Məhkəmə qərarları › İş №e-2(060)-5204/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5204/2023

13.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5204/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakda payın əvəzində pul kompensasiysının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakda payın əvəzində pul kompensasiysının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçı ilə aralarında barışıq əldə olunmuşdur. Bununla bağlı barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakda payın əvəzində pul kompensasiysının ödənilməsi tələbi”nə dair iddiası üzrə tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 1.Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə və qaydalarına uyğun həll edirlər.

2. Tərəflər bəyan edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 153.2.2-ci, 191.1, 191.2, 191.2-1-ci, 261.0.2-ci maddələrinin tələblərinə uyğun olaraq barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir.

3. Tərəflər bəyan edirlər ki, "xxxx" MTK ilə Cavabdeh arasındakı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr., ev 10D, giriş-2, 15-ci mərtəbədə 126№-li mənzil tərəflərin birgə nikahında əldə edilmiş əmlak olmaqla onların hər ikisinin bərabər payı vardır və mövcud paylara dair hüquq və vəzifələrini bu Sazişdə göstərilən şərtlər və qaydalar daxilində tam və birdəfəlik həll edirlər.

4. İddiaçı öhdəsinə götürür ki, yaranmış mübahisənin məhkəmədənkənar qaydada, öz aralarında yalnız hazırki sazişin şərtləri çərçivəsində həll etmələrinə Cavabdeh razılaşması və Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr. Ev 10D giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzildə olan 1/2 pay hüququnun (payın) dəyərinin əvəzində Cavabdeh tərəfindən ona 100.000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsi müqabilində, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə mənzilə dair bütün hüquqların tam şəkildə Cavabdeh keçməsinə, aralarındakı mübahisənin bu Sazişdə razılaşdıqları şərtlər və qaydalar daxilində həll edilməsinə razılaşır və həmin mənzildə olan 1/2 payından imtina edir.

5. İddiaçı bəyan edir ki, aralarındakı razılığa uyğun olaraq, Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixdə 50.000 manat və hazırki Sazişin imzalandığı anda - xx.xx.2023-cü il tarixdə 50.000 manat olmaqla, cəmi 100.000 manat pul ödənilməsi ilə əlaqədar hazırki iş üzrə Cavabdeh qarşı iddia tələblərindən imtina edir və hazırki sazişin təsdiq olunması, işin icraatına xitam verilməsi barədə Məhkəməyə ərizə verir və gələcəkdə hazırki mülki iş üzrə mübahisəli mənzilə (pay haqqına) dair hər hansı digər tələb irəli sürməyəcəkdir.

6. Cavabdeh bəyan edir ki, hazırki mübahisənin bu Sazişdə nəzərdə tutulmuş qaydada barışıq yolu ilə həll edilməsi məqsədilə, İddiaçı Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr., ev 10D, giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzilə 1\2 pay hüququndan (payından) və iddia tələblərindən imtina etməsi müqabilində, İddiaçı mənzildə olan 1/2 mülkiyyət payının əvəzində ona 100.000 (bir yüz min) manat pul ödəməyə razılaşmışdır.

7. Cavabdeh, aralarındakı razılığa əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı nağd qaydada ödədiyi 50.000 manat məbləğdən əlavə, bu Sazişin imzalanması anında da 50000 (əlli min) manat olmaqla, cəmi 100.000 manat ödəməklə bu Sazişlə üzərinə düşən öhdəliyi yerinə yetirmiş olur.

8. Cavabdeh hüququ var ki, tərəfindən bu Sazişin şərtlərinə uyğun olaraq, cəmi 100.000 (bir yüz min) manat məbləği İddiaçı ödəməsi ilə əlaqədar, İddiaçı hazırki iş üzrə iddia tələblərindən tam imtina etməsi və barışıq sazişinin təsdiq edilməsi barədə Məhkəməyə ərizə verməsini və gələcəkdə də hazırki iş üzrə mübahisəli mənzillə bağlı hər hansı tələb və iddiaların irəli sürülməməsini tələb etsin.

9. Tərəflərin hər ikisi bu Sazişi imzaladıqları anda Cavabdeh 50.000 (əlli min) manat vəsaiti İddiaçı ödəyir. Ödəniş barədə tərəflər arasında bu Sazişin ayrılmaz tərkib hissəsi olan “AKT” tərtib olunur (Sazişə Əlavə 1.) Bu bənddə göstərilən məbləğin ödənilməsi ilə Cavabdeh tərəfindən İddiaçı cəmi 100.000 (bir yüz min) manat tam ödənilmiş hesab olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakda payın əvəzində pul kompensasiyasının ödənilməsi tələbi”nə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə və qaydalarına uyğun həll edirlər;

2. Tərəflər bəyan edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 153.2.2-ci, 191.1, 191.2, 191.2-1-ci, 261.0.2-ci maddələrinin tələblərinə uyğun olaraq barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir;

3. Tərəflər bəyan edirlər ki, "xxxx" MTK ilə Cavabdeh arasındakı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr., ev 10D, giriş-2, 15-ci mərtəbədə 126№-li mənzil tərəflərin birgə nikahında əldə edilmiş əmlak olmaqla onların hər ikisinin bərabər payı vardır və mövcud paylara dair hüquq və vəzifələrini bu Sazişdə göstərilən şərtlər və qaydalar daxilində tam və birdəfəlik həll edirlər;

4. İddiaçı öhdəsinə götürür ki, yaranmış mübahisənin məhkəmədənkənar qaydada, öz aralarında yalnız hazırki sazişin şərtləri çərçivəsində həll etmələrinə Cavabdeh razılaşması və Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr. Ev 10D giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzildə olan 1/2 pay hüququnun (payın) dəyərinin əvəzində Cavabdeh tərəfindən ona 100.000 (bir yüz min) manat məbləğində kompensasiya ödənilməsi müqabilində, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə mənzilə dair bütün hüquqların tam şəkildə Cavabdeh keçməsinə, aralarındakı mübahisənin bu Sazişdə razılaşdıqları şərtlər və qaydalar daxilində həll edilməsinə razılaşır və həmin mənzildə olan 1/2 payından imtina edir;

5. İddiaçı bəyan edir ki, aralarındakı razılığa uyğun olaraq, Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixdə 50.000 manat və hazırki Sazişin imzalandığı anda xx.xx.2023-cü il tarixdə 50.000 manat olmaqla, cəmi 100.000 manat pul ödənilməsi ilə əlaqədar hazırki iş üzrə Cavabdeh qarşı iddia tələblərindən imtina edir və hazırki sazişin təsdiq olunması, işin icraatına xitam verilməsi barədə Məhkəməyə ərizə verir və gələcəkdə hazırki mülki iş üzrə mübahisəli mənzilə (pay haqqına) dair hər hansı digər tələb irəli sürməyəcəkdir;

6. Cavabdeh bəyan edir ki, hazırki mübahisənin bu Sazişdə nəzərdə tutulmuş qaydada barışıq yolu ilə həll edilməsi məqsədilə, İddiaçı Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pr., ev 10D, giriş-2, 15-ci mərtəbədə 126 №-li mənzilə 1/2 pay hüququndan (payından) və iddia tələblərindən imtina etməsi müqabilində, İddiaçı mənzildə olan 1/2 mülkiyyət payının əvəzində ona 100.000 (bir yüz min) manat pul ödəməyə razılaşmışdır;

7. Cavabdeh, aralarındakı razılığa əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı nağd qaydada ödədiyi 50.000 manat məbləğdən əlavə, bu Sazişin imzalanması anında da 50000 (əlli min) manat olmaqla, cəmi 100.000 manat ödəməklə bu Sazişlə üzərinə düşən öhdəliyi yerinə yetirmiş olur;

8. Cavabdeh hüququ var ki, tərəfindən bu Sazişin şərtlərinə uyğun olaraq, cəmi 100.000 (bir yüz min) manat məbləği İddiaçı ödəməsi ilə əlaqədar, İddiaçı hazırki iş üzrə iddia tələblərindən tam imtina etməsi və barışıq sazişinin təsdiq edilməsi barədə Məhkəməyə ərizə verməsini və gələcəkdə də hazırki iş üzrə mübahisəli mənzillə bağlı hər hansı tələb və iddiaların irəli sürülməməsini tələb etsin;

9. Tərəflərin hər ikisi bu Sazişi imzaladıqları anda Cavabdeh 50.000 (əlli min) manat vəsaiti İddiaçı ödəyir. Ödəniş barədə tərəflər arasında bu Sazişin ayrılmaz tərkib hissəsi olan “AKT” tərtib olunur (Sazişə Əlavə 1.) Bu bənddə göstərilən məbləğin ödənilməsi ilə Cavabdeh tərəfindən İddiaçı cəmi 100.000 (bir yüz min) manat tam ödənilmiş hesab olunur. İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakda payın əvəzində pul kompensasiyasının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar