Məhkəmə qərarları › İş №e-2(060)-6714/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6714/2021

29.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6714/2021 29.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı müdafiə edərək göstərdi ki, iddiaçı"xxxx" KB ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 11.06.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. AR DİN-nin 28.10.2020-ci il tarixli, ******* saylı Arayışına əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 52 saylı evin 21 nömrəli mənzilində halhazırda iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı"xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Qeyd edək ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, sözügedən yaşayış mənzili onun və ailəsinin yeganə yaşayış yeridir. Həmin mənzildə 12 nəfər ailə üzvləri yaşayır. O, ödənişlərlə bağlı bankın nümayəndəsi ilə razılığa gəlmişdirlər. Bu günə olan borcu hazırda 60000 manat təşkil edir. O, banka olan borcunu hissə-hissə ödəyir. Bu barədə ona iddiaçı təşkilat tərəfindən ödəniş cədvəlidə verilmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası MPMnin 185.5-çi maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 52, mənzil 21 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Kommersiya Bankı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli, 11.06.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Hərracın nəticələri haqqında № Y-177 nömrəli, 07.05.2018-ci il tarixli protokolun surətindən görünür ki, Namazova Adilə Cəfərqulu qızına məxsus mənzil Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 52, mənzil 21-in ilkin satış qiyməti 90000 (doxsan min) manat qiymətləndirilmişdir. Əmlakın hərracda satılmış son qiyməti 57375 (əlli yeddi min üç yüz yetmiş beş) manat olmuş və "xxxx" KB ASC tərəfindən alınmışdır. İş materiallarında olan “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə 07.05.2018-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, Namazova Adilə Cəfərqulu qızına məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 52, mənzil 21-in qiyməti 90000 (doxsan min) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" KB ASC 57375 (əlli yeddi min üç yetmiş beş) manata əldə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8371/17 saylı, 08.12.2017-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2016-cı ii tarixii qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" KB ASC iiə cavabdeh Namazova Adilə Cəfərquiu qızı arasında bağlanmış 04.08.2014-cü ii tarixii 75BKƏ/14 saylı əlavə kredit müqaviləsi və ona imzalanmış 16.03,2015-ci i! tarixli saziş, 04.08.2014-cü ii tarixii 76SKƏ/14 saylı əlavə kredit müqaviləsi və ona imzalanmış 16.03.2015-cl il tarixli saziş və 10.07.2015-cİ ii tarixli S4BKƏ/15 saylı əlavə kredit müqavilələrinin ləğv edilməsi, 09.08.2012-oi i! tarixli 6SBK/12 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 04.08.2014-cü i! tarixii 7SBKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzrə 5526,31 ABŞ dolları, faiz borcuna görə 326,73 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları olmaqla, cəmi 6213,04 ABŞ doiiarı, 04.08.2014-cü ii tarixii 75BKƏ/14 sayiı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzrə 16274,06 ABŞ doiiarı. faiz borcu üzrə 1844,62 ABŞ doiiarı, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 13318,68 ABŞ dolları, 10.07.2015-cİ il tarixli 64BKƏ/15 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləğinin əsas kredit borcu üzre 31217,80 ABŞ doiiarı, faiz borcu üzrə 3176,47 ABŞ dolları, cərimə borcu Qzrə 300 .ABŞ doiiarı olmaqla, cəmi 34694,27 ABŞ dolları borcun qətnamənin icra oiunduğu tarixə mövcud olan məzənnə ilə Namazova Adilə Cəfərquiu qızından iddiaçının xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh Namazova Adilə Cəfərquiu qızından tutularaq "xxxx" KB ASC-ye ödənilməsi borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş Namazova Adilə Cəfərquiu qızının mülkiyyətində olan Sumqayıt şəhəri, S-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əlds olunmuş vəsait hesabına borcun "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi, cavabdehiər X4, Cavabdeh1 Rəfaii oğlu, X7, Cavabdeh2 qızi və X1 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 saylı mənzilindən açıq hərracda satıldıqdan sonar 1 ay ərzində çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh A.Namazovanın apellyasiya şikayəti təmin olunmayaraq, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 28 noyabr 2016-cı il tarixli, 2(060)- 14470/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Namazova Adilə Cəfərqulu qızının kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 28.10.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 52, mənzil 21-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbayçan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 52 saylı evin 21 nömrəli mənzilindən çıxarılmaqla həmin mənzil boşaldılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar