Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6349/2024 20.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatının ləğvi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq X1 ilə Cavabdeh arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının üzərində Cavabdeh adına aparılmış qeydiyyatın, X1 ilə Cavabdeh arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Xızı şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.60 ha torpaq sahəsinin üzərində Cavabdeh adına aparılmış qeydiyyatın, X1 ilə Cavabdeh arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyriyaşayış sahəsinin üzərində Cavabdeh adına aparılmış qeydiyyatın, X1 ilə Cavabdeh arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin üzərində Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli qərrında qeyd olunmuşdur ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki işdə iddiaçı tələbində qeyd etdiyi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməli olmasının əsası kimi həmin qeydlərin əsasını təşkil edən əqdlərin mülki məhkəmə icraatı qaydasında mübahisələndirildiyinə və həmin əqdlərin etibarsız hesab olunması ilə bağlı yekun məhkəmə aktının qanuni qüvvəsini almasına istinad edir. Lakin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi ilə bağlı müvafiq orqana müraciətini təsdiq edən, habelə müvafiq orqanın hərəkətsizliyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçı qeydiyyatın verilməsinə əsas olmuş halın aradan qalxdığına istinad edirsə bu halda müvafiq qeydlərin həmin qeydləri aparan orqan tərəfindən ləğv edilməsi imkanı mövcuddur. Belə olan halda iddiaçı ilk öncə həmin qeydlərin ləğvi ilə bağlı müvafiq qeydləri aparmış orqana müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəni qəbul etməkdən imtina barədə hakim əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatının ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №e-2(060)-6349/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6349/2024
20.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver