Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5675/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu və "xxxx" MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XRH01/17 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 115,37 kv.m olan mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Sözügedən mənzil "xxxx" Yaşayış Kompleksinin tərkibinə daxil olan mənzillərdən biridir. "xxxx" MTK-nın Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli, XR/01 saylı qərarına əsasən, həmin yaşayış kompleksinin idarə edilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Belə ki, İddiaçı MMC və Cavabdeh oğlu arasında xx.xx.2020-ci il tarixli, XZR/10 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələr bağlanılmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, “İdarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən "xxxx" yaşayış kompleksinin ümumi əmlakında bu Müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.” xx.xx.2020-ci il tarixli müqaviləyə Əlavə № 1-in 2-ci bəndində nəzərdə tutulmuş xidmətlərin, yəni təmizlik və texniki xidmətlər, mühafizə xidmətlərinin həyata keçirilməsi iddiaçının öhdəliyinə düşür. Habelə, həmin Əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, “Sifarişçi Binadakı ona məxsus mənzil(lər)in hər 1 kvadrat metri üçün İdarə edənə bu Əlavənin 2.1-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0,47 manat və bu Əlavənin 2.2-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0,13 manat, birlikdə isə ƏDV daxil 0,60 manat olmaqla, ümumilikdə ƏDV daxil 69,23 manat məbləğində aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. Belə ki, yuxarıda qeyd olunan bəndə əsasən, Cavabdeh tərəfindən hər ay ƏDV daxil 69,23 manat məbləğində xidmət haqqı iddiaçıya ödənilməlidir. Tərəflər arasındakı müqavilələr bağlandığı andan bu günə kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmişdir. Lakin müqavilələrin 2.3.1-ci yarımbəndinə əsasən cavabdeh Bayramov X1 Kompleksində göstərilən xidmətlərə görə ödənişləri vaxtında və tam şəkildə təmin etmək öhdəliyini öz üzərinə götürməyinə baxmayaraq, müqavilə bağlanıldığı, yəni xx.xx.2020-ci il tarixindən etibarən cavabdeh tərəfindən yalnızca 598 manat xidmət haqqı ödənişi edilmişdir. Nəticə etibarilə, xx.xx.2020-xx.xx.2025-ci il tarixləri arasında cavabdehin hər ay üçün ödəməsi nəzərdə tutulan 69,23 manat xidmət haqqı vaxtlı-vaxtında və tam şəkildə ödənilmədiyi üçün, İddiaçı MMC-yə münasibətdə ümumilikdə ƏDV daxil 3368,11 manat həcmində borc məbləği yaranmışdır. Sözügedən müqavilələrin 5.1-ci bəndinə uyğun olaraq, “öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər tərəfə vurduğu zərərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək.” Vurğulamaq lazımdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini uzun müddət icra etməməsi və yaranmış borc məbləğini ödəməkdən yayınması iddiaçıya zərər vurmaqla hüquqi şəxsin fəaliyyətini həyat keçirməsinə də ciddi maneələr törədir. Cavabdehin həmin ödənişləri gecikdirməsi dolayı şəkildə iddiaçının da müvafiq qurumlara olan ödənişlərin ödənilməsinə və fəaliyyətini davamlı şəkildə həyata keçirməsinin axsamasına səbəb olur. Qeyd edildiyi kimi, mənzil mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən sözügedən mənzilin idarə edilməsi, yəni texniki və təmizlik xidmətləri, mühafizə xidmətləri cavabdehin hesabına iddiaçı tərəfindən həyat keçirilir. Belə ki, sözügedən xidmətlərin həyata keçirilməsi üçün iddiaçı da digər müəəsisələr ilə əməkdaşlıq edir. Belə olan halda cavabdeh tərəfindən xidmət haqqının vaxtı-vaxtında ödənilməməsi iddiaçının həm cavabdehə, həm də digər müəssisələrə qarşı öz öhdəliklərini icra etməsinə maneələr yaradır. Bu səbəbdən də iddiaçının hər dəfəsində hazırkı iş üzrə cavabdehin və digər mənzil mülkiyyətçilərinin yerinə bu ödənişləri öz hesabına həyata keçirməsi iddiaçının maliyyə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Digər halda, yəni ödənişlər müvafiq üçüncü şəxslərə ödənilmədikdə isə, həmin şəxslər iddiaçını cavabdeh qismində görürlər. İddiaçı MMC bazarda, həmçinin ölkədə real olaraq bilinən nüfuzlu şirkətlərdən biridir və hər hansı bir dövlət orqanlarına və ya özəl müəssisələrə, fiziki şəxslərə qarşı heç bir borc öhdəliyi yoxdur. Lakin mənzil mülkiyyətçisi-cavabdeh tərəfindən yol verilən hallardan dolayı, İddiaçı MMC müvafiq üçüncü şəxslər qarşısında həm borclu kimi çıxış edir, həm də şirkətin işgüzar nüfuzuna ciddi şəkildə xələl dəymiş olur. Yaranan borc məbləğinin ödənilməsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, həmçinin müqavilə üzrə ödənişlərin təmin edilməsi tələbi ilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün Cavabdeh oğluna kifayət qədər möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və vurulan bütün zərərin əvəzinin ödənilməsi tələb ediləcəyi barədə xəbərdarlıq edilsə belə, bir nəticə əldə olunmamışdır. Göstərilənlərə əsasən İddiaçı MMC və Cavabdeh oğlu arasında xx.xx.2020-ci il tarixində bağlanmış, XZR/10 saylı xidmət müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi ƏDV daxil 3368,11 manat borc məbləğinin, hüquqi yardımın alınması görə çəkilmiş 100 manat, vəkil orderinə görə ödənilmiş 300 manat və 57,69 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ƏDV daxil 3825,80 manat, eləcə də iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 69,23 manat hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh oğlu arasında xx.xx.2024-cü il tarixində bağlanmış, XZR/10 saylı xidmət müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi ƏDV daxil 3368,11 manat borc məbləğinin, hüquqi yardımın alınması görə çəkilmiş 170 manat, vəkil orderinə görə ödənilmiş 300 manat və 57,69 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ƏDV daxil 3895,80 manat, eləcə də iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əlavə olaraq aylıq ƏDV daxil 69,23 manat hesablanmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbi əsaslı olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh oğlu izahat verərək bildirmişdir ki, iddia tələbini qismən təmin edir. Belə ki, müqavilə 2024-cü ildə nümayəndəsi vasitəsilə bağlanılmışdır. 2024-cü ildən bu vaxtadək olan borcunu ödəməyə razıdır. Digər hissədə iddianı qəbul etmir. Qeyd edilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Korperativi ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XRH01/17 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında, 10-cu mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 115,37 kv.m olan 1 saylı yaşayış sahəsi (mənzil) Cavabdeh oğlunun mülkiyyətinə keçmişdir.
10. İş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli, XR/01 saylı iclas protokolundan görünür ki, həmin yaşayış kompleksinin idarə edilməsi İddiaçı MMC-yə həvalə edilmişdir.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" MMC Sumqayıt şəhəri, Sahil küçəsi, ev 23, mənzil 27, Yeni qaydalarla: AZ5000, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 107,2 kv.m olan mənzili 149520 manata alıcı Bayramov Shirzada satmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, ev 23, mənzil 27 Yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Sahil küçəsi, giriş 23, M10, m3 xüsusi mülkiyyət hüququ əsasında Bayramov Shirzadın adına qeydiyyata alınmışdır.
13. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh oğlu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, XZR/10 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, idarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarla sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi, ünvan 2 ünvanında yerləşən "xxxx" yaşayış kompleksinin ümumi əmlakında bu Müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.
14. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin təsdiqi şərti ilə qüvvəyə minərək, tərəflər arasında 01 oktyabr 2020-ci il tarixindən etibarən mövcud olan müvafiq münasibətlərə şamil edilir və həmin tarixdən etibarən 4 il müddətinə qüvvədə qalır.
15. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh oğlu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, XZR/10 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqaviləyə 1 nömrəli əlavənin 3-cü bəndindən görünür ki, Sifarişçi Binadakı ona məxsus mənzil(lər)in hər 1 (bir) kvadrat metri üçün İdarə edənə bu Əlavənin 2.1-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0.47 manat və bu Əlavənin 2.2-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0.13 manat, birlikdə isə ƏDV daxil 0.60 manat olmaqla, ümumilikdə ƏDV daxil müvafiq olaraq 69,22 manat məbləğində aylıq Xidmət haqqı ödəməyi öhdəsinə götürür.
16. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh oğluna ünvanlanmış pretenziyadan görünür ki, MMC borcalana kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir.
17. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XZR/10 və xx.xx.2024-cü il tarixli, XZR/10 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilələr üzrə qalıq borc haqqında 07 iyul 2025-ci il tarixli cədvəldən görünür ki, xx.xx.2021-xx.xx.2025-ci il tarixlər aralığı üçün xidmət haqqına görə cavabdehin 3966,11 manat məbləğində borcu yaranmışdır.
18. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, AXM-25/232 saylı hüquqi xidmətlərin göstərilməsinə dair müqavilədən və xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin tərtibi üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 170 manat pul ödənilmişdir.
19. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən “Zəfər” Vəkil Bürosuna 300 manat pul ödənilmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Maddə 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Maddə 142.2. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.
21. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsi tikilib təhvil verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması, təmirinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi əsaslıdır.
22. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur.
23. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır.
24. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində və istədikləri təşkilatla müqavilə bağlamaqda sərbəstdirlər. Hazırkı iş üzrə "xxxx" MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli, XR/01 nömrəli iclas protokolundan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141-ci və digər maddələri ilə müəyyən edilmiş qaydada binanın idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş və İddiaçı MMC binanın idarəedici təşkilatı təyin edilmişdir. İddiaçı MMC ilə Cavabdeh oğlu arasında xx.xx.2024-cü il tarixli, XZR/10 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır.
25. Həmin müqaviləyə əsasən cavabdeh müqavilədə göstərilən xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüş, yəni sifarişçi binadakı ona məxsus mənzil(lər)in hər 1 (bir) kvadrat metri üçün İdarə edənə bu Əlavənin 2.1-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0.47 manat və bu Əlavənin 2.2-ci yarımbəndində nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 0.13 manat, birlikdə isə ƏDV daxil 0.60 manat olmaqla, ümumlikdə ƏDV daxil müvafiq olaraq 69,23 manat məbləğində aylıq Xidmət haqqı ödəməlidir. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq kommunal xidmət haqlarını ödəməmişdir. Halbuki, cavabdeh ona məxsus mənzildə yaşamaqla həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Lakin o, heç bir əsaslı səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə cavabdehin ödəniş etmədiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinə kimi 3368,11 manat (ƏDV daxil olmaqla) borcu yaranmışdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin, qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır.
27. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarının tələblərinə uyğundur.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən kommunal xidmətlərə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixləri aralığında yaranmış 3368,11 manat borc cavabdehdən tutulmalıdır.
29. Məhkəmə onu da qeyd edir ki, cavabdeh izahatında 2024-cü ildə müqavilə bağlanıldığı halda, 2020-ci ildən olan münasibətlərə şamil edilməsinin qanunsuz olması ilə bağlı izahatına hüquqi qiymət verərək, hesab edir ki, "xxxx" Mənzil Tikinti Korperativi ilə Cavabdeh oğlu arasında xx.xx.2020-ci il tarixli, XRH01/17 saylı alqı-satqı müqaviləsi bağlanmış, "xxxx" MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli, XR/01 saylı iclas protokoluna əsasən həmin yaşayış kompleksinin idarə edilməsi İddiaçı MMC-yə həvalə edilmiş, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, XZR/10 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin təsdiqi şərti ilə qüvvəyə minərək, tərəflər arasında 01 oktyabr 2020-ci il tarixindən etibarən mövcud olan müvafiq münasibətlərə şamil edilir və həmin tarixdən etibarən 4 il müddətinə qüvvədə qalır.
30. Göründüyü kimi xx.xx.2024-cü il tarixli, XZR/10 saylı “çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqavilə tərəflər arasında könüllü şəkildə bağlanmışdır.
31. Həmin müqaviləyə əsasən müqavilə şərtlərinin tərəflər arasında 01 oktyabr 2020-ci il tarixindən etibarən mövcud olan müvafiq münasibətlərə şamil edilməsi və həmin tarixdən etibarən 4 il müddətinə qüvvədə qalması öz əksini tapmışdır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
34. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
35. İş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə gəldikdə isə qeyd olunmalıdır ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmişdir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
37. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
38. Eyni Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
39. Göstərilən Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
40. Eyni Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında imperativ qaydada qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
43. Göründüyü kimi borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
44. İş materiallarından göründüyü kimi cavabdeh hissə-hissə ödənişlər etdiyindən (sonuncu dəfə xx.xx.2025-ci il tarixdə - 45 manat) qanunvericiliyə əsasən müddət axımı kəsildiyi üçün bu zaman ərzində formalaşmış məbləğə öhdəliyin xitamı üzrə iddia müddəti tətbiq edilməməli və sözügedən vəsait müqavilədən irəli gələn vaxtaşırı ödəmə öhdəliyinin daşıyıcısı kimi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
45. Məhkəmə iddia tələbinin vəkil orderinə görə ödənilmiş 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir.
46. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
47. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə “Zəfər” Vəkil Bürosuna 300 manat ödənilmişdir.
48. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
49. Bundan əlavə, məhkəmə hesab edir ki, iddianın -yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi aylıq ƏDV daxil 69,23 manat olmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi- hissəsi qeyri-müəyyən olduğundan təmin edilə bilməz.
50. Lakin, iddianın bu hissədə rədd edilməsi ödənilməyən xidmət haqqının (ödənilmədiyi halda) hazırki qətnamə ilə əhatə olunmayan hissəsinin iddiaçı tərəfindən tələb edilməsini istisna etmir.
51. Məhkəmə iddia tələbinin hüquqi yardımın alınmasına görə çəkilmiş 170 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməməlidir.
52. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardımın alınmasına görə 170 manat məbləğində pulun tutulmasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
53. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardımın alınmasına görə 170 manat məbləğində pulun tutulması hissəsində tələb təmin edilməməlidir.
54. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 57,69 manat məbləğində pul tutulmalıdır.
56. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XZR/10 saylı “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qalıq 3368,11 (üç min üç yüz altmış səkkiz manat, on bir qəpik) manat (ƏDV daxil) manat borc, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 57,69 (əlli yeddi manat, altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh oğlundan tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
59. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XZR/10 saylı “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qalıq 3368,11 (üç min üç yüz altmış səkkiz manat, on bir qəpik) manat (ƏDV daxil) manat borc, vəkil orderinə görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş 57,69 (əlli yeddi manat, altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh oğlundan tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva