Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5551/2020 21.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim SüleymanovaAlmazMəhərrəmqızı, İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC Sığorta Şirkətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında məkhəmə iclasından kənar qaydad nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC Sığorta Şirkəti Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəisndə cavabdehin rəsmi qeydə alındığı ünvanı olaraq Laçın rayonu Qoşasu kəndi, yaşayış ünvanı olaraq ünvan 1 48, mənzil 21 göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM-nin) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri – Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh Laçın rayonu, Qoşasu kəndində qeydiyyatdadır. Eləcə də iddia ərizəsinə cavabdehin ünvan 1 48, mənzil 21 ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşdırılması barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayış əlavə edilməmişdir. Poçt ünvanı barədə, o cümlədən rəsmi qeydə alındğı yer barədə yetərli məlumatın iddia ərizəsində və əlavə edilmiş sənədlərdə öz əksini tapması məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün zəruridir. Hesab edirəm ki, qeyd olunanlar iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunalara əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» ASC Sığorta Şirkətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: imza Almaz Süleymanova Düzdür. Hakim: AlmazSüleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-5551/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5551/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver