Məhkəmə qərarları › İş №e-2(060)-54/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-54/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-54/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3268 (üç min iki yüz altmış səkkiz) manat və əmtəə itkisinə görə 4000 (dörd min) manat, cəmi 7269 (yeddi min iki yüz altmış doqquz) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, İddiaçı ona məxsus nəqliyyat vasitəsi təmir edilənədək, hal-hazır ki tarixədək taksiyə ödədiyi və nəqliyyat vasitəsinin təmir olunub ona təhvil verilməsinədək ödəyəcəyi ümumilikdə 1250 (min iki yüz əlli) manat pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, İddiaçı “X5 Mərkəzi” MMC-nə ödədiyi 364 (üç yz altmış dörd manat) manat pul məbləğində xidmət haqqının, Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, İddiaçı ona ödədiyi 300 (üç yüz) manat, etibarnaməyə ödədiyi 17 (on yeddi) manat, ümumilikdə 317 (üç yüz on yeddi) manat pul məbləği, Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh tərəfindən İddiaçı vurulmuş mənəvi zərərə görə 1000 min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən, ona məxsus “Toyota Corolla” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, İddiaçı məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. "xxxx" tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, iddiaçıya dəymiş zərər 7869 manat pul məbləğində dəyərləndirilmişdir. Həmçinin “X5 Mərkəzi”-nin 099-009/2024 saylı 04 mart 2024-cü il tarixli rəyinə əsasən, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin təmir dəyəri və dəyişdirilməsi nəzərdə tutulan hissələrin orta bazar dəyəri ümumilikdə 7967 (yeddi min doqquz yüzaltmış yeddi) manat, əmtəə itkisi isə 4000 (dörd min) manat təşkil etdiyi göstərilmişdir. Bakı şəhər DYPİ-nin ******* saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 18:30-da ara məsafəsi qaydalarının pozulmasına görə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. Göründüyü kimi, həmin yol nəqliyyat hadisəsi Cavabdeh təqsiri üzündən baş vermişdir. Belə olan halda isə, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. "xxxx" ASC-nin BS-C-24/0363 saylı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta ödənişi bir hadisə üzrə 5000 manat müəyyən edildiyindən 5000 manat məbləğində sığorta ödənişinin xx.xx.2024-cü il tarixli hadisə üzrə zərərçəkmiş tərəflərə mütənasib qaydada ödəniləcəyi göstərilmişdir. "xxxx" ASC-nin həmin məktubunda İddiaçı Mirşərəf qızına 4698,74 manat ödəniləcəyi göstərilmişdir. Bu səbəbdən İddiaçı Mirşərəf qızı ona məxsus nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin təmir dəyərinin 7967 manatdan çıxıldıqdan sonra ona ödənilməyən hissəsi olan 3268,26 manat pulu Cavabdeh müraciət edərək ödənilməsini xahiş etmiş, lakin, Cavabdeh həmin pul məbləğini iddiaçıya ödəməmişdir. Həmçinin, İddiaçı ona məxsus nəqliyyat vasitəsinin təmir edilməsi üçün xx.xx.2024-cü il tarixdə servisə müraciət etmişdir və servisdən nəqliyyat vasitəsinin təmiri üçün lazım olan müddət kimi 2 ay göstərilmişdir. Bu səbəbdən, iddiaçı 2 ay müddətində taksidən istifadə edərək övladını bağçaya aparır, oradan iş yerinə gedir və iş yerindən evinə qayıdır və gündəlik taksi xidmətinə görə 20-22 manat civarında xərcləyir. Belə ki, İddiaçı Bakı şəhəri, Yeni yasamal, Dadaş Bünyadzadə 2A ünvanında yaşayır, "xxxx" MMC-də kommunikasiya meneceri vəzifəsində işləyir. Hər gün iddiaçı taksi ilə övladını Dadaş Bünyadzadə 6A ünvanında yerləşən bağçaya aparır, bu səbəbdən iş üçün nəzərdə tutulan servisdən istifadə edə bilmir və yenidən taksi xidmətindən istifadə edərək iş yerinə taksi sifariş edir. İddiaçı işdən evə qayıdarkən servis ilə 20 yanvar metrostansiyasına kimi gedir və oradan taksi sifariş edərək bağçadan uşağını götürür və bundan sonra yenə taksi sifariş edərək evinə gedir. Qeyd edir ki, gündəlik tıxaclar, iş saatlarından asıllı olaraq taksi xidmətinə görə ödəniş 20-22 manat civarında dəyişir, bu isə 2 ay ərzində ümumilikdə 1200-1320 manat təşkil edir. Nəzərə alsa ki, İddiaçı ona məxsus nəqliyyat vasitəsində istifadə edə bilməməsi cavabdehin təqsirinə görədir və bu səbəbdən o, taksidən istifadə etmək məcburiyyətində qalır, bu halda məhkəmə tərəfindən iddiaçının 2 ay ərzində, yəni nəqliyyat vasitəsi təmir edilənədək, taksiyə xərclədiyi pul vəsaiti də, cavabdehdən tutulmalıdır. Həmçinin, İddiaçı və “X5 Mərkəzi” MMC arasında bağlanmış 099/009/2024 saylı, 23 fevral 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən, iddiaçı xidmət haqqına görə 364 manat pul vəsaiti ödəmişdir. Həmin pul məbləği də, Cavabdeh tutulmalıdır. Həmçinin, İddiaçı hüquqlarının müdafiəsi üçün vəkilə, yəni ona 300 (üç yüz) manat, etibarnamə verilməsi üçün isə 17 manat pul məbləği ödəmişdir. Məhkəmə tərəfindən, iddiaçının mənə ödədiyi ümumilikdə 317 manat pul məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Onu da qeyd edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçının nəqliyyat vasitəsindən istifadə edə bilməməsi, ona mənəvi sarsıntılar yaşatmışdır. Belə ki, iddiaçı hər gün işə gedərkən stress çəkir, taksini gözləməli olur, bir neçə dəfə buna görə də, işə gecikmişdir. Bunda əlavə olaraq, həftəlik evin bazarlığını etməkdə çətinlik çəkir öz nəqliyyat vasitəsi olmadığından məcbur taksidən istifadə edir və bunlar ona mənəvi iztirablar verir. Həmçinin, nəqliyyat vasitəsinin təmiri üçün tez-tez servisə getməli olur, bu da onun gün ərzində vaxtının itirməsi ilə nəticələnir. Bu səbəbdən, məhkəmə tərəfindən cavabdehin iddiaçıya vurduğu mənəvi zərərə görə, cavabdehdən 1000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 122 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin dövlət rüsumu da Cavabdeh tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirir ki, gündəlik istifadə etdiyi taksi sifarişləri ilə bağlı çıxarışlar təqdim etmişdir. İddia ərizəsi verilərkən həmin nəqliyyat vasitəsinin təmiri başa çatmamışdır. İddiaçı Yasamal ərazisində qalır və uşağını tezdən baxçaya aparır, oradan 20 yanvar və oradan da Sumqayıt şəhərinə gəlir. İşin servisindən istifadə edə bilmir. Axşam qayıdarkən Sumqayıt şəhərindən Bakı şəhərində qayıtmaq ilə bağlı servisi hesablamamışlar. Çünki axşamlar servis aparır. Qeydiyyatda olduğu və iş yerinin ünvanlarını iddia ərizəsində dəqiqliklə göstərmişdir. Həmin vaxtı müəyyən detalların sifarişi ilə bağlı tələb olunmuşdur. Bir neçə gün sonra isə nəqliyyat vasitəsi təhvil verilmişdir. Ondan sonra sığorta ödənişi olunmuşdur. Nəqliyyat vasitəsini təhvil almamışdan bir neçə gün öncə sonuncu ödəniş olunmuşdur. Taksi ilə bağlı onu qeyd edir ki, gündəlik həyatda qeyd etdiyi taksini ümumiyyətlə qeyd etməmişlər. Məbləği şişirtmək istəsə idilə, servisi yazmazdırlar. Taksi ilə bağlı minimum xərci hesablamışlar. Nəqliyyat vasitəsinin yeni alınmış detalı həmin nəqliyyat vasitəsi ilə eyni rəngdə olmur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirir ki, ən çox xərc tələb edən hissələri, arxa baqajla, arxa bufer hissələri olmuşdur. Həmin hissələrin dəyişdirilib-dəyişdirilməməsi isə öz təsdiqini tapmamışdır. Tərəf bildirir ki, dəyişdirmişdir. Lakin video-görüntüdən sadəcə rənglənməyi görünür. Ona görə də hesab edirlər ki, avtomobilə dəyən zərər 4698 manat 47 qəpikdir. Onu da sığorta vasitəsi ilə almışdırlar. Əmtəə itkisi hissəsində iddia tələbini qəbul etmirlər. Hesab edir ki, iddiaçı hüquqdan sui-istifadə edir. Hadisə olmuş və sığorta ödənişi də ödənilmişdir. Hesab edir ki, taksi ilə sifariş verərək bunu da cavbadehdən tələb etmək əsassız varlanmadır. Qarşı tərəfin mütəxəssis rəyi ilə bağlı olan hissəni də qəbul etmir. Əllərində bir ödəniş qəbzi olmuş və onu da son anda məhkəməyə təqdim etmişlər. Məhkəmə bu işlərdə ekspertiza təşkil etdiyi üçün mütəxəssis rəyinə ehtiyac olmamışdır. Vəkil xərci və dövlət rüsumu ilə bağlı olan hissələrdə də iddia tələbini qəbul etmirlər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 27 noyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən eksert X4 izahatında bildirmişdir ki, videogörüntü və ya şəkil əsasında təhqiqat aparmaq məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Ekspert əmtəəşünas yalnız və yalnız ixtisaslaşmış servis müəssisəsinin arayışı əsasında, yəni qüsur aktı əsasında təhqiqatını aparır. Qüsur aktında qeyd edilən ehtiyyat hissələri və təmir-bərpası ilə bağlı onların qiymətlərinə müdaxilə edə bilər. Lakin digər məsələ ekspertizaya aid deyil. Qeyd etdiyi kimi əmttəşünas ekspert dəyişən detalların qiymətinə müdaxilə edə bilər. Avtomobilin hansı hissələrinə zərər dəymişdir və yaxud dəyməməsi ümumiyyətlə məhkəmə ekspertizasının predmeti deyil. Nəyinki əmtəəşünasın, ümumiyyətlə Məhkəmə Ekspertiza Mərkəzinin predmetinə aid deyil. Aşınma və aşınmasız qiymətləndirmə vermişdir. Onlar belə hallarda 3 il nəzərdə tutulmuşdur. Zəmanət müddətinə görə həm aşınma, həm də aşınmasız nəticə vermişlər. Məhkəmə proses iştirakçılarının izahatlarlnı dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 13.03.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, Nümayəndə1 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin hesabına 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Toyota Corolla” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı idarə edərkən Sumqayıt şəhəri ərazisində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2024cü il tarixdə “Toyota Corolla” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt şəhəri ərazisində İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 327.1-ci maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. - 23 fevral 2024-cü il tarixli YDQMN seriyalı, 099-009/2024 nömrəli ximət müqaviləsindən görünür ki, “X5 Mərkəzi” MMC (icraçı) və İddiaçı (sifarişçi) arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, tərəflər təsdiq edirlər ki, icraçı müqavilənin şərtləri daxilində sifarişçinin sifarişi əsasında əlavədə 1-də göstərilən qiymətləndirmə xidmətləri həyata keçirəcəkdir. Sifarişçi qiymətləndirilməsi həyata keçirilən “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinıə aid sənədləri, fotoşəkilləri və zəruri olacaq digər məlumatların təqdim edilməsini öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri bütün vergilər daxil olmaqla verilən hesab-faktura əsasında müəyyən olunur. Bu müqavilənin dəyəri müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-də göstərilən qiymətləndirilməsi həyata keçirilən əmlakın xüsusiyyətlərinə uyğun olaraq dəyişə bilər. - Həmçinin xx.xx.2024-cü il tarixli, PSH********** nömrəli qəbzə əsasən 364 manat məbləğində pul “X5 Mərkəzi” MMC-yə ödənilmişdir. - Bolt taksi şirkətinin mobil tətbiqindən çəkilmiş ekran şəkillərindən görünür ki, iddiaçı 11.2 manat, 14.6 manat, 4.1 manat, 8.8 manat, 17.8 manat, 4.1 manat məbləğində ödənişlər etməklə taksi xidmətindən istifadə etmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı və X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, BS-C- 24/0363 nömrəli məlumatdan görünür ki, "xxxx" ASC-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Corolla” markalı, **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərər dəymişdir. Belə ki, “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun tərəfindən təqdim edilmiş, “Nurgün Motors” tərəfindən tərtib olunmuş qüsur aktında dəymiş zərər 7869 manat məbləğində dəyərləndirilmişdir. 5000 manat məbləğində sığorta ödənişinin 93,97 faizi, yəni 4698,47 manat məbləğində sığorta ödənişi onun tərəfindən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda İddiaçı, 6,03%-i, yəni 301.53 manat məbləğində sığorta ödənişini isə X1 hesabına köçürməyə hazır olduqlarını bildirmişdir. - “X5 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər məbləğinin və əmtəə itkisinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə prosesi həyata keçirilmişdir. Aparılmış təhlillər, hesablamalar və araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, analoji avtomobilin hesablama aparılan tarixə bazar dəyəri 32.000 manat təşkil edir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələr, hissələrin təmir dəyəri və dəyişdirilməsi nəzərdə tutulan hissələrin orta bazar dəyəri ümumillikdə 7.697 manat təşkil edir. Dəymiş zərər nəticəsində avtomobil tam bərpa edildikdən sonra onun dəyəri 28.000 manat təşkil edəcəyi müəyyən olunur. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əmtəə itkisi isə 4000 manat təşkil edir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Nissan Kicks” minik markalı avtomobildə cəmi iş haqqı 2720 manat, cəmi E\Hnin qiyməti 5149 manat, cəmi təmir xərci 7869 manat müəyyən edilmişdir. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3817 nömrəli rəyinə əsasən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “Nurgün Motors” müəssiəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumata əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7865 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrinin qiyməti 5145 manat, təmir-bərpa işlərinin qiyməti isə 2720 manat təşkil edir. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7415 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 4695 manat, dəmir-bərpa işlərinin qiyməti – 2720 manat təşkil edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh idarə etdiyi “Toyota Corolla” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı və İddiaçı idarə etdiyi “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iştirak etmişdir. İlkin təhqiqat araşdırması nəticəsində xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “Toyota Corolla” minik markalı, **-TY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Beləliklə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadidsəsində Cavabdeh təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məlumata əsasən müəyyən edilir ki, "xxxx" ASC-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Corolla” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərər dəymişdir. Belə ki, “Nissan Kicks” markalı, **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun tərəfindən təqdim edilmiş, “Nurgün Motors” tərəfindən tərtib olunmuş qüsur aktında dəymiş zərər 7869 manat məbləğində dəyərləndirilmişdir. 5000 manat məbləğində sığorta ödənişinin 93,97 faizi, yəni 4698,47 manat məbləğində sığorta ödənişi onun tərəfindən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda İddiaçı, 6,03%-i, yəni 301.53 manat məbləğində sığorta ödənişini isə X1 hesabına köçürməyə hazır olduqlarını bildirmişdir. Hazırda iddiaçı delikt nəticəsində zərərvuran Cavabdeh ona məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq avtomobilin təmiri üçün 3268 manat və əmtəə itkisinə görə 4000 manat, ona məxsus nəqliyyat vasitəsi təmir edilənədək, hal-hazır ki tarixədək taksiyə ödədiyi və nəqliyyat vasitəsinin təmir olunub ona təhvil verilməsinədək ödəyəcəyi ümumilikdə 1250 manat pul məbləğinin, “X5 Mərkəzi” MMC-nə ödədiyi 364 manat pul məbləğində xidmət haqqının, Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, İddiaçı vəkilə ödədiyi 300 manat, etibarnaməyə ödədiyi 17 (on yeddi) manat, ümumilikdə 317 manat pul məbləğinin, vurulmuş mənəvi zərərə görə 1000 manat pul vəsaitinin, ödənilmiş 122 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ona məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real maddi ziyanın məbləğinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlarla təsdiq olunur ki, həmin nəqliyyat vasitəsi "xxxx" –da qiymətləndirilmiş, qüsur aktına əsasən ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla, ümumi təmir xərci 7869 manat ödəniş edilmişdir. Qeyd edilir ki, həmin nəqliyyat vasitəsinin təmir-bərpa xərci “X5 Mərkəzi” ASC tərəfindən tərtib edilmiş qiymətləndirilmə hesabatına əsasən 7967 manat, "xxxx" Servis Mərkəzi tərəfindən tərtib edilmiş akta əsasən isə 7769 manat müəyyən edilmişdir. Buna baxmayaraq "xxxx" MMC-də təmir olunmuş “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə şirkətə ümumilikdə 7967 manat ödəniş edilmişdir. Real ödənişi, eləcə də digər qiymətləndirmə hesabatlarının kifayət qədər əsaslandırılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, real ödənişlər mötəbər sübut olaraq qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real maddi zərər 7697 manat qiymətləndirilməlidir. Bu halda iddiaçı avtomobilin təmiri ilə bağlı olaraq 3268 manat məbləğində maddi ziyanı tələb etməkdə haqlıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının ona məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı itirilmiş əmtəə dəyərinin əvəzi olaraq 4000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, iddiaçı “X5 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə istinad edərək avtomobilin itirilmiş bazar dəyərinin əvəzi olaraq 4000 manat məbləğində pulun onun xeyrinə tutulmasını tələb edir. Qeyd olunan “X5 Mərkəzi” MMC-nin xx.xx.2024cü il tarixli mütəxəssis rəyinə əsasən “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 28.000 manat, qəzadan öncəki bazar dəyəri 32.000 manat təşkil etdiyi, yəni avtomobilin dəyərinin (32.000-28.000=4.000) 4000 manat həcmində itirildiyi müəyyən edilmişdir. Məhkəmə X5 Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, avtomobilin qəzadan sonra itirilmiş bazar dəyəri 4.000 manat həcmində qiymətləndirilməli və iddia tələbi həmin hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəyərləndirilməsi ilə bağlı qeyd edir ki, məhəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi də onu deməyə əsas vermişdir ki, iddia tələbi əsaslı olmaqla, qanuna uyğundur. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının iddia tələbində tələb etdiyi məbləğ ekspertin rəyi ilə müəyyən etdiyi məbləğdən azdır. Belə ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3817 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında “Nurgün Motors” müəssiəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumata əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7865 manat müəyyən edilmiş, dəyişilməli hissələrinin qiyməti 5145 manat, təmir-bərpa işlərinin qiyməti isə 2720 manat təşkil etmiş, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7415 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 4695 manat, təmir-bərpa işlərinin qiyməti – 2720 manat təşkil edir.Məhkəmə iclasında ekspertin iştirakı təmin edilərək, bütün xüsusatlara aydınlıq gətirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmlakın əmtəə qiymətini itirməsi özündə nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsindən və təmirindən sonra möhkəmliyini və ya ayrı-ayrı hissələrin, birləşmələrin, cihazların, mühafizə qatının zəifləməsi ilə əlaqədar vaxtından əvvəl öz əmtəə görünüşünü və istismar keyfiyyətinin pisləşməsini nəzərdə tutur. Odur ki, nəqliyyat vasitəsinin təmir-bərpa işlərinin qiyməti ilə yanaşı əmtəə dəyərinin itirilməsi də real zərər olduğundan, maddi məsuliyyət daşıyan şəxslər tərəfindən ödənilməsindən imtina oluna bilməz. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, avtomobilin təmir bərpa xərci (3268 manat) və itirilmiş bazar dəyəri (4.000 manat) olmaqla, iddiaçıya cəmi (3268+4.000=10.022) 7269 manat həcmində maddi ziyan dəymişdir. Bu halda iddiaçı xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş real maddi ziyanın əvəzi olaraq 7269 manat məbləğində pul vəsaitini hadisə ilə bağlı maddi məsuliyyət daşıyan Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərinəvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Qanunun 20.2-ci maddəsində birbaşa göstərilmişdir ki, həmin Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Qanunun 6.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Mülki Məcəllənin 926.1-ci maddəsində müəyyən edilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığorta haqqında qanunvericiliyin tələbinə uyğun olaraq avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi (avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı) nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsində müəyyən edilmişdir ki, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qanunvericiliyin birbaşa tələbindən irəli gəldiyi və İddiaçı əmlakına ziyan vurulmasında mülki məsuliyyəti sığortalanan sürücü Cavabdeh təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi onun təqsiri nəzərə alınmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Həmin qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023cü il tarixli Qərarına əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3- cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Məhkəmə taksi xidməti ilə əlaqədar ödədiyi 1250 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi ağlabatan məbləğdə 200 manat müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzinin cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə həmçinin iddia tələbini “X5 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 364 manat ekspertiza xərcinin cavabdehdən tutulması hissədə qeyd edir ki, işin hallarından müəyyən olduğu kimi qeyd olunan mütəxəssis rəyi hazırkı mülki işin gedişində məhkəmə tərəfindən müəyyən edilmiş qaydada əldə edilməmiş, birbaşa olaraq İddiaçı tərəfindən sifariş edilmişdir. Eyni zamanda məhkəmə həmin mütəxəssis rəyini hazırkı mülki iş üzrə mötəbər sübut kimi qismən qəbul edərək ona istinad etmişdir. Buna görə də onun yarısı 182 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə hüquqi xidmətə görə çəkilən xərclərin əvəzi olaraq pul tələbi ilə bağlı təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən edilir ki, “Kredo” vəkil bürosunun hesabına İddiaçı tərəfindən 300 manat ödəniş həyata keçirilmişdir. Hazırki mülki iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 125 nömrəli vəkil orderindən isə görünür ki, İddiaçı vəkili Nümayəndə1 “Kredo” vəkil bürosunda xidmət edir. Qeyd olunanları və iddianın qismən təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 150 (yüz əlli) manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehin hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və bunun nəticəsində mənəvi ziyan dəydiyini bildirsə də, ərizəsinə bu halları da təsdiq edən hər hansı sübut əlavə etmədiyindən, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etmədiyindən, 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən –təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 98.01 (doxsan səkkiz manat bir qəpik) manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 3268 manat real zərər və 4.000 manat həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olmaqla, cəmi 7.269 (yeddi min iki yüz altmış doqquz) manat məbləğində müəyyən edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 7.269 (yeddi min iki yüz altmış doqquz) manat məbləğ Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci 50 manat təşkil etdiyindən, həmin xərc Cavabdeh alınaraq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 3268 manat real zərər və 4.000 manat həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olmaqla, cəmi 7.269 (yeddi min iki yüz altmış doqquz) manat məbləğində müəyyən edilsin. Vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 7.269 (yeddi min iki yüz altmış doqquz) manat məbləğ Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98.01 (doxsan səkkiz manat bir qəpik) manat və hüquqi xidmətə görə 150 manat, taksi xidmətinə görə 200 (iki yüz) manat, mütəxəssis rəyinə görə 182 (bir yüz səksən iki) manat olmaqla, cəmi 630.01 (altı yüz otuz manat bir qəpik) Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar