Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6127/2023 24.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X6 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “PVC kənar bantlama avadanlığının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Cavabdeh qarşı “PVC kənar bantlama avadanlığının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə dair” 10 fevral 2022-ci il tarixində 73 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli PVC kənar bantlama avadanlığının (yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2) natura şəklində agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) 7 saylı Ərazi Məşğulluq filialı arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə dair” 10 fevral 2022-ci il tarixində 73 nömrəli müqaviləyə əsasən agentlik tərəfindən Cavabdeh “mebel (bant vurma)” zərfinə daxil olan aktivlər, yəni PVC kənar bantlama avadanlığı, yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. meg tab 2 natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 10 fevral tarixli aktla vətəndaş Cavabdeh “mebel (bant vurma)” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli qərarı ilə təsdiq olunmuş “özünüməşğulluğunun təşkili qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və 2023-cü il tarixli 16 may tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş “mebel (bant vurma)” zərfinə daxil olan aktivlərdən, yəni PVC kənar bantlama avadanlığı, yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4- 5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. meg tab 2 aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 qarşı 2(060)-6127/2023 saylı mülki iş üzrə iddia ərizəsinin təmin edilməməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 qarşı 13 sentyabr 2023-cü il tarixli, 3-17-2/2- 57124/2023 saylı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 21 sentyabr 2023-cü il tarixli, 2(060)-6127/2023 saylı iş üzrə birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmasına hazırlıq mərhələsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur xanım Behbudovanın icraatında iş başlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 qarşı 13 sentyabr 2023cü il tarixli, 3-17-2/2-57124/2023 saylı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciətindəki iddia tələbi tamamilə əsassızdır. İddia tələbi üzrə müraciət edən hərkəs iddiasını müdafiə etmək üçün əsaslı dəlillər, sübutlar təqdim etməlidir. Təəssüf olsun ki, qarşı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsi bir çox düzgün olmayan və həqiqəti əks etdirməyən məlumatlara əsaslanmışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 ilə onun arasında özünüməşğulluğa kömək göstərilməsinə dair 10 fevral 2022-ci il tarixli, 7DBL-073 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən filial tərəflər arasındakı təhvil-təslim aktında (müqavilə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1(bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin 2.2-ci bəndindən açıq-aşkar görünür ki, müqavilənin qüvvədə olma müddəti bir ildir. 10 fevral 2022-ci il tarixli, 7DBL-073 saylı müqavilə imzalanmamışdan əvvəl onlara bu proqrama dair təlimat üçün online video formatda 10 (gün) kurs keçilmişdir və orada onlara bildirilmişdir ki, müqavilənin qüvvədə olma müddəti bir ildir və bir ildən sonra əmlak onların ixtiyarına keçərək əmlakın mülkiyyətçisi olur. Bir ildən sonra əmlak ilə bağlı istənilən qərarı vermək səlahiyyətində olur və hətta satmağa belə icazə verilir. Qeyd etdiyi məsələ ilə bağlı şahidləri vardır. Həmin şahidinin biri kursda onlara dərs deyən Rafet müəllim və digəri onun kimi kurs iştirakçısı olmuş X3r. Onların məhkəmə prosesində şahid kimi tanınmalarını xahiş etmişdir. Bununla yanaşı, 10 fevral 2022-ci il tarixli, 7DBL-073 saylı müqavilənin 3.1.1-ci bəndinə əsasən filialın vəzifələri, əmlakı bu müqavilə bağlandıqdan sonra 10 (on) iş günü müddətində tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verməkdir. Lakin filialın özüdə qeyd edilən müqavilənin tələblərini pozmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 ilə onun arasında imzalanmış özünüməşğulluğa kömək göstərilməsinə dair 10 fevral 2022-ci il tarixli, 7DBL-073 saylı müqaviləni ona 2023-cü ilin iyul-avqust aylarında israrlı tələblərindən və müraciətlərindən sonra vermişlər. Qeyd etdiyi məsələyə dair sübutu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 7 saylı Ərazi Məşğulluq filialının kitabında qeyd edilmişdir. Müqaviləni oradan götürərkən kitaba götürdüyü günün tarixini qeyd edərək imza atmışdır. Bununla belə, 10 fevral 2022-ci il tarixli, 7DBL-073 saylı müqavilənin 3.1.2-ci bəndinə əsasən filialın vəzifələri, özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən bu müqavilənin şərtlərinə 1(bir) il müddətində əməl olunduğu halda əmlakı özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verməkdir. Qeyd edilən müqavilənin bu bəndi iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı iddia ərizəsinin iddia tələbinin tamamilə əsassız olduğunun göstəricisidir. Məhkəməyə bildirir ki, özünüməşğulluğa kömək göstərilməsinə dair 10 fevral 2022-ci il tarixli, 7DBL-073 saylı müqavilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 7 saylı Ərazi Məşğulluq filialının müdiri X5 ilə onun arasında imzalanmışdır. İddiaçının iddia ərizəsinin əsas hüquqi sənədi bu müqavilə təşkil edir. Məhkəməyə bildirir ki, müqavilənin 3.1.2-ci bəndim də qeyd edilən kimi o müqavilənin bütün şərtlərinə 1(bir) il müddətinə tam əməl emtişdir. Bir il ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 əməkdaşları bir dəfə monitorinq etmək məqsədi ilə gəlib əmlakı monitorinq edib-getmişlər. Növbəti monitrinq 2023-cü ilin may ayının 16-da olmuşdur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 iddia ərizəsində də sonuncu monitorinqin zamanını qeyd etmişdir. Müqavilə qüvvədən düşdükdən 3 (üç) ay sonra gəlib monitorinq aparmaları müqavilənin şərtlərində qeyd edilməmiş və buna görə heç bir hüquqi əsas təşkil etmədiyini düşünür. Daha sonra, iddiaçı iddia ərizəsində qeyd edir ki, qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində agentliyə geri qaytarılması təmin edilməmişdir. Bununla bağlı məhkəməyə bildirir ki, o heç bir hərəkətsizlik göstərməmişdir. Dəfələrlə yazılı və şifahi formada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 7 saylı Ərazi Məşğulluq filialına müraciətləri olmuşdur və qəbullarına düşmək məsələyə aydınlıq gətirmək istəmişdir. Hətta 7 saylı Ərazi Məşğulluq filialına ərizə ilə müraciət edərkən ərizəni qeydiyyata almamış və buna görə orada mübahisələri olmuşdur. Mübahisə və israrlı tələblərindən sonra ərizəni qeydiyyata aldıra bilmişdir. 10 fevral 2022ci il tarixli, 7DBL-073 saylı müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqları yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Qeyd edilən müqavilənin bu bəndini əsas tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 7 saylı Ərazi Məşğulluq filialı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4nə mübahisəli məsələnin həllindən ötrü məktublar ünvanlamış və 7 saylı Ərazi Məşğulluq filialında mübahisəli məsələnin həllindən ötrü qəbuldə olmaq istəmişdir. Lakin qarşı tərəf mübahisəli məsələnin həllini həyata keçirmək üçün hər hansı addım atmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 əməkdaşlarının qeyri-peşəkarlığının nəticəsidir ki, 10 fevral 2022-ci il tarixli, 7DBL-073 saylı müqavilədə qeyd edilən əmlakın o zamankı qiymətləndirilməsi aparılmamış və bugündə onun qiymətləndirilməsini apara bilmirlər. Hətta Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə rəsmi müraciətlərində də əmlaka dair qiymətləndirmə əldə edə bilməmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında əlavə olaraq göstərdi ki, müqavilə bağlandığı tarixdə monitorinq keçirilməmiş, bir il müddət keçdikdən sonra keçirilmişdir. Müqavilənin mahiyyətində isə bir il ərzində iki dəfədən az olmayaraq monitorinqin keçirilməsi qeyd olunur. Müqaviləyə əsasən, avadanlığın müqavilənin şərtlərinə uyğun istifadə olunduğu təqdirdə digər müqavilə tərəfinin mülkiyyətinə verilməsi nəzərdə tutulur. 16 may 2023-cü il tarixdə monitorinq olmuş və cavabdeh bildirmişdir ki, avadanlığın bir illik müddəti bitdiyi üçün satmışdır. Bir il ərzində isə onlar tərəfindən hər hansı bir hərəkət olunmamışdır. X8 vasitəsi ilə verilir. Cavabdehin dediyi Əli adlı şəxs isə həmin bankın nümayəndəsidir. Onlar sadəcə səfər edir, baxır, lakin akt tərtib etmirlər. Monitorinqi isə X4 həyata keçirir. Əgər bir il ərzində təyinatına uyğun istifadə edilsə, iki monitorinq nəticəsinə uyğun olaraq və təhvil-təslim aktı ilə əmlak digər tərəfin mülkiyyətinə verilir. Gec də olsa monitorinq olunmuşdur. Başqa filial tərəfindən baxış keçirilir və mülkiyyətə verilmə ilə bağlı qərar qəbul olunur. Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, bir il ərzində monitorinq baş verməmişdir. Əli adlı şəxs gəlmiş, yaxınlaşmış, görüşmüş və avadanlıq ilə tanış olmuş, daha sonra isə getmişdir. Bir il şərtlərinə uyğun olaraq hər şeyi yerinə yetirmiş və heç bir problemi olmamışdır. Ona bütün məlumatları Sumqayıt şəhərindən vermişdilər. Nümayəndə isə Bakı şəhərindən gəlmişdir. Bir il müddət bitmiş, lakin müqavilə kağızı onlara verilməmişdir. Hətta müqaviləni iyun ayında özü tələb etmişdir. Ona məktub gəldikdən sonra getmiş və ona məktubun verilib-verilməməsi ilə bağlı sual vermişlər. O isə verilmədiyini bildirmişdir. İmza edildikdə müqavilə olmamışdır. Avadanlığı ehtiyac olduğu üçün satmışdır. Ona məlumat verilmişdir ki, avadanlığı bir il müddətinə qoruyub-saxlasın. Bir il müddət ötdükdən sonra isə necə istəyirlərsə, o cür də davransınlar. İşin halları İş materiallarına əlavə edilmiş 10 fevral 2022-ci il tarixli 7DBL-073 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 7 saylı Məşğulluq Filialı təhvil-təslim aktında göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 7 saylı Məşğulluq Filialı özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək (3.3.1); əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemlendirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu Müqaviləyə Əlavə 2-də gösterilən təlimata riayət etmək (3.3.2); əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək (3.3.3); Müqavilə əsasında verilmiş Əmlakdan 1 (bir) il ərzində üzürlü səbəb olmadan istifadə etmədikdə həmin Əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq (3.3.4), monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən bu Müqavilənin 3.3.1-3.3.3-cü yarımbəndlərınə nəzərdə tutulmuş vəzrfəiən yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək (3.3.5) və s. özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələridir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Filiala qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış əmlakın geri qaytarılması haqqında məktubdan görünür ki, özünəməşğulluğu təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixli, 7DBL-073 nömrəli müqavilə bağlanılaraq istehsal-xidmət istiqaməti üzrə (PVC kənar bantlama avadanlığı) əmlaklar təqdim edilmişdir. Özünüməşğulluq proqramı çərçivəsində istifadəyə verilmiş aktivlərlə eyni növlü və keyfiyyətli əmlakın məktub təqdim olunan tarixdən 30 iş günü ərzində agentliyə geri qaytarılması tələb olunmuşdur. Əks təqdirdə sözügedən qaydanın 9.2-ci bəndinə və onunla bağlanılmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin naturada ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsi ilə tələb ediləcəyi bildirmişdir. İş materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi barədə aktdan görünür ki, Cavabdeh agentlik tərəfindən verilmiş PVC bant vuran avadanlıq satılmışdır. Əmlakdan istifadə edilməməsinin və yaxud qismən istifadə edilməsinin səbəbi olaraq göstərilmişdir ki, vətəndaş iddia etmişdir ki, ona deyilmişdir ki, bir ilin tamamında avadanlığı satmaq olar. Ona görə də avadanlığı satmışdır. İş materiallarına əlavə edilmiş 10 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Cavabdeh 1 ədəd PVC kənar bantlama avadanlığı, yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4- 5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. meg tab-2 verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Monitorin və qiymətləndirmə filialına Cavabdeh tərəfindən ünvanlanmış ərizədən görünür ki, 10 fevral 2022-ci il tarixli, 7DBİ- 073 saylı müqavilənin müddəti bir il olmuşdur. Qeyd edilən müqavilə qüvvədən düşmüş sayılır. 10 fevral 2022-ci il tarixli, 7DBİ-073 saylı müqavilənin qüvvədən düşməsinin nəzərə alınması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorunisə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdətutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənipozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmazsa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yer və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olması qətnamənin nəticə hissəsibdə göstərilməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi,o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərdən ibarətdir. 24.3-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. 24.4-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.7-ci maddələrinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası” 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı iltarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsihaqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi 7 saylı Məşğulluq filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 10 fevral 2022-ci il tarixli 7DBL-073 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh PVC kənar bantlama avadanlığı natura şəklində verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Cavabdeh 1 (bir) il müddətində qeyd olunan əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə Cavabdeh üzərinə əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək, müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq, monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin Əmlaka qəsdən ziyan vurduğu, o cümlədən müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraqX2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək vəzifələri qoyulmuş və vəzifələrin icra edilməməsi halında onun Cavabdeh məsuliyyəti müəyyən olunmuşdur. 16 may 2023cü il tarixdə Cavabdeh fəaliyyəti yoxlanmış və monitorinq zamanı 10 fevral 2022-ci il tarixli 7DBL-073 nömrəli müqavilə əsasında ona təhvil verilmiş PVC kənar bantlama avadanlığın cavabdeh tərəfindən satıldığı aşkar edilmişdir.Müqavilə öhdəliyindən çıxış edərək cavabdehin 1 il ərzində verilmiş avadanlığını müqavilə şərtlərinə zidd olaraq istifadə etməsi işin araşdırılan hallarına sübut olunmur, müqavilədə nəzərdə tutulan müddətdən sonra manitorinqin keçirilməsi işin mübahisə edilməyən halı olaraq qiymətləndirilməlidir.Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Məhkəmə araşdırmasında Cavabdeh 10 fevral 2022-ci il tarixli 7DBL-073 nömrəli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması v ə iddiaçıya maddi zərər vurulması müəyyən edilməmişdir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin zərərvurandan tam həcmdə tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda mülki qanunvericilikdə zərərin ödənilməsi təmin edilərkən zərərin vurulması üçün məsuliyyətdaşıyan şəxsin üzərinə zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliklərindən birinin işin hallarından asılı olaraq məhkəmə tərəfindən zərərvuranın üzərinə qoyulması nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 7DBL-073 nömrəli müqavilədə tərəflərin məsuliyyəti müəyyən edilərkən müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etməməsi təsdiq edilməmiş, özünüməşğulluğa cəlb olunmuş Cavabdeh tərəfindən müqavilə şərtlərini pozan hərəkətləri sübut olunmamışdır. Məhkəmə sonda qeyd edir ki, iddiaçı “X4” Publik hüquqişəxsi iddia verərkən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarıilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın və tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 iyun 2022-ci il tarixli 2022/ÖM/ 04278 nömrəli müqavilənin tələblərini, yəni “özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı (əmlak onun sahibliyində olduğu halda) və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır” və “özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həminəmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir” müddəalarını nəzərə almamış, cavabdehdən PVC kənar bantlama avadanlığının natura şəklində qaytarılmasını tələb etməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən 10 fevral 2022-ci il tarixli 7DBL- 073 nömrəli müqavilə əsasında Cavabdeh istifadəsinə verilmiş eyni növlü və keyfiyyətli PVC kənar bantlama avadanlığın qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X9 Cavabdeh ilə aralarında bağlanmış “özünüməşğulluğa kömək göstərilməsinə dair” 10 fevral 2022-ci il tarixində, 7DBL-073 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli PVC kənar bantlama avadanlığının (yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2) natura şəklində agentliyə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6127/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6127/2023
24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver