Məhkəmə qərarları › İş №e-2(060)-5840/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5840/2025

18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5840/2025 18.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi olmaqla pul tələbinə dair iş üzrə (açar sözlər: icraata xitam, barışıq sazişinin təsdiqi) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi olmaqla pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi, məhkəmə icraatı iştirakçılarının izahatları

1. İddiaçı cavabdehlərə iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsassız varlanma nəticəsində əldə etdikləri 42000 manat, pul vəsaitinin məbləğinə hesablanmış 11760 manat faiz, tikilinin təmirinə xərclənmiş 5000 manat, dövlət rüsumu kimi ödənilmiş 267 manat və vəkilə göstərdiyi yardıma görə ödənilmiş vəsaitin əvəzi olaraq 300 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2021-ci ildə yaşayış evi almaq niyyətində olduğundan vasitəçilərə müraciət etmişdir. Vasitəçi İddiaçı Bakı șəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evini almağı təklif etmiş və bu məqsədlə onu Cavabdeh2 ilə görüşdürmüş, sonuncu Binəqədi qəsəbəsi ərazisində qohumu Cavabdeh1 ayrılmış 350 kv.m torpaq sahəsindən 150 kv.m torpaq sahəsində ev tikdiyini bildirmiş, həmin evi almağı təklif etmişdir. İddiaçı evə baxdıqdan sonra evin sənədləri ilə maraqlanmış, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Binəqədi bələdiyyəsinin 151 saylı xx.xx.2009-cu il tarixli qərarını göstərərək, qısa müddət ərzində torpağa və evə dair DƏDR-dən çıxarış alacağını və o vaxtadək aralarında ilkin alqı-satqı müqaviləsi bağlaya biləcəklərini qeyd etmişlər. İddiaçı onlara inanaraq və Binəqədi bələdiyyəsi tərəfindən torpaq ayrılması haqqında qərarı görərək, 150 kv.m torpaq sahəsini və üzərində inşa edilmiş yaşayış evini 42000 manata almağa razılaşmış, bu səbəbdən Cavabdeh2 və Cavabdeh1 2000 manat beh ödəmişdir. Daha sonra 13 aprel 2021-ci il tarixdə İddiaçı Cavabdeh2la onun təklif etdiyi notariat kontoruna getmiş və Cavabdeh2 etibarnamə əsasında Cavabdeh1 adından çıxış edərək İddiaçı ilə ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2064-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 151 saylı xx.xx.2009-cu il tarixli qərarına əsasən Binəqədi bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmıș 350 kv.m torpaq sahəsindən 150 kv.m torpaq sahəsini və üzərindəki tlkilini özəlləşdirməyi, həbsdə va girovda olmaması barədə arayışı aldıqdan sonra İddiaçı 40000 (qirx min) manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqaviləyə əsasən Cavabdeh1 satılacaq torpaq sahəsini və üzərindəki tikilini 40000 (qırx min) manata qiymətləndirilmiş, (beh kimi verilmiş 2000 manat əvvəl verildiyindən, müqavilədə nəzərə alınmamış) və gələcəkdə həmin qiymətə İddiaçı ilə alqısatqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürmüşdür. İddiaçı torpaq sahəsini və üzərindəki tikilini gələcəkdə 40000 (qırx min) manata almağı öhdəsinə götürmüşdür. Həmin müqavilədən görünür ki, İddiaçı 39500 (otuz doqquz min beş yüz) manatı notariusun depozit hesabı vasitəsi ilə satıcıya ödəmiş, satıcı isə həmin məbləği almışdır. Qalan 500 (beș yüz) manat vəsaiti isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 ilkin olaraq beh kimi 2000 manat, 13 aprel 2021-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə 39500 manat, 13 may 2021-ci il tarixdə isə 500 manat, ümumilikdə 42000 manat pul vəsaitini ödəmişdir. Müqavilə bağladıqdan və vəsaiti tam şəkildə aldıqdan sonra cavabdehlər İddiaçı bildirmişlər ki, torpağa və evə dair sənədləşmə işləri bir müddət çəkəcək, aralarında rəsmi müqavilə var, narahat olmasın, sənədlər düzəldikdən sonra torpaq və evi onun adına rəsmiləşdirəcəklər. Daha sonra 2024-cü ilin oktyabr ayında ona Binəqədi Rayon Məhkəməsindən sms bildiriş gəlmiş, o məhkəməyə gəldikdə, ona iddia ərizəsinin surətini təqdim etmiş və bildirmişlər ki, X4 almış olduğu torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi barədə iddia qaldırmışdır. Məhkəmədə ona bildirmişlər ki, iş üzrə ekspertiza təyin olunacaq və növbəti məhkəmə iclasları barədə ona məlumat veriləcək. O, bundan sonra Cavabdeh2 taparaq məsələni aydınlaşdırmağa çalışmış, sonuncu narahat olmamasını bildirərək məsələni həll edəcəyini söyləmişdir. Daha sonra isə 2025-ci ilin iyul ayında o təkrar sms vasitəsi ilə bildiriş almış və Binəqədi rayon icra şöbəsinə çağırıldığını görmüşdür. Binəqədi rayon icra şöbəsinə müraciət etdikdə ona bildirmişlər ki, Binəqədi Rayon Məhkəməsi artıq qətnamə qəbul edib və icraya yönəldib. Qeyd etmək lazımdır ki, məhkəmə prosesləri barədə ona heç bir məlumat verilməmişdir. Yalnız bu zaman, o, Binəqədi Rayon Məhkəməsinin 2(001)-752/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsini aldıqdan sonra görmüşdür ki, Cavabdeh1 və Cavabdeh2 aldığı torpaq sahəsi X2 məxsusdur, tanıdığı hüquqşünasla məsləhətləşdikdə, ona bildirmişlər ki, bağladığı ilkin alqı-satqı müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Bundan sonra o, cavabdehlərdən pulunu tələb etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 bildirdi ki, tərəflər mübahisə ilə bağlı razılığa gəlmiş və aralarında barışıq sazişi imzalamışlar. Nümayəndə məhkəməyə ərizə təqdim edərək qeyd edilənlərin nəzərə alınmasını, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) : Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

7. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.

8. İş materiallarından görünür ki, tərəflər - İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh2 arasında aşağıdakı şərtlərlə xx.xx.2026-cı il tarixli barışıq sazişi bağlanmışlar: “1. Cavabdeh2 01 aprel 2026-cı il tarixədək 45.000 (qırx beş min) manat pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürür.

2. İddiaçı Sazişin 1-ci bəndində göstərilən pul vəsaitini aldıqdan sonra 10 gün müddətində ünvan 1 ünvanında yerləşən tikilini Cavabdeh2 təhvil verməyi öhdəsinə götürür. Tikilinin içərisində quraşdırılmış kombi avadanlığı və kondisioner tikilinin içərisində saxlanılır.

3. Cavabdeh2 öhdəsinə götürür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-752/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi icra olunduğu təqdirdə ünvan 1 ünvanında yerləşən tikilini öz hesabına sökəcək və torpaq sahəsini boşaldacaq.

4. Bu Saziş 3 nüsxədə tərtib olunmuşdur. İki nüsxəsi tərəflərə, bir nüsxəsi isə Sazişi təsdiq edən Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunur.

5. Tərəflərdən hər hansı biri Sazişin tələblərini pozarsa digər tərəfin məhkəmədən tərəflərin razılığı ilə imzalanmış hazırkı Sazişin şərtlərinin məcburi icra olunması üçün icra vərəqəsinin verilməsi hüququ yaranır”.

9. Məhkəmə araşdırılması ilə təqdim olunan barışıq sazişinin qanunazidd olması halı, həmçinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmədiyindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.

10. Göstərilənləri və MPM-nin 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin; “1. Cavabdeh2 01 aprel 2026-cı il tarixədək 45.000 (qırx beş min) manat pul vəsaitini İddiaçı ödəməyi öhdəsinə götürür.

2. İddiaçı Sazişin 1-ci bəndində göstərilən pul vəsaitini aldıqdan sonra 10 gün müddətində ünvan 1 ünvanında yerləşən tikilini Cavabdeh2 təhvil verməyi öhdəsinə götürür. Tikilinin içərisində quraşdırılmış kombi avadanlığı və kondisioner tikilinin içərisində saxlanılır.

3. Cavabdeh2 öhdəsinə götürür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-752/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi icra olunduğu təqdirdə ünvan 1 ünvanında yerləşən tikilinin öz hesabına sökəcək və torpaq sahəsini boşaldacaq.

4. Bu Saziş 3 nüsxədə tərtib olunmuşdur. İki nüsxəsi tərəflərə, bir nüsxəsi isə Sazişi təsdiq edən Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunur.

5. Tərəflərdən hər hansı biri Sazişin tələblərini pozarsa digər tərəfin məhkəmədən tərəflərin razılığı ilə imzalanmış hazırkı Sazişin şərtlərinin məcburi icra olunması üçün icra vərəqəsinin verilməsi hüququ yaranır”. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi olmaqla pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2025-ci il tarixli, **********85 saylı qəbz əsasında ödənilmiş 216 manat və xx.xx.2025-ci il tarixli, **********17 saylı qəbz əsasında ödənilmiş 51 manat məbləğində dövlət rüsumları İddiaçı qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar