Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5513/2022 08.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-1574/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş «buraxılmış müddətin bərpa edilməsi tələbinə dair» iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-1574/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh vəkili Vəkil «buraxılmış müddətin bərpa edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-1574/2021 saylı qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. Hesab edirəm ki, mübahisələndirilən məsələyə iddia icraatı qaydasına baxıla bilməz. Ərizənin məzmunundan görünür ki, tərəfin istəyi məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlıdır. Bu halda tərəf iddia icraatı qaydasında iddia ərizəsi ilə deyil, prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. MPM-in 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunalara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(060)-1574/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş «buraxılmış prossesual müddətin bərpa edilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-5513/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5513/2022
08.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver