Məhkəmə qərarları › İş №e-2(060)-5882/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5882/2022

13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5882/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X16 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “HYUNDAİ ELANTRA” minik markalı, **- NA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. Avtomobilin iddiaçının mülkiyyətində olmasına baxmayaraq mülkiyyət hüququ pozulmuşdur. Belə ki, özünün əvvəlcədən tanıdığı X12 adlı şəxs sözügedən avtomobili servisdə təmir elətdirmək adı ilə iddiaçıdan 1000 manat məbləğində pul, eləcə də maşını qanuni şəkildə idarə etmək üçün sürmək üçün etibarnamə istəmişdir. Sonuncu isə bununla razılaşmış, Radil Çıraqova 1000 manat məbləğində pul vermişdir. Etibarnamə vermək üçün notariusa getdikdə isə iddiaçını aldadaraq məhz sürmək üçün yox, baş etibarnamə almışdır. X10 yaxın adamı X3 verilmiş, iddiaçı isə yalnız maşını idarə edə bilməsi üçün etibarnamə verdiyini sanmışdır. Sonradan isə Radil Çıraqovun məqsədini anlamış, avtomobilin sonuncu tərəfindən X11, sonuncu tərəfindən isə Cavabdeh satıldığını bilmiş və dərhal etibarnaməni ləğv etdirmişdir. Radil Çıraqov tək iddiaçıya qarşı yox, bir neçə şəxsə qarşı dələduzluq etmişdir, hazırda barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı bir neçə dəfə cavabdehə avtomobili qaytarmasını tələb etsə də, nəticəsi olmamış, onu avtomobilin ondan alınacağı halda yandırmaqla hədələmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh avtomaşını xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisindən etibarnamə ilə X7 və X5 14 550 manata almışdır. İddiaçının etibarnaməni ləğv etdirməsini onun özündən biləndən sonra Gündüzlə Zahiddən pulunu istəmiş, lakin bundan imtina etmişlər. Cavabdeh başa düşmüşdüür ki, iddiaçı, Radil, Gündüz və Zahid adlı şəxslər onun etibarından sui-istifadə etməklə qrup şəkilində cavabdehi aldadıb pulunu mənimsəməyə nail olmuşlar. Demək olar ki, eyni vaxtda iddiaçı Binəqədi rayon Pİ-nin 6-cı PB-nə, cavabdeh isə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmişlər. Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun 15 aprel 2022-ci il tarixli cinayət işinin başlanması haqqında» qərarı ilə iddiaçının və cavabdehin müraciətinə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Azərbaycan Respublikası CM- 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi Orxan Bağırlının 06 iyun 2022-ci il tarixli qərarı ilə X13 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. X14 digər eyni məzmunlu cinayətləri müəyyən olunduğundan müstəntiq Orxan Bağırlının 20 iyun 2022-ci il tarixli qərarı ilə cinayət işi aidiyyatı üzrə Binəqədi rayon Pİ-nə göndərilməsindən ötrü Baş Prokrorluğa təqdim olunmuşdur. Hazırda həmin iş Binəqədi rayon Pİ İŞ-nin müstəntiqi Emil Abdullayevin icraatındadır. həmin cinayət işi yekunlaşıb yekun qərar verilməyincə hazırda mülki iş üzrə icraat dayandırılmalıdır. Belə cinayət işi cavabdehin və iddiaçının ərizəsi əsasında başlanmışdır. Cavabdeh də o işdə zərərçəkmiş şəxsdir. Cavabdehin 14 550 manat pulu mənimsənilmişdir. İddiaçının guya avtomobili əldən çıxıbsa, cavabdehin də pulu əldən çıxmışdır. Həm də cinayət işində avtomaşının satılmasından əldə olunan pulundan iddiaçıya verildiyini göstərən şahid ifadələri də vardır. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, avtomobil iddiaçının mülkiyyətindədir. Həmin avtomobilin üzərinə həbs qoyulub. İddiaçı aldadılıb. X13 hazırda həbsdədir. O, həm iddiaçını, həm də cavabdehi aldadıb. İcraatın dayandırılması məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, mülki işin icraatının dayandırılmasına zərurət yoxdur. İbtidai istintaq zamanı araşdırma gedən cinayət işi mülki işin icraatının dayandırılması üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materilları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1990-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1991-ci ildə, Masallı rayonu, Həsənli kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə göndərilmiş vəkil sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, DİN Baş X21i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə "HYUNDAİ ELANTRA" markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən 754876 nömrəli hesab-arayış əsasında Göyçay şəhəri, Natəvan küçəsi, ev 2B, mənzil 16 ünvanda qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü iddiaçının adında qeydiyyatdadır. AD seriyalı, 162871 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. “Elektron notariat” X1 çıxarışa əsasən iddiaçı tərəfindən X3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam hüququ verilmişdir. Həmin notariat hərəkətinə xx.xx.2022-ci il tarixdə xitam verilib. “Elektron notariat” X1 çıxarışa əsasən mülkiyyətçisi iddiaçı olan, X2 X11 xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam hüququ verilmişdir. “Elektron notariat” X1 çıxarışa əsasən mülkiyyətçisi iddiaçı olan, X7 Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “HYUNDAİ ELANTRA” minik markalı, **- NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam hüququ verilmişdir. Sərəncam xx.xx.2022-ci il tarixdə qüvvədən düşüb. İş materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X6 təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarı ilə X8 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İş materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X6 cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərararı ilə X9 törətdiyi cinayət hadisəsi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin inzibati ərazisində baş verdiyindən həmin şəxsin barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi RPİ-ə göndərilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir (152.8.). Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam veril məsinə səbəb olur (365.1.3.) İşin müəyyən edilmiş hallarından göründüyü kimi “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı həmin avtomobillə bağlı X3, o isə X11 etibarnamə vermişdir. Gündüz Quliyev isə avtomobillə bağlı cavabdehə etibarnamə vermişdir. Avtomobil hal-hazırda cavabdehin sahibliyindədir. İddiaçı isə həmin avtomobillə bağlı verdiyi etibarnaməni ləğv etdirmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Göründüyü kimi iddiaçı “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir. Bu səbəbdən iddiaçı avtomobili geri tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “HYUNDAİ ELANTRA” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar