Məhkəmə qərarları › İş №e-2(060)-5266/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5266/2022

12.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5266/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh1 mülkiyyətində olan “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə “X17 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, X6, X3 və X1 az ağır, X11 və X2 yüngül xəsarət yetirilmişdir. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarının barədə” arayışına, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli şəxs olaraq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərara əsasən Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxt izahatı alınmış “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 DİN Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatında hadisə zamanı maşını müvafiq etibarnamə olmadan idarə etdiyini etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş, “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin PBA ********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində“X17 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10745 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 356 saylı sığorta aktına, xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “X17 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10 "xxxx"ASCdəki hesabına və xx.xx.2021-ci il tarixli, №AZ0011329 saylı ödəniş tapşırığına əsasən 1500 manat məbləğində sığorta ödənişi hadisə zamanı “Opel Zafira minik” markalı, **-DA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X4 "xxxx" KB ASC-dəki hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/1515 saylı“Geriyə tələb (subroqasiya)” məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 6500 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri ödənilməsi tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AE №145173 saylı X5 Şəhadətnaməsindən göründüyü kimi, hadisə anında X14 tərəfindən idarə olunan “X17 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X10 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş AE №083070 saylı X5 Şəhadətnaməsindən göründüyü kimi, hadisə anında Cavabdeh2 tərəfindən idarə olunan “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6500 manat məbləğində sığorta ödənişinin, 85,40 məbləğində dövlət rüsumunun, cəmi 6585,40 pul vəsaitinin müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi İlkin Xəlilov xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh2 məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2021-ci il tarixində Bakı-Quba yolunun 94-cü km-də Cavabdeh1 mülkiyyətində olan “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 barəsində AR CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 1032/2 №-li, xx.xx.2021-ci il tarixli sıöorta aktına əsasən sığortalanmış “Opel Zafira” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyoto Prado” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 10745 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində 1500 manat dəymiş zərər "xxxx" ASC tərəfindən X4 "xxxx" KB ASC-dəki hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, nəqliyyat hadisəsi nəticəsində 5000 manat dəymiş zərər "xxxx" ASC tərəfindən X10 "xxxx" KB ASC-dəki hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığorta ilə bağlı mübahisələri məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi öz səlahiyyətinə müvafiq surətdə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində X10 idarə etdiyi “X17 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin aradan qaldırılmasına görə "xxxx" ASC tərəfindən 6500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə 6500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 85.40 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6500 (altı min beş yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 85.40 (səksən beş manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar