Məhkəmə qərarları › İş №e-2(060)-5361/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5361/2021

13.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5361/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, Ərizəçi İddiaçı, Onun vəkili və nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi İddiaçı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi İddiaçı oğlu «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 488.90 kv metr torpaq sahəsinin içərisində yerləşən, ümumi sahəsi 127.40 kv metr, yaşayış sahəsi 46.40 kv metr olan, 292 saylı fərdi yaşayış evinin texniki pasportunda göstərilən məlumatların “Ağami Hüseynbala oğlu”na məxsus olması və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının evin hüquqi qeydiyyata alınmasına dair 09.02.1993-cü il tarixli, 78 №-li Əmrində göstərilən məlumatların “Ağami Hüseynbala oğlu”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni onunla əsaslandırdı ki, o, xx.xx.1948-ci ildə Sumqayıt şərlərində anadan olmuşdur. X3, anası isə X1r. X3 20.09.1987-ci ildə vəfat etmişdir, anası X4 isə 30.09.1994-cü ildə vəfat etmişdir. Ağami Hüseynbala oğlundan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 488.90 kv metr torpaq sahəsinin içərisində yerləşən, ümumi sahəsi 127.40 kv metr, yaşayış sahəsi 46.40 kv metr olan, 292 saylı fərdi yaşayış evi miras qalmışdır. Atası vəfat etdikdən sonra evi miras əmlakı kimi o qəbul etmiş və bu günə kimi həmin evdə ailəsi ilə birlikdə yaşayır. O atasından miras qalmış evə vərəsəlik şəhadətnaməsi almaq üçün Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə müraciət etmişdir. Lakin Notariat ofisi ona 20.10.2020-ci il tarixli imtina məktubu verərək, evə dair hüquq müəyyənedici sənədlərdə atasının adının və soyadının düzgün yazılmadığı, sənədlərdəki uyğunsuzluğun aradan qaldırılması və buraxılmış müddətin məhkəmə qaydasında bərpa edilməsini tövsiyyə etmişdir. Belə ki, atasından miras qalmış evin texniki pasportunda atasının adı- “X11” kimi, evin hüquqi qeydiyyata alınmasına dair Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 09.02.1993-cü il tarixli, 78 №-li Əmrində isə atasının adı “X12” kimi yazılmışdır. Onun və bacı qardaşlarının doğumu haqqında şəhadətnamədə ata adı “Ağami Hüseynbala oğlu” kimi yazılmışdır. Sözün həqiqi mənasında və hamının tanıdığı kimi atasının əsl adı “Ağami Hüseynbala oğlu” olmuşdur. Məhz bu səbəblərdən dolayı atasından miras qalmış evi vərəsəlik yolu ilə adına keçirə bilmir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, atasından miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 488.90 kv metr torpaq sahəsinin içərisində yerləşən, ümumi sahəsi 127.40 kv metr, yaşayış sahəsi 46.40 kv metr olan, 292 saylı fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmiş- “X11”nun “Ağami Hüseynbala oğlu” olmasının və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının evin hüquqi qeydiyyata alınmasına dair 09.02.1993-cü il tarixli, 78 №-li Əmrində göstərilən məlumatların “Ağami Hüseynbala oğlu”na məxsus olması faktının müəyyən edilməsii barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni əsaslı hesab edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs, Sumqayıt şəhər 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 və X6 ifadələrində göstərdilər ki, ərizəçi İddiaçı onların qardaşı, mərhum Ağami Hüseynbala oğlu isə atalarıdır. Sözü gedən sənədlərdə atalarının adı səhvən “X11” və X12” kimi yazılmışdır. Məhkəmə ərizəçini və onun vəkilini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan evin texniki pasportundan görünür ki, “Ağami Hüseynbala oğlu” nun adı səhvən “X11” kimi qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının evin hüquqi qeydiyyata alınmasına dair 09.02.1993-cü il tarixli, 78 №-li X2” nun adı səhvən “X12” kimi qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağami Hüseynbala oğlu 20.09.1987-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli, 982 nömrəli məktubdan görünür ki, ərizəçinin 20.09.1987-cu il tarixdə vəfat etmiş X3ndan qalmış Corat qəsəbəsi, ev 292-yə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizəsinə baxılmış, lakin ərizəçinin təqdim etdiyi torpağa dair şəhadətnamədə mülkiyyətçinin adı və soyadı Ağalı Hüseynbala oğlu kimi qeyd edilmişdir. Digər sənədlərdə isə X8r. Ərizəçinin doğum haqqında şəhadətnaməsində də atasının adı Ağami Hüseynbala oğlu kimi qeyd edilmişdir.Buna görə də həmin sənədin qəbul edilməsi mümkün deyildir. Miras qoyanın mülkiyyətində olan torpaq sahəsinə dair sənədi tam şəkildə düzgün yazıldıqdan sonra təkrar notariat ofisinə müraciət edilməsi bildirilmişdir. İş materiallarından göründüyü kimi ərizəçi İddiaçı oğlunun atasının adı evin texniki pasportunda “X11” kimi, evin hüquqi qeydiyyata alınmasına dair əmrdə isə “X12” kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan ərizəçi İddiaçı oğlunun, onun qardaşının və bacısının doğum haqqında şəhadətnamələrində atalarının adı Ağami Hüseynbala oğlu kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, evin texniki pasportunda və evin hüquqi qeydiyyata alınmasına dair əmrdə olan məlumatların Ağami Hüseynbala oğluna məxsus olması faktı məyyən edilməlidir. Bundan başqa, işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 292 saylı fərdi yaşayış evinin texniki pasportunda və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının evin hüquqi qeydiyyata alınmasına dair 09.02.1993-cü il tarixli, 78 №-li Əmrində göstərilən məlumatların “Ağami Hüseynbala oğlu”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar