdim edildiyini vəkilinin deməsindən bilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatında mediator X7 Cavabdeh və İddiaçı tərəfindən Mediasiya təşkilatına 400.000 manat pulun borca verildiyi barədə qanunla müəyyən edilmiş qaydada bağlanmış ilkin kredit müqaviləsi təqdim edilmədən uydurulan-saxtalaşdırılmış yazılı sübut xx.xx.2022-ci il tarixli Barışıq Sazişi təsdiq edərək Cavabdeh vermişdir. Həmin barışıq sazişi hüquqi nəticələr doğurur və əmlak bögüsü tələbində nəinki L.Babayevanın, o cümlədən də himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının hüquqları və mənafelərinə ziddir. Odur ki, həmin barışıq sazişini və hazırda iş üzrə iddianı etiraf etmək yolu ilə dostu İddiaçı xeyrinə qətnamə əldə edilməsində məqsədi odur ki, məhkəmədə ərarvad arasında əmlak bölgüsü aparılarkən əmlak payını artıra bilsin, real əmlak payından onu uşaqları ilə birlikdə məhrum etsin və ya “400.000 (dörd yüz min manat) məbləği birgə nikah dövründə götürülmüş pul məbləği kimi qələmə verməklə onun 1/2 hissəsinin, yəni 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin X3 tutularaq ona verilməsini təmin etdirsin- tutmanı onun əmlakına yönəltdirsin. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı, cavabdeh və üçüncü şəxsin nümyəndələrinin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli “Barışıq sazişin”in surətindən görünür ki, Cavabdeh saziş imzalandıqdan sonra barışıq sazişi bağlandığı andan etibarən xx.xx.2023-cü ilədək 400000 (dörd yüz min) manat məbləğində vəsaiti oğluİddiaçı ödəməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əlyazmadan müəyyən edilir ki, Cavabdeh dostu İddiaçı xx.xx.2020-ci il tarixdə şəxsi məqsədləri üçün 400000 (dörd yüz min) manat borc götürmüşdür. Həmin borcu bir ilə qaytarcağına söz vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X1 əri Cavabdeh əmlak bölgüsü ilə bağlı özünə daha çox pay düşməsi üçün 6 saylı Mediasiya Təşkilatında guya dostu İddiaçı 400000 manat borc alması ilə bağlı şikayət əsasında toplanmış material aidiyyatı üzrə araşdırlması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İşə əlavə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3490/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında mediator X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi qərara alınmışdır. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, “borc müqaviləsi predmetinin məbləgi üç min manatdan çoxdursa və ya məbləgindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada baglanmalıdır. Göründüyü kimi qanunvericiliyinin bu tələbi imperativ xarakter daşıyır və borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduguna görə müqavilənin şifahi formada baglanması birmənalı şəkildə istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda tərəflər arasında heç bir mübahisə yoxdur və qarşılıqlı razılaşma mövcuddur. Eyni zamanda hazırki iddia tələbi üçüncü şəxs qismində cəlb edilmiş L.T.Babayevanın maraqlarına toxunur. Məhkəmə tərəflər arasında sadə formada baglanmış borc müqaviləsini uydurma əqd kimi qiymətləndirərək, iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar