Məhkəmə qərarları › İş №e-2(060)-6316/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6316/2022

26.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6316/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «əmlak tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri 13-cü mkr ərazisində yerləşən Dərəçiçək MTK 27 saylı evin 158 saylı mənzilində olan 57 аdda dəyəri 28226 manat olan əmlaklarının mənə geri qaytarılması və ya həmin əmlaklar mövcud olmadığı təqdirdə dəyərinin pulla ödənilməsi və məhkəməyə ödədiyi 176 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh1 ilə vətəndaş nikahına daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Həmin şəxs ilə ailə həyatı qurarkən cehiz əmlaklarını Cavabdeh2 məxsus Sumqayıt şəhəri 13-cü mkr ərazisində yerləşən Dərəçiçək MTK 27 saylı evin 158 saylı mənzilinə aparmışdır. Hazırda cehiz əmlakları həmin mənzildədir. Aralarındakı faktiki nikah münasibətləri pozulduğundan hal-hazırda atasına məxsus evə qayıtmışdır. Cehiz əmlaklarının geri qaytarılması ilə bağlı mediasiya şurasına müraciət etsə də cavabdehlər mediasiya prosesində iştirak etmədiklərindən mediasiya prosesi baş tutmamışdır. Ona görə də hazırda cehiz əmlaklarının geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh1 ilə vətəndaş nikahına daxil olarkən Sumqayıt şəhəri 13-cü mkr ərazisində yerləşən Dərəçiçək MTK 27 saylı evin 158 saylı mənzilinə adları və qiymətləri qeyd olunan əmlakları aparmışdır: Jalüz -250 manat, mətbəx mebeli - 2140 manat, televizior-1500 manat, divan -1200 manat, hamam güzgüsü- 105 manat, pərdə-1110 manat, xalça -1000 manat, nərdivan -106 manat, mətbəx stolu-200 manat, Ləpə qabı-100 manat, divan üstü-100 manat, tozsoran-180 manat, ətçəkən-180 manat, soyuducu-1100 manat, paltaryuyan - 730 manat, mikrodalğalı soba-420 manat, aspirator-200 manat, qaz-180 manat, çamadan -170 manat, nahar servisi- 600 manat, gündəlik servis-150 manat, kamot 5-li - 200 manat, iki mərtəbəli qab- 50 manat, külqabı - 20 manat, bakallar-100 manat, xrustal dəst-265 manat + 160 manat = 425 manat, kamot 3lü dəst - 160 manat, qazan dəsti korkmaz - 200 manat, qazan dəsti tefal - 200 manat, qazan dəsti çuğun - 140 manat, ütü - 35 manat, ütü stolu-45 manat, paltar asılan - 40 manat, tərəvəz qabı-25 manat, taxt üstülər-330 manat, dəsmallar- 300 manat, pastel dəstləri-350 manat, taxt yorğanları-180 manat, adyallar-110 manat, süfrələr-200 manat, bellona yataqdəsti - 6300 manat, bellona qonaq dəsti - 6000 manat, Kofemolka-30 manat, mikser-80 manat, blender- 35 manat, sokçəkən - 85 manat, qəfədan (çaydan)-50 manat, çaynik-10 manat, samovar-70 manat, hamam aksesuarı-35 manat, zibil qabı-45 manat, divarsaatı-35 manat, yastıqlar-240 manat, naçnik-70 manat, polsilən-35 manat, küknar ağacı-200 manat, konfet qabı - 75 manat, Cəmi 28226 manat. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri 13-cü mkr ərazisində yerləşən Dərəçiçək MTK 27 saylı evin 158 saylı mənzilində olan 57 аdda dəyəri 28226 manat olan əmlaklarının mənə geri qaytarılması və ya həmin əmlaklar mövcud olmadığı təqdirdə dəyərinin pulla ödənilməsi və məhkəməyə ödədiyi 176 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, oğlu Sailov X2 Mətanət Qabil qızı ilə faktiki nikahla yaşamışlar. Evdə mühüm bir söz-söhbət olmadan evdən çıxıb getmiş, bu haqda oğlu sonra ona məlumat vermişdir. Bu gün onun tələb etdiyi cehiz əşyaları ilə qismən razıdır. Birincisi Mətanət evdən gedərkən özünə aid qızıl-zinyət əşyalarını və oğluna aid ona bağışlanılmış nişan üzüyü və qızıl qolbağını özü ilə götürüb aparmış və gündəlik istifadəsində olan bir çox əşyaları da özü ilə aparmışdır. Bütün bunlardan onun heç xəbəri olmayıb. O, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 55, mənzil 32-də yaşamışdır. Onlar isə onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Dərəçiçək MTK 27 saylı evin 158 saylı mənzildə yaşamışlar. Onların söz-söhbətlərindən və Mətanətin evdən getməsindən onun xəbəri olmayıb. Onlar faktiki nikahla yaşayıblar. Ancaq o, bir valideyn olaraq vicdanı naminə onlara əvvəlcədən də bildirmişdir ki, (Mediasiya) könüllü olaraq gətirdiyi əmlakları gəlib aparsın. Hətta barışıq təklif etmişdir ki, cavabdeh israrla onun təklifini rədd etdilər. Cehiz əmlakları gələn zaman onların aralarında heç bir saziş və razılaşma olmayıb. Əmlakları 28.226 manat dəyərində qiymətləndirilməsi şişirdilmişdir. Mediasiyada təklif etdiyi kimi hazırda da təklifi qüvvədədir. Heç bir həbs qoyulma lazım deyil, gəlib cehizlərini apara bilər. O, və oğlu məhkəmədən bir daha xahiş edir ki, heç bir söz-söhbət olmadan gəlib cehiz əmlaklarını apara bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdehlər həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X8 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qanunvericililiyin bu normasından çıxış edərək belə hesab edir ki, cehiz əşyaları iddiaçıya hədiyyə şəklində verildiyi üçün iddiaçının ayrıca mülkiyyətindədir. Belə olan halda iddiaçı Abdullayeva (Baxşiyeva) Sevil Azağa qızının öz əmlakını cavabdehdən tələb etmək hüququ vardır. Çünki Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən daşqaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə görə ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimi istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “İnsan hüquqlarının və X5 haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Cehiz əmlakının digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlər cehiz əmlaklarla bağlı hissədə iddiaya münasibətdə səmimi izahat vermiş, siyahıda göstərilən cehiz əmlakının evdə olduğunu bildirmiş və qaytarmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirmişlər. Məhkəmə daxili inamına əsaslanaraq (cavabdehin cehiz əmlakla bağlı verdiyi izahat zamanı davranışı, səs tonu, bundan başqa, siyahının əksər hissəsində olan əmlakları etiraf etməsi, bəzi əmlakların sayının dəqiqləşdirilməsi) hesab edir ki, cavabdehləriin öncələr iddiaçı ilə yaşadığı evdə cehiz əmlaklarıda mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 jalüz -250 manat, mətbəx mebeli - 2140 manat, televizior-1500 manat, divan -1200 manat, hamam güzgüsü-105 manat, pərdə-1110 manat, xalça -1000 manat, nərdivan -106 manat, mətbəx stolu-200 manat, Ləpə qabı-100 manat, divan üstü-100 manat, tozsoran-180 manat, ətçəkən-180 manat, soyuducu-1100 manat, paltaryuyan - 730 manat, mikrodalğalı soba-420 manat, aspirator-200 manat, qaz- 180 manat, çamadan -170 manat, nahar servisi- 600 manat, gündəlik servis-150 manat, kamot 5-li - 200 manat, iki mərtəbəli qab- 50 manat, külqabı - 20 manat, bakallar-100 manat, xrustal dəst-265 manat + 160 manat = 425 manat, kamot 3-lü dəst - 160 manat, qazan dəsti korkmaz - 200 manat, qazan dəsti tefal - 200 manat, qazan dəsti çuğun - 140 manat, ütü - 35 manat, ütü stolu-45 manat, paltar asılan - 40 manat, tərəvəz qabı-25 manat, taxt üstülər-330 manat, dəsmallar- 300 manat, pastel dəstləri-350 manat, taxt yorğanları-180 manat, adyallar-110 manat, süfrələr-200 manat, bellona yataqdəsti - 6300 manat, bellona qonaq dəsti - 6000 manat, Kofemolka-30 manat, mikser-80 manat, blender- 35 manat, sokçəkən - 85 manat, qəfədan (çaydan)-50 manat, çaynik-10 manat, samovar- 70 manat, hamam aksesuarı-35 manat, zibil qabı-45 manat, divarsaatı-35 manat, yastıqlar-240 manat, naçnik-70 manat, polsilən-35 manat, küknar ağacı-200 manat, konfet qabı - 75 manat olan cehiz əşyalarının alınaraq İddiaçı verilməli, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməli və iş üzrə ödənilmiş 176 (bir yüz yetmiş altı) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Ailə Məçəlləsinin 34.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Aşağıda adları sadalanan cehiz və qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı verilsin: jalüz -250 manat, mətbəx mebeli - 2140 manat, televizior-1500 manat, divan -1200 manat, hamam güzgüsü-105 manat, pərdə-1110 manat, xalça -1000 manat, nərdivan -106 manat, mətbəx stolu-200 manat, Ləpə qabı-100 manat, divan üstü-100 manat, tozsoran- 180 manat, ətçəkən-180 manat, soyuducu-1100 manat, paltaryuyan - 730 manat, mikrodalğalı soba-420 manat, aspirator-200 manat, qaz-180 manat, çamadan -170 manat, nahar servisi- 600 manat, gündəlik servis-150 manat, kamot 5-li - 200 manat, iki mərtəbəli qab- 50 manat, külqabı - 20 manat, bakallar-100 manat, xrustal dəst-265 manat + 160 manat = 425 manat, kamot 3-lü dəst - 160 manat, qazan dəsti korkmaz - 200 manat, qazan dəsti tefal - 200 manat, qazan dəsti çuğun - 140 manat, ütü - 35 manat, ütü stolu-45 manat, paltar asılan - 40 manat, tərəvəz qabı-25 manat, taxt üstülər-330 manat, dəsmallar- 300 manat, pastel dəstləri-350 manat, taxt yorğanları-180 manat, adyallar-110 manat, süfrələr-200 manat, bellona yataqdəsti - 6300 manat, bellona qonaq dəsti - 6000 manat, Kofemolka-30 manat, mikser-80 manat, blender- 35 manat, sokçəkən - 85 manat, qəfədan (çaydan)-50 manat, çaynik-10 manat, samovar-70 manat, hamam aksesuarı-35 manat, zibil qabı-45 manat, divarsaatı-35 manat, yastıqlar-240 manat, naçnik-70 manat, polsilən- 35 manat, küknar ağacı-200 manat, konfet qabı - 75 manat olan cehiz əşyaları. Göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 176 (bir yüz yetmiş altı) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar