Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5261/2022 03.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-Vəkil, Cavabdeh Əsəd qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əsəd qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xx.xx.1985- il təvəllüdlü Cavabdeh övladları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Nuray Fuad qızı ilə birlikdə iddiaçıların paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mkr, ev-37, mənzil-29-a istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 13-cü mkr, ev-37, mənzil 29 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ******* nömrəli çıxarışla ¾ hissə İddiaçı2, ¼ hissə isə İddiaçı1 mülkiyyətindədir. Qeyd edirlər ki, Sumqayıt Şəhər Məhkəməsinə Cavabdeh onların paylı mülkiyyətində olan Sumqayıt şəh, 13-cü mkr, ev-37, mənzil-29-a istifadə hüquqlarının itirilmiş hesab edilməsi iddiası ilə müraciət etmədən öncə qanunun tələbini rəhbər tutaraq mübahisənin həllini mediasiya prosessində həll etmək istəsələr də, cavabdeh mediasiya sessiyasında iştirak etmək istəmədiyini bildirmişdir. Buna görə də qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, Cavabdeh İddiaçı2 keçmiş gəlini, digər iddiaçının isə keçmiş qardaşı arvadı olmuşdur. İddia ərizəsinə qoşma etdikləri Sumqayıt İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(118)-179/2022-saylı qərarından göründüyü kimi Məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 16 dekabr 2021-ci il tarixli 05/Q- 4526/13 saylı cavab məktubuna əsasən X13 (İddiaçı2 oğlu və digər iddaçı İddiaçı1 qardaşı) ilə Cavabdeh nikah haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin 1407 saylı akt qeydinə əsasən Nəsibova (Əliyeva) Yeganə Əlövsət qızı 07 sentyabr 2007-ci ildə nikaha daxil olmuşdur. Sonradan aralarında yaranan problemlərdən dolayı bir ailə kimi bir yerdə qalmaları mümkünsüz olduğundan Əliyeva X6 Şəhər Məhkəməsinə müraciət etmiş və nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-1154/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Həmçinin bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən öncə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizə ilə müraciət edilmişdir ki, Cavabdeh və övladları: xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cü təvəllüdlü Əliyeva Nuray Fuad qızınınSumqayıt şəhər 13-cü mkr, ev-37, mənzil 29-dan pasport qeydiyyatından çıxarılması öhdəliyinin müvafiq inzibati orqanın üzərinə qoyulsun. Lakin Sumqayıt İnzibati Məhkəmənin hakimi cənab İsmayıl Quliyevin xx.xx.2022-ci il tarixli 2- 1(118)-179/2022-saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinə Cavabdeh və övladları: xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cü təvəllüdlü Əliyeva Nuray Fuad qızının “istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-179/2022-saylı qərarından görünür ki, məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 09 dekabr 2021-ci il tarixli **********97 saylı cavab məktubu ilə ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. 28 oktyabr 1985-ci il tarixli 13/1191 saylı orderdən görünür ki, həmin order X2 adına işlənmişdir. MH seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadədə olan 0.18 ha torpaq sahəsində yerləşən 37 nömrəli, 5 mərtəbəli binanın, 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 70.46 kv.m ümumi, 51.62 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ¾ hissədə İddiaçı2 maxsusdur. (Hüququn qeydiyyat tarixi xx.xx.2012) Bundan başqa Sumqayıt İnzibati Məhkəməsinin qərarında 15 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş 3917 saylı, 08.08.08 saylı Forma 2 Arayışına əsasən X4 məxsus ünvan 2 ünvanında daimi qeydiyyatda olan şəxslər sırasında X2, İddiaçı2, X3, X11, X7 adı qeyd edilmişdir. Göründüyü kimi daimi yaşayanlar sırasında cavabdehin adı keçmir. Həmçinin bildirir ki, iddia ərizəsinə qoşma etdikləri xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil Kommunal sahəsinin sahə ustası Bayramova.X tərəfindən tərtib olunmuş AKT-dan da göründüyü kimi xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Nuray Fuad qızı Sumqayıt şəhər, 13-cü mkr, ev-37 mənzil 29-da qeydiyyatda olsalar da, 2010-cu il tarixdən indiyədək faktiki olaraq həmin ünvanda yaşamırlar. Bu sənəddən də bəlli olur ki, cavabdeh uzun illərdir artıq sözügedən unvanda yaşamır. Sumqayıt İnzibati Məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 123- 555-1222 saylı cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh, X10 və Əliyeva Nuray Fuad qızının ünvan 3 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. Qeyd edir ki, vəkil sorğusu ilə müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Sumqayıt şəhəri, 12-ci mkr ev1/2, mənzil 48-də, xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək Sumqayıt şəhəri, 13-cü mkr, ev-37 mənzil-29 ünvanında qeydiyyatdadır. Az öncə yuxarıda qeyd edildiyi kimi iddiaçıların adına xüsusi mülkiyyət hüququ ilə bağlı Hüququn qeydiyyat tarixi xx.xx.2012-ci ildir. Cavabdehin iddiaçıların mülkiyyətində yaşamaq ehtiyacının aradan qalxmasını təsdiq edən növbəti mötəbər sənəd Qəyyumluq və Himayəçilik Komissiyasının rəyidir. Belə ki, X13 ilə Cavabdeh nikahlarının pozulması ilə bağlı iş Sumqayıt Şəhər Məhkəməsinin icraatında olduğu zaman işin obyektiv həllindən ötrü Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin alınması zərurəti ortaya çıxmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının vermiş olduğu xx.xx.2022-ci il tarixli 146 nömrəli “RƏY”i və “ MÜAYİNƏ AKTİ ” sözügedən məhkəməyə təqdim edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 146 nömrəli “RƏY”də qeyd edilmişdir ki, iddiaçı Cavabdeh mülkiyyət hüququ nənəsi X5 məxsus olan Sumqayıt şəhəri, Bağlar massivi ( Qurd Dərəsi) ünvanında yaşayır. Mənzil 21 ha ərazidə yerləşir. Mənzil 1 mərtəbəlidir. Mənzil yaxşı təmirlidir, kombi, kondisioner, mebel və digər zəruri əşyalarla təhciz edilmişdir. Mənzildə yaşayan digər şəxslərin Cavabdeh və onun övladlarının onlarla yaşamasına etirazı olmadıqlarını, onları çox sevdiklərini bildirmişlər. Daha sonra ailə səmimi, mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır deyə qeyd edilmişdir. Həmçinin cavabdehin və övladlarının iddiaçıların mülkiyyətində uzun illərdir yaşamadığını təsdiq edən növbəti mötəbər sübut Sumqayıt şəh, 13-cü mkr, ev-37-də yaşayan qonşuların məhkəmə iclasına gəlib şahid qismində verəcəkləri ifadələridir. Bundan başqa cavabdehin iddiaçıların mülkiyyətində yaşamaq ehtiyacının aradan qalxmasını təsdiq edən növbəti mötəbər sənəd Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-1154/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixdə baş tutan məhkəmə hazırlıq iclasının və xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasının protokolları olacaqdır. Belə ki, sözügedən iclasda cavabdehin özü tərəfindən bildirilmişdir ki, hazırda yaşadıqları ünvan çox yaxşı vəziyyətdədir, onların orada yaşamaqları üçün hər bir şərait yaradılmışdır. Qeyd edir ki, həmin protokolların surətlərinin əldə olunması üçün cavabdehin iddiası üzrə nikanın xitam verilməsi müddətində Əliyev Fuadın ( cavabdehin keçmiş əri) vəkili tərəfindən elektron qayda da ərizə verilmişdir. Lakin sözügedən sənədlər vəkilə təqdim edilməmişdir. Odur ki, iddia ərizəmizə bunla bağlı vəsatəti də qoşma etmişdir. Sonda qısa olaraq qeyd etmişdir ki, cavabdehin və övladlarının iddiaçılara məxsus mənzildə qeydiyyatda olması onların konstitusion hüquqlarını pozur, mülkiyyətə dair müstəqil sərəncam vermək hüquqlarını məhdudlaşdırır və əlavə xərclərin çəkilməsinə səbəb olur. Bir sözlə Cavabdeh, onun azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Nuray Fuad qızının qeydiyyatları formal xarakter daşıyır. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-Vəkil iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədi. Bildirdi ki, hazırda özü və uşaqları Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 37 saylı evin, 29 saylı mənzilində qeydiyyatdadırlar. Əliyev Fuadla ailə qurduqdan sonra bir müddət həmin məzildə yaşamışlar, sonra isə başqa mənzilə köçmüşlər. Hesab edir ki, uşaqları ilə birlikdə həmin mənzilə istifadə hüququ mövcuddur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, iddiaçılar Yasəmən və Mənzəri tanıyır, qonşudurlar. 1985-ci ildə binaya köçəndə onlar orada yaşayırdılar. İddiaçı1 İddiaçı2 qızıdır. Cavabdeh iddiaçı Yasəmənin keçmiş gəlini-oğlu Fuadın keçmiş arvadı olmuşdur. Əliyev Fuadın cavabdehlə toyları çoxdan olmuş, həmin toyda iştirak etmişdir, onların uşaqları böyükdür. Dəqiq vaxtı xatırlamasa da, cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 37 saylı evin, 29 saylı mənzildə çox az müddət yaşamışdır, başqa mənzildə kirayədə qalmışlar. Hazırda həmin mənzildə İddiaçı2 kiçik oğlu Ziyad ailəsi ilə birlikdə yaşayır. Ziyad ümumiyyətlə həmişə orada yaşamışdır. Yasəmənin digər oğlu Murad da yaşamış, sonradan mənzili tərk etmişdir. Fuad da ailəsi ilə həmin mənzildə yaşamışdır, lakin həmin müddət təxmini 1 ildən az vaxtı əhatə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, İddiaçı2 onun qapı qonşusudur. İddiaçı2 Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 37 saylı evin, 29 saylı mənzilində, o isə 28-ci mənzildə yaşayır. Hazırda həmin ünvanda İddiaçı2, onun kiçik oğlu Ziyad və arvadı yaşayır. Cavabdehi tanıyır, cavabdeh həmin mənzildə az müddət yaşamış, lakin dəqiq nə qədər vaxt qaldığını xatırlamır. Nə vaxtdan mənzili tərk etdiklərini dəqiq deyə bilmir. Məhkəmə, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-Vəkil və cavabdehi, şahid ifadələrini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçılara məxsus mənzildə qeydiyyatda olsa da, həmin mənzildə az müddət yaşamış, hazırda da cavabdehə məxsus mənzildə yaşamır. Cavabdehin həmin mənzildən istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə arasında bağlanmış yazılı razılaşma yoxdur, cavabdeh iddiaçıların ailə üzvü deyil, cavabdehin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi əsas yaranmamışdır. Belə bir hüququn yaranmadığı halda həmin hüquq itirilmiş hesab edilə bilməz. Eləcə də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə Konstitutsiya Məhkəməsi Plenumunun Qərarında göstərlmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, mənzilə qeydiyyata alınmış cavabdehlərin həmin mənzildə qeydiyyatı mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Odur ki, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinası barədə inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldıra bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əsəd qızına qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5261/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5261/2022
03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver