Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-55/2024 06.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən MP-P 06804 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X4 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 7, 1 saylı mənzilə xx.xx.2022-ci il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 7, 1 saylı mənzilə dəymiş zərərə görə 4210 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Sumqayıt şəhər 7 saylı MKİS-in Cəmiyyətə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubla müəyyən olunmuşdur ki, X4 məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 7, 1 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 5 saylı mənzildə istilik sistemindən krantın açıq qalması səbəbindən su axması nəticəsində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4210 manat və ödənilmiş dövlət rüsumuna görə 62,10 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddianın təmin olunub-olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır.
6. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və ünvan 1 3 (üç) il müddətinə 18.209,89 manat məbləğində sığortalanmışdır.
8. İş materiallarında olan Pİ0041/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində üst mərtəbədən subasma nəticəsində ünvan 1-ə dəymiş zərərin məbləği 4210 manat, ödənilmiş sığorta ödənişinin məbləği 4210 manat təşkil edir.
9. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 7/7, 1 saylı mənzilə 4210 manat məbləğində ziyan dəymişdir.
10. İş materiallarında olan 3629 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 4210 manat məbləğində pul köçürülmüşdür.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi 7 saylı MKS tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatda qeyd edilmişdir ki, ünvan 1-də yaşayan X3 şikayətinə əsasən 7 saylı MKS-nin mühəndisi Yusubov Seymur tərəfindən baxış keçirilmişdir. Mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, xx.xx.2022-ci il, 10:30 radələrində Cavabdeh məxsus 5 nömrəli mənzilin istilik sistemindən krantın açıq qalması nəticəsində X3 mənzilinə ziyan dəymişdir. Mətbəx, dəhliz, tavan, qonaq otağı və yataq otağının divar kağızları, eyni zamanda elektrik sistemi yararsız hala düşmüşdür.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5616 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 1 saylı mənzilin 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 5 saylı mənzilin isə 1 saylı mənzilin üstündə 2-ci mərtəbədə yerləşdiyini, 1 saylı mənzilin yaşayış otaqlarının tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də 7 saylı MKS-in əməkdaşları tərəfindən qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 7 saylı evin 5 saylı mənzilindən həmin binanın 1 saylı mənzilinə su axıdıldığı, suaxmanın səbəbinin istilik sisteminin krantının açıq qalması nəticəsində başverdiyi və nəticədə 1 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Su sızması nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 7 saylı evin 1 saylı mənzilinə faktiki vəziyyətdə dəymiş zərərin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 540 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunur ki, mülki iş materiallarında olan məlumatlardan və fotoşəkillərdən görünür ki, xx.xx.2022-ci il tarixində X4 məxsus mənzilə cavabdehin mənzilindən su axıdılması nəticəsində ziyan dəymişdir. Baxış zamanı həmin mənzil üzrə bir dəfə təmir işləri aparıldığı, mənzildə faktiki mövcud olan qüsurların isə, təmirdən sonra əmələ gəldiyi müəyyən olundu. Odur ki, dəymiş ziyan hesablanarkən mənzildə faktiki olaraq mövcud olan qüsurlar üzrə tədqiqat aparılmışdır. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1116 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, su sızması nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 7 saylı evin 5 saylı mənzilinə videoçəkiliş və fotoşəkillərə (CD diski əlavə olunur) də əsaslanmaqla dəymiş zərərin ümumi məbləği mövcud orta bazar qiymətinə uyğun olaraq 3463 manat məbləğində müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına həmin binanın 5 saylı mənzilinin istilik sistemindən kranın açıq qalması səbəbindən subasma hadisəsi baş vermiş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən mənzilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı mənzilə görə ödədiyi cəmi 4210 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Eyni Məcələnin 386-cı maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
19. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
20. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Eyni Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
23. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
24. Həmin Qanunun 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma halları nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
26. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
27. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış mənzili su basmış, hadisədən sonra tərtib edilmiş akt əsasında mənzilə axan suyun yuxarı qonşu mənzildən - Cavabdeh yaşadığı mənzildən axdığı müəyyən edilmişdir. Yəni, Cavabdeh təqsirli hərəkətləri nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış mənzilə zərər dəymiş, dəymiş zərər həcmində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalıya ödənilmişdir. Belə olan halda cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığortalıya sığorta ödənişi edən "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlı olmuşdur.
28. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdeh mübahisələndirdiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.
29. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş xx.xx.2023cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, su sızması nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 7 saylı evin 1 saylı mənzilinə faktiki vəziyyətdə dəymiş zərərin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 540 manat məbləğində müəyyən olunmuşdur.
30. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş xx.xx.2024cü il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 7 saylı evin 5 saylı mənzilinə videoçəkiliş və fotoşəkillərə (CD diski əlavə olunur) də əsaslanmaqla dəymiş zərərin ümumi məbləği mövcud orta bazar qiymətinə uyğun olaraq 3463 manat məbləğində müəyyən edilmişdir.
31. Məhkəmə sonuncu ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh 3463 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, sonuncu ekspert rəyindəki məbləğ videoçəkiliş və fotoşəkillərə əsaslanmaqla müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.
32. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 54,63 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3463 (üç min dörd yüz altmış üç) manat məbləğində pul və ödənilmiş 54,63 (əlli dörd manat, altmış üç qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC və cavabdeh X1 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3463 (üç min dörd yüz altmış üç) manat məbləğində pul və ödənilmiş 54,63 (əlli dörd manat, altmış üç qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir
Sədrlik edən Şəbnəm Həxiyeva