Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6331/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pasport qeydiyyatından çıxarılma» tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pasport qeydiyyatından çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, bu iddia tələbinin mülki məhkəmə icraatı qaydasında icraata qəbul edilib baxılması yolverilməzdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, habelə qeyd edilən Qanunun tətbiqi haqqında Əsasnamənin 10-cu bəndinə görə şəxsi yaşayış yeri üzrə qeydiyyatdan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı çıxarır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli, 244 saylı Fərmanın 2.2-ci bəndinə əsasən qeyd edilən Qanunun 9-cu maddəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər. Göründüyü kimi, şəxsi qeydiyyatdan çıxarmaq səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına aid olmaqla, məhkəmə belə bir səlahiyyətə malik deyil. Odur ki, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə müraciət etməlidir. Əgər şöbə cavabdehləri qeydiyyatdan çıxarmaqdan imtina edərsə, iddiaçı isə bu imtinanı qanunsuz sayarsa, bu halda o, həmin orqanın hərəkətini mübahisələndirməklə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati qaydada və (və ya) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə qoyluması ilə bağlı tələb irəli sürsə də qeyd olunan orqan cavabdeh qismində cəlb edilməmişdir. Bununla da MPM-nin 149-cu maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pasport qeydiyyatından çıxarılma» tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçıya mövcud mübahisə ilə bağlı aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-6331/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6331/2022
19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver