Məhkəmə qərarları › İş №e-2(060)-6261/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6261/2024

07.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6261/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «X1» Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, tikilinin əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «X1» Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması,tikilinin əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1» Mənzil Tikinti Kooperativi tərəfindən onun mülkiyyət hüquqlarına edilmiş qanunsuz müdaxilələrə son qoyulması, Sumqayıt şəhəri,4-cü məhəllə,ev 17/18-də yerləşən 8 saylı mənzilin əvvəlki vəziyyətə qaytarılması,aparılmış söküntü işlərinin bərpası və həmin binaya giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh «X1» Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyət hüququna edilmiş müdaxiləyə son qoyulması, tikilinin əvvəlki vəziyyətdə bərpası və evə gediş-gəliş yolunun açılması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar