Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5404/2025 27.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanmaya görə 2346,10 (ikimin üç yüz qırx altımanat on qəpik) manat pul vəsaitinin, həmçinin 43,47 (qırx üç manat qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən texniki səhv nəticəsində Cavabdeh bank hesabına 2346,10 (iki min üç yüz qırx altı manat on qəpik) manat məbləğində vəsait köçürülmüşdür. Bu vəsaitin əsassız olaraq köçürüldüyü cavabdehə dəfələrlə bildirilmiş, onun geri qaytarılması üçün yazılı və şifahi müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən hər hansı geri ödəniş həyata keçirilməmişdir. Nəticə etibarilə cavabdehin əsassız varlanmasına və iddiaçının maliyyə vəsaitindən qanunsuz şəkildə məhrum olmasına səbəb olmuşdur. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı MMC-də əvvəllər satış nümayəndəsi işlədiyini, 700 manat kassada əskik olduğu üçün onu işdən çıxardıqlarını, bununla bağlı son 2 ayın fiks maaşı və son ayın əmək haqqısının ona verilməli olduğunu bildirdi. Ona son əmək haqqısını - 304 manat vermiş və kassada əskik olan 700 manatı da ondan almışlar. Bu barədə Əmək Müfəttişliyinə şikayət etdiyini, daha sonra onun kartına 2300 manat məbləğində vəsaitin gəldiyini və həmin məbləğin onlara geri qaytarılmasını istədiklərini bildirdi. Bu barədə Əmək Müfəttişliyinə müraciət etdiyini və ona həmin pulun geri qaytarılmamasının deyildiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Əmək haqqı üzrə çıxarışlardan görünür ki, İBAN nömrəsi AZ46PAHA40040AZNHC********** olan İddiaçı MMC tərəfindən AZ23PAHA41010AZNFK********** (X1) hesaba xx.xx.2025-ci il tarixdə 1000 manat, 346,10 manat və 1000 manat olmaqla ümumilikdə 2346,10 manat məbləğində vəsait köçürülmüşdür. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh onun bank hesabına texniki yanlışlıqla 2346,10 manat köçürüldüyünü və həmin məbləğin onlara 3 gün ərzində geri ödənilməsini əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı MMC tərəfindən xx.xx.2025-ci ildə Cavabdeh bank hesabına texniki yanlışlığa yol verilərək səhvən 2346,10 manat məbləğində vəsait köçürülmüşdür. İddiaçı MMC tərəfindən cavabdehə həmin məbləğin geri qaytarılması barədə bildiriş göndərilsə də həmin məbləğin geri qaytarılması təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Həmin Məcəllənin 1094-cu maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh əldə etdiyi vəsait hüquqi əsas olmadan əldə edilmişdir. Hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə onun, yəni cavabdehin cəmi 2346,10 manat borcu mövcuddur. Ona görə də iddia tələbi hüquqi əsas olmadan əldə olunan vəsaitə görə - 2346,10 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2346,10 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 43,47 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2346,10 manat borc və ödənilmiş 43,47 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-5404/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5404/2025
27.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver