Məhkəmə qərarları › İş №e-2(060)-5502/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5502/2024

07.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5502/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı puı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı puı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeharasında bağlanmış 09 iyun 2015-ci il tarixli 3M-173 reyestr nömrəli kredit müqaviləsinə əsasə İddiaçı Cavabdeh olan borcunun ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, ona iddiaçı tərəfindən verilmiş etibarnamədə texniki səhvlər olduğundan iddia ərizəsini geri götürərək nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edəcəyini bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı puı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar