Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6033/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, bu mümkün olmadıqda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi, ödənilmədikdə isə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, bu mümkün olmadıqda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi, ödənilmədikdə isə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən sahəsi 110.60 kv.m olan evin 10 avqust 2022-ci il tarixdə ********* nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan ½ hissəsinin Cavabdeh aid olan hissəsindən naturada ayrılması və iddiaçıya məxsus olan hissəsini müəyyən etməklə ona verilməsi, naturada bölgü mümkün olmadıqda, cavabdeh tərəfindən iddiaçıya məxsus olan hissəsinin dəyərinin ona ödənilməsi, bu da mümkün olmadıqda, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın naturada bölgüsü barədə iddia üzrə tərəflər arasında barışıq əldə olunmuş, bununla əlaqədar iddia ərizəsinin geri qaytarılması və baxılmamış saxlanılması, həmçinin tərəflərindən ödənilmiş dövlət rüsumunun büdcədən geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında tərəflərin arasında barışıq əldə olunduğunu, sonrakı vəziyyətdə hər hansı problem yaranacağı təqdirdə yenidən məhkəməyə müraciət edəcəklərini, lakin hal-hazırda ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında ərizənin baxılmamış saxlanılmasına etirazı olmadığını qeyd etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, bu mümkün olmadıqda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi, ödənilmədikdə isə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 12 №-li qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 100 manat rüsum ödənilmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, bu mümkün olmadıqda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsi, ödənilmədikdə isə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birliktə geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 100 (bir yüz manat) manat iddiaçının nümayəndəsi Nümayəndə qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6033/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6033/2023
11.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver