Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5241/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinə və üçüncü şəxs Maraqlı şəxs qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 4 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024cü il tarixli 8İ-9245 reyester nömrəli və xx.xx.2024-cü il tarixli 8İ-9246 reyestr nömrəli İcra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 4 saylı saylı Notariat ofisi tərəfindən borclu qismində Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış müqavilələr əsasında verilmiş xx.xx.2024-cü il tarixli 8İ-9245 və xx.xx.2024-cü il tarixli 8İ-9246 reyestr nömrəli İcra qeydləri verilmiş və həmin icra qeydləri icra olunması üçün İcra şöbəsinə göndərilmişdir. Hesab edir ki, göstərilən əsaslara və maddi hüquq normalarına görə hazırki hər iki İcra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tərəflərindən kredit müqavilələri 21 fevral 2023-cü il tarixdə və 08 fevral 2023-cü il tarixdə Abşeron rayonu, 1 saylı Notariat ofisində bağlanmışdır. Amma nədənsə icra qeydini Sumqayıt şəhəri 4 saylı Notariat ofisi vermişdir. 08 fevral 2023-cü il tarixli tarixli kredit müqaviləsinə əsasən borcverən iddiaçıya 08 fevral 2023-cü il tarixdə guya 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. 21 fevral 2023-cü il tarixdə isə 32700 (otuz iki min yeddi yüz) manat kredit verilmişdir. Həmin kredit müqavilələri özü əsassızdır. Həmin pullar iddiaçıya faizlə verilmişdir. Həmin kredit müqavilələri müddət başa çatmadan ikinci dəfə yazılmışdır. Çünki iddiaçı 17300 manat faizi ödədikdən sonra ikinci dəfə guya ona 32700 manat kredit verilmişdir. Görünən odur ki, iddiaçı hələ kredit müqaviləsi başa çatmadığı halda iki həftə sonra yenidən kredit verilir. Əgər o, krediti dərhal ödəmək imkanı olsaydı onda ikinci kredit müqaviləsinə nəyə görə ehtiyac olmalı idi. Qeyd etdiyi kimi birinci müqavilə üzrə ödədiyi pullar çıxıldıqdan sonra ikinci formal müqavilə bağlanmışdır. Hər iki pul faizə yığılmış pullardır. Həmin vaxtı orada pul olmamışdır. Bu müqavilələr formal olsa da iddiaçı sonradan müxtəlif vaxtlarda 10000 və 20000 mant məbləğində və digər məbləğlərdə pullar ödəmişdir. Bununla bağlı iddiaçıda cavabdehin üçüncü şəxslərlə arasında vatsap yazışmaları mövcuddur. İcra qeydi əsaslandırılmadan verilmişdir. Hər iki icra qeydinin verilməsinə əsas olmuş borcun məbləği dəqiqləşdirilməmişdir. Yəni bu məsələ icra qeydində aydınlaşdırıla bilməz. Buna məhkəmə araşdırması lazımdır. Borc məbləğinin təxminən bir qismi ödənilmişdir. Ancaq icra qeydində pulun hamsı tələb olunur. Bundan başqa pretenziya qaydalarına riayət etmədən notarial qaydada icra qeydi alınmışdır. İddiaçıya məlumat verilməmişdir. Hər iki icra qeydi üzrə bildiriş iddiaçıya çatmamışdır. Ümumiyyətlə göndərilməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil1 eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məktubla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmədə iştirak edən zaman bildirmişdir ki, onunla iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən 50000 və 32000 manat kredit əldə edilmişdir. Pulun faizlə verilməsi barədə iddiaçı məhkəməyə sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən işə baxılması süni şəkildə icra qeydinin icrasından yayınmaq məqsədi daşıyır. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Vəkil2 Əlsalan oğlu məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, Maraqlı şəxs İddiaçı 50000 (əlli min)manat borc vermişdir. İddiaçı həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, Maraqlı şəxs İddiaçı 32700 (otuz iki min yeddi yüz) manat borc vermişdir. İddiaçı həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli İcra qeydinin surətindən görünür ki, Maraqlı şəxs xeyrinə İddiaçı 50000 (əlli min) manat tutulmalıdır. İşə əlavə olan xx.xx.2024-cü il tarixli İcra qeydinin surətindən görünür ki, Maraqlı şəxs xeyrinə İddiaçı 32700 (otuz iki min yeddi yüz) manat tutulmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki höquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 17-ci maddəsinin 15-ci bəndinə əsasən dövlət notariusu tərəfindən icra qeydləri aparılır. Azərbaycan Respublikası Notariat haqqında qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Notariat haqqında qanunun 79-cu maddəsinə tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil1 öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Belə ki, iddiaçının nümayəndəsi icra qeydi əsasında tələb olunan məbləğ faiz borca hesablanmış borc olduğunu bildirsə də, bu barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406, 407ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinə və üçüncü şəxs Maraqlı şəxs qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-5241/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5241/2024
28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver