Məhkəmə qərarları › İş №e-2(060)-7084/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7084/2025

23.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7084/2025 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı onunla Cavabdeh arasında Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 40/4 ünvanda yerləşən 73№-li mənzilə münasibətdə mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdıran hissədə etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı 11 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanılmışdır. Barışıq Sazişinin 3-cü bəndinə əsasən “Tərəflər barışdıqlarını və aralarında olan ər-arvad münasibətlərinin davam edəcəyini, nigahlarını pozmaq istəmədiklərini bəyan edirlər.” Həmin sazişin 5-ci bəndinə əsasən “İkinci Tərəf İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 40/4 ünvanda yerləşən 73№-li mənzilin Birinci Tərəfin valideyinləri X8 və X10 tərəfindən Birinci Tərəfə hədiyyə şəklində verilən pul vəsaiti hesabına əldə edildiyini təsdiq edirlər.” Həmin sazişin 6-cı bəndinə əsasən “İkinci tərəf İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 40/4 ünvanda yerləşən 73№-li mənzilə bütün hüquqlardan, o cümlədən mülkiyyət, payın bölünməsi və istifadə hüququndan, mənzilə görə ödənilmiş pulun bölünməsi hüququndan Birinci Tərəf Cavabdeh xeyrinə imtina edir.” Qeyd edilən Barışıq Sazişi qanunsuz əsaslarla bağlanılmış və mövcud mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, hər hansı bir şəxs öz mülkiyyətindən ancaq həmin mülkiyyəti qanuni əsaslarla özgəninkiləşdirmək yolu ilə məhrum edilə bilər. Cavabdeh ona məxsus əmlakı ancaq bağışlama və ya alq-satqı yolu ilə əldə edə bilərdi. Ailəsini dağıtmaq istəməməsindən istifadə edərək qarşı tərəf onu aldadaraq nikah münasibətlərində qalacağını bildirməklə onu aldatmış, əvvəlcədən qanunsuz olan Barışıq Sazişinə qol çəkməyə onu məcbur etmişdir. Barışıq Sazişi bağlanıldıqdan sonra evin yerdə qalan kredit borcu olan 13 000 manat pul tərəfindən ödənilmişdir. Evin borcu tərəfindən tam olaraq ödənildikdən sonra cavabdeh tərəf yenidən məhkəməyə müraciət edərək nikahlarını pozdurmuşdur. Cavabdeh tərəfindən etiraz ərizəsi verərək məhkəmədən İddiaçı Cavabdeh qarşı "Barışıq sazişinin etibarsız hesab edilməsi tələbi barədə" iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 adlı 2 övladları anadan olmuşdur. Onu da qeyd etmək lazımıdır ki, Cavabdeh valideynleri X8 və X10 tərəfindən onların vəsaitləri hesabına ünvan 2-da yerləşən 73 Ne-li mənzili almış və iş üzrə tərəflər birgə nikah dövründə övladları ilə birlikdə həmin mənzildə yaşamışlar. Birgə nikah dövründə İddiaçı Cavabdeh çoxsaylı şiddət göstərmiş, daimi fiziki və psixi şiddət altında saxlamış, dəfələrlə xəyanət etməkdən belə çəkinməmişdir. Bütün bu hərəkətlərin həm özünün, həm də övladlarının fiziki və psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini görən Cavabdeh İddiaçı ayrılmaq qərarına gəlmişdir. Bu məqsədlə, Cavabdeh "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi barədə" iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi əsasında başlanmış mülki işə baxılan zaman İddiaçı, Cavabdeh üzr istəmiş, əvvəlki hərəkələrinə bir daha yol verməyəcəyini söz vermişdir. Cavabdeh İddiaçı inanmış və övladlarına görə, ailəsinin dağılmaması üçün İddiaçı son dəfə şans vermişdir. Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-4251/2023 saylı mülki iş üzrə tərəflər arasında olan mülki mübahisənin həlli məqsədilə tərəflər öz aralarında könüllü şəkildə razılaşaraq öz iradə ifadələrini bildirərək xx.xx.2023-cü il tarixdə aşağıdakı şərtlərlə Banşıq sazişi bağlamışlar: "Bu barışıq sazişi (bundan sonra "Saziş" adlandırılacaq) mübahisə tərəfləri arasında olan mülki mübahisələrin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri: Cavabdeh (ş/v:AA 5642969) bundan sonra ("Birinci tərəf) və İddiaçı (ş/v: AZE ********) (bundan sonra "İkinci teref"), "Birinci tərəfin "İkinci tərəfə qarşı "xx.xx.2015-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X3 analarının yanında saxlanılması və uşaqların yetikinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbləri barədə" iddiasına dair Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədovun icraatında olan 2(012)-4251/2023 saylı mülki iş üzrə mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə aşağıdakı şərtlər barədə bu Sazişi imzaladılar: 2.1. "Birinci tərəf", onunla "İkinci tərəf" arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X3 analarının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbləri barədə iddiasına dair Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədovun icraatında olan 2(012)-4251/2023 saylı mülki iş üzrə iddia ərizəsini geri götürəcəyini və müvafiq ərizəni Abşeron Rayon Məhkəməsinə təqdim edəcəyini öhdəsinə götürür. 2.2. "Birinci tərəf" Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 2(012)- 399/2023 saylı icra sənədinin icrasından imtina edəcəyini və həmin imtina ərizəsini Abşeron Rayon İcra ve Probasiya Şöbəsinə təqdim edəcəyini öhdəsinə götürür. 2.3. Tərəflər barışdıqlarını və aralarında olan ər-arvad münasibətlərinin davam edəcəyini, nikahlarını pozmaq istəmədiklərini bəyan edirlər. 2.4. "İkinci tərəf" "Birinci tərəfə və birgə nikahdan olan övladlarına qarşı hər hansı fiziki və ya psixoloji təzyiq etməyəcəyini, şiddət göstərməyəcəyini, onların bütün maddi və mənəvi ehtiyaclarını qarşılayacağını bəyan edir. 2.5. "İkinci tərəf" İddiaçı ünvan 2 ünvanda yerlələşn 73 №-li mənzilin "Birinci tərəfin valideynləri X8 və X10 tərəfindən "Birinci tərəfə hədiyyə şəklində verilən pul vəsaiti hesabına əldə edildiyini təsdiq edir. 2.6. "İkinci tərəf" İddiaçı ünvan 2 ünvanda yerləşən 73 №-li mənzillə bağlı bütün hüquqlardan, o cümlədən mülkiyyət, payın bölünməsi və istifadə hüququndan, mənzilə görə ödənilmiş pulun bölünməsi hüququndan "Birinci tərəf Cavabdeh xeyrinə imtina edir. 2.7. "İkinci tərəf İddiaçı ünvan 2 ünvanda yerləşən 73 №-li mənzillə, mənzil üzərində payın bölünməsi, mənzilə görə ödənilmiş pulun tələb edilməsi və mənzilə görə kompensasiya ilə bağlı gələcəkdə "Birinci tərəfə və ya üçüncü şəxslərə qarşı heç bir iddia tələbi və şikayətinin olmayacağını öhdəsinə götürür. Daha sonra tərəflər, öz aralarında bağladıqları həmin Barışıq sazişini təsdiq edilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4251/2023 №-li qərardadı ilə Barışıq sazişinin təsdiq edilməsi və Cavabdeh İddiaçı qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi barədə" iddiasına dair 2(012)-4251/2023 saylı mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, Cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 2(012)-399/2023 saylı icra sənədinin icrasından imtina etmiş, İddiaçıla yenidən bir ailə kimi birlikdə yaşamağa başlamışdır. İş üzrə tərəflər barışdıqdan sonra İddiaçı özünü yaxşı tərəfdən göstərməyə çalışmışdır. Lakin bu hal qısa müddət davam etmişdir. Lakin sonradan X4rşı fiziki və psixoloji şiddət göstərməyə yenidən başlamış, ailədə uşaqların yanında, onların təlib-tərbiyəsinə mənfi təsir göstərən hərəkətlər edilməsi, nəlayiq söyüş və ifadələrin işlədilməsi adi hal almışdır. İddiaçı Cavabdeh və onun valideynlərini söyüb təhqir etmiş, alçaltmış, Qumrala başqa qadınlarla xəyanət etmişdir. Cavabdeh bütün bu təhqirlərə, şiddətə dözməyərək, "İddiaçı ilə bağlanmış nikahın pozulması, uşaqların arıanın yanında saxlanılması və aliment tələbi barədə iddia ərizəsi ilə yenider Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 2(007)-161/2025 №-li xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması, hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutulub, Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra, icraya yönəldilmişdir. Tərəflər arasında nikahın pozulması Qeydiyyat şöbəsində qeydə alınmış, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Lakin sözügedən qətnamə, alimentin ödənilməsi hissəsində İddiaçı tərəfindən icra edilmir. İddiaçı bu günədək aliment üzrə 5.000 manat borcu vardır. Lakin o, övladlarının saxlanılması üçün alimenti ödəmək əvəzinə, Cavabdeh qarşı "Barışıq sazişinin qismən etibarsız hesab edilməsi tələbi barədə" iddia irəli sürmüşdür. İddiaçının hazırki iddianı irəli sürməsinə səbəb yenə də, aliment öhdəliyinin ona bağışlanmasına nail olmaqdır. Hazırki iş üzrə iddia tələbində İddiaçı bildirir ki, Cavabdeh tərəfindən aldadılmaqla o, sazişiə imza etmişdir. Çünki Cavabdeh, onunla bağlanmış nikahın pozulmaması barədə öhdəlik götürmüş, lakin sonradan onunla məhkəmə qaydasında boşanmışdır. İddiaçının bu dəlili ilə bağlı bildiririk ki, tərəflər arasında Barışıq sazişi bağlandıqdan sonra, Cavabdeh irəli sürdüyü "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi barədə" iddiasından imtina etmiş, məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Sözü gedən Barışıq sazişi üzrə Cavabdeh İddiaçı ilə ömrünün sonuna qədər nikahda qalması barədə Üzərinə öhdəlik götürməmişdir. Digər tərəfdən bildiririk ki, bir sıra iddia tələbləri var ki, həmin tələblərin məhkəmədə yenidən irəli sürülməsinə mülki prosessual qanunvericiliklə yol verilir. Bu tələblər sırasında nikahın pozulması, uşaq və aliment tələbi də mövcuddur. Cavabdeh, İddiaçı ilə barışdıqdaq sonra təxminən il yarım sonuncunun ona qarşı etdiyi fiziki və psixoloji şiddətə dözmüş, bunu qohum-əqrabadan gizlətmişdir. Sonda isə bu halların dözülməz halına gəldiyini görüb, "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin "Qeyd" hissəsində göstərilmişdir ki: "Barışıq sazişi bizim iradəmizə uyğun tərtib edildi və barışıq sazişinin şərtləri barədə razılığımızı öz imzalarımızla təsdiq edirik". Göründüyü kimi, xx.xx.2023-cü il tarixli Barışıq sazişinin şərtləri ilə İddiaçı əvvəlcədən tanış olmuş və həmin sazişi özünün iradə ifadəsinə uyğun olmasını qəbul edərək, sazişi imzalamışdır. İddiaçı daha sonra bildirir ki, güya o, mülkiyyətindən əsassız olaraq məhrum olmuşdur. İddiaçının bu dəlili də əsassızdır. Çünki, tərəflər arasında bağlanmış Sazişin predmetlərindən biri olan ünvan 2 Ünvanda yerlələşn 73 №-li mənzil Cavabdeh valideynləri tərəfindən sonuncuların öz vəsaitləri hesabına əldə olunmuş əmlakdır. Bu faktı İddiaçı özü de Sazişə imza etməklə təsdiq etmişdir. Həmin mənzilə görə, Müşfviq Əsədov hər hansı məbləğdə ödəniş etməmişdir. Bu mənzil iş üzrə tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına əldə olunan əmlak deyil. Bu baxımdan da Müşviq həmin mənzilin birgə və ya paylı mülkiyyətçisi sayılmır. İddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla nəzərdə tutulan 1 illik kəsici müddəti ötürməsi əsası ilə hazırki iş üzrə iddia tələbi rədd edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahatında bildirmişdir ki, hesab edirlər ki, barışıq sazişi ləğv olunmalıdır. İddiaçı öz mülkiyyətindən məhrum oluna bilməz. Barışıq sazişi bağlanıb və belə razılaşıblar ki, ailə barışıb münasibətlərini davam etdirsinlər. Cavabdeh iddiaçını aldadıb, iddiaçı pulu ödəyən kimi həmən məhkəməyə verib boşanmışdır. Bütün bunların əmlakla bağlı əlaqəsi yoxdur. Ailə məişət zəminində münaqişələr olur. Cavabdeh hər dəfə şikayət edib. İddiaçı tərəfi sıxdıqlarına görə cavabdeh razılaşıb belə bir saziş bağlamışdır. İddiaçı istəməyib ailəsi dağılsın. Qadın tam arxayın olsun deyə evi onun adına keçirmişlər. İddiaçı nikah pozulması zamanı razılaşıb ki, ailə dağılmasın. Hesab edirlər ki, məhkəmə qərarı düzgün deyil. Cavabdeh nikahın pozulması ilə bağlı ərizəni geri götürməli idi. O mülk ər-arvadın ümumibirgə mülkiyyətidir. Qanunvericiliyə zidd olan barışıq sazişi ləğv olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununauyğun izahat verərək bildirmişdir ki, atası 2021-ci ildə rəhmətə getmişdir. Evin pulunu o ödəmişdir. O vaxt, ona nə desəydilər edərdi ki, ailəsi dağılmasın. O bu gün aldadılmışdır. Abşeron Məhkəməsində qarşı tərəf iddia qaldırmışdı, təmin olunmamışdı. Cavabdeh onun xəbəri olmadan evi satmaq istəmişdir. Cavabdeh tərəfin həmin tarixdə evi girovda olub. Evini satıb onun puluna ilkin ödəniş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahatında bildirmişdir ki, məhkəmə prosesindən sonra iddiaçı cavabdeh və ona telefonla zəng edib nalayiq söyüşlərlə təhqir etmiş və o müvafiq orqanlara şikayət edəcəkdir. Razılaşma protokolunda dəqiq göstərilib ki, kim nə qədər ödəniş etmişdir. Mülkiyyət cavabdehindir və pulları cavabdehin ata-anası ödəmişdir. Abşeron Rayon Məhkəməsində barışıq sazişi təsdiq olunmuşdur. O Polis İdarəsinə müraciət etmişdir.Barışıqdan sonra da cavabdeh polisə müraciət etmişdir. İddiaçının məlumatı var idi ki, cavabdeh boşanır. Eyni zaman da iddiaçı kəsici müddəti də ötürmüşdür. İddiaçı 2025-ci ilin iyul ayında bilirdi ki, məhkəmə mübahisəsi vardır. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının öz mülkiyyətində olsaydı, deyərdi ki, öz payını uşaqlarına verir. İşdə olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər mediasiya prosesində iştirak edərək, nikahın davam etdirilməsi və mülkiyyət haqqları ilə əlaqədar qarşılıqlı razılığa gəlməklə, hər ikisinin müyyən vəzifə öhdəlikləri ilə bağlı sazişin şərtlərini müəyyən etmişlər. İşdə olan "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli 23 nömrəli sorğuya cavabından görünür ki, 19 yanvar 2020-ci il tarixdə "xxxx" MTK ilə Əliyeva (Zeynalova) Nailə Həsən qızı ilə 61 saylı mənzilə görə müqavilə bağlanmışdır. Sonradan Əliyeva (Zeynalova) Nailə Həsən qızı mənzilin dəyərini ödəməkdə çətinlik çəkdiyi üçün qarşılıqlı razılaşma əsasında həmin mənzilə dair onunla aralarında bağlanmış müqavilə notarial qaydada təsdiq edilmiş və MTK-ya təqdim edilmiş ərizələr əsasında ləğv edilmiş və mənzilə görə ödənilmiş 46570 (qırx altı min beş yüz yetmiş) manat Əliyeva (Zeynalova) Nailə Həsən qızına geri qaytarılmışdır. Həmin gün Əliyeva (Zeynalova) Nailə Həsən qızı ərizə yazaraq 46570 (qırx altı min beş yüz yetmiş) manatın 23285 (iyirmi üç min iki yüz səksən beş) manatını həmin yaşayış binasında qızı X1 məxsus olan 69 saylı mənzilin və 23285 (iyirmi üç min iki yüz səksən beş) manatını isə qızı Cavabdeh məxsus olan 73 saylı mənzilin ümumi məbləğinə ödəniş kimi qəbul edilməsini xahiş etmişdir. MTK da öz növbəsində həmin məbləği Cavabdeh məxsus olan 73 saylı mənzilə və X1 məxsus 69 saylı mənzilə mədaxil edilmişdir. İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-161/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 16 iyun 2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1730 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2016-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 anası Cavabdeh yanında qalması, 08 iyul 2024-cü il tarixdən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutulub, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4251/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadla qərara almışdır ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Mübahisə tərəfləri: Cavabdeh (ş/v: AA 5642969) (bundan sonra müvafiq olaraq “İ Tərəf”) və İddiaçı (ş/v: AZE ********) (bundan sonra müvafiq olaraq “İİ Tərəf”), “İ tərəfin” “İİ tərəfə” qarşı “xx.xx.2015-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X6 analarının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbləri barədə” iddiasına dair Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-4251/2023 saylı mülki iş üzrə mübahisəni bütövlükdə barışıqla qurtarmaq məqsədi ilə aşağıdakı şərtlər barədə razılığa gəldilər: Barışıq sazişinin şərtləri:

1. “Birinci tərəf” onunla “İkinci tərəf” arasında bağlanmış “xx.xx.2015-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X6 analarının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbləri barədə” iddiasına dair Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)- 4251/2023 saylı mülki iş üzrə iddia ərizəsini geri götürəcəyini və müvafiq ərizəni Abşeron rayon Məhkəməsinə təqdim edəcəyini öhdəsinə götürür. 2. “Birinci tərəf” Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 2(012)- 399/2023 saylı icra sənədinin icrasından imtina edəcəyini və həmin imtina ərizəsini Abşeron rayon İcra və Probasiya Şöbəsinə təqdim edəcəyini öhdəsinə götürür. 3.Tərəflər barışdıqlarını və aralarında olan ər-arvad münasibətlərinin davam edəcəyini, nikahlarını pozmaq istəmədiklərini bəyan edirlər. 4. “İkinci tərəf” “Birinci tərəf”ə və birgə nikahda olan övladlarına qarşı hər hansı fiziki və ya psixoloji təzyiq etməyəcəyini, şiddət göstərməyəcəyini, onların bütün maddi və mənəvi ehtiyaclarını qarşılayacağını bəyan edir.

5. “İkinci tərəf” İddiaçı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi 40/4 ünvanında yerləşən 73 saylı mənzilin “Birinci tərəf”in valideynləri X8 və X10 tərəfindən “Birinci tərəf”ə hədiyyə şəklində verilən pul vəsaiti hesabına əldə edildiyini təsdiq edir. 6. “İkinci tərəf” İddiaçı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi 40/4 ünvanında yerləşən 73 saylı mənzillə bağlı bütün hüquqlardan, o cümlədən mülkiyyət, payın bölünməsi və istifadə hüququndan, mənzilə görə ödənilmiş pulun bölünməsi hüququndan “Birinci tərəf” Cavabdeh xeyrinə imtina edir. 7. “İkinci tərəf” İddiaçı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi 40/4 ünvanında yerləşən 73 saylı mənzillə, mənzil üzərində payın bölünməsi, mənzilə görə ödənilmiş pulun tələb edilməsi və mənzilə görə kompensasiya ilə bağlı gələcəkdə “Birinci tərəf”ə və ya üçüncü şəxslərə qarşı heç bir iddia tələbi və şikayətinin olmayacağını öhdəsinə götürür İşdə olan 15 noyabr 2023-cü il tarixli razılaşma protokolundan görünür ki, 1. Bu razılaşma protokolu (bundan sonra "Saziş" adlandırılacaq) mübahisə tərəfləri arasında olan mülki mübahisələrin həlli şərtlərinə dair əldə edilən razılaşmadır. 2. Mübahisə tərəfləri: Cavabdeh (ş/v:AA 5642969) bundan sonra ("Birinci tərəf”) və İddiaçı (ş/v: AZE ********) (bundan sonra "İkinci tərəf"), bu razılaşma protokolunu imzalamaqla təsdiq edirlər və öhdələrinə götürürler ki, aşağıdakı şərtlər barədə bu Protokolu imzaladılar: 2.1. "İkinci tərəf İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 40/4 ünvanda yerlələşn 73 №-li mənzilin "Birinci tərəfin valideynləri X8 və X13 tərəfindən "Birinci tərəfə hədiyyə şəklində verilən pul vəsaitləri hesabına elde edildiyini, həmin mənzilə görə ilkin ödənişdən başlayaraq xx.xx.2023-cü ilədək aylıq ödəmələr də daxil olmaqla bütün ödənilən pul vəsaitinin Cavabdeh valideynləri tərəfindən ödənildiyini, sözügedən mənzilin birgə nikah dövründə birgə gəlirlər hesabına əldə edilmədiyini təsdiq edir. 2.2. "İkinci tərəf İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 40/4 ünvanda yerləşən 73№-li mənzilin alınmasına görə "Birici tərəfin atası X8 tərəfindən 1-ci dəfə 27.570 manat ilkin ödəniş edildiyini, əlavə olaraq arvadı X7 məxsus olan mənzildən imtina edildiyinə görə əldə etdiyi vəsaitdən 23.285 manat pulu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi 40/4 Ünvanda yerləşən 73N№-li mənzilə görə MTK-ya ödədiyini, daha sonra "Birinci tərəfin" anası X10 ona məxsus torpaq sahəsini sataraq 28.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi 40/4 ünvanda yerləşən 73№-li mənzilə görə MTK-ya ödədiyini və həmin pulun sözügedən mənzilin ödənişinə və təmirinə xərcləndiyini, eyni zamanda "Birinci terefin" atası X2 verdiyi pul ilə evə əşyalar, mebellər alındığını təsdiq edir. 2.3. "İkinci tərəf İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 40/4 ünvanda yerlələşən 73 №-li mənzillə bağlı bütün hüquqlarından, o cümlədən mülkiyyət, yaşayış və istifadə hüququndan "Birinci tərəfin xeyrinə heç bir kompensasiya tələb etmədən imtina edir. 2.4. "İkinci teref İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 40/4 ünvanda yerlələşn 73 №-li mənzillə, mənzil üzərində payın müəyyən edilməsi, mənzilə görə ödənilən pulun bir hissəsinin tələb edilməsi və mənzilə görə kompensasiya ilə bağlı gələcəkdə "Birinci tərəfə və ya üçüncü şəxslərə qarşı heç bir iddia tələbi və şikayətinin olmayacağını öhdəsinə götürür. 2.5. "İkinci tərəf İddiaçı öhdəlik götürür ki, Cavabdeh tələb etdikdə dərhal sözü gedən mənzildən çıxacaqdır və Cavabdeh həmin mənzil üzərində sərəncam verməsinə, özgəninkiləşdirməsinə, yaşamasına, istifadə etməsinə maneçilik törətməyəcəkdir. İşdə olan xx.xx.2023-cü il tarixli yazılı iltizamdan görünür ki, İddiaçı yoldaşı Cavabdeh ölümlə təhdid etmiş, onu təhqir etmiş, hamını narahat etmişdir. Bir daha bu hərəkətlərin təkrarlanacağı halda öz xoşu ilə evi tərk edəcəyi haqda öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən, ərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda həmin maddədə sadalanan şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Məhkəmə ilk öncə mövcud mübahisəyə əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü tarixli Qərarında şərh etdiyi hallara istinad etməyi zəruri hesab edir. -339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. -Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. -Mülki Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. -Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. -Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: –digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); –Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə əvvəlcə onu qeyd edir ki, hüquq nəzəriyyəsində “ləğv etmə” dedikdə əqdə və müqaviləyə əsaslanan münasibətlərin və öhdəliklərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. İddiaçı iddia ərizəsində Cavabdeh barışıq sazişinin şərtlətini pozması əsası ilə məhkəməyə müraciət etdiyini bildirsə də, məhkəmədə vermiş olduğu izahatından belə məlum olur ki, o, cavabdehin ona qarşı davranışlarına görə, eləcə də təzyiq altında sazişin şərtlərini oxumadan imza etməsi əsası ilə məhkəməyə müraciət etmişdir. Bununla belə məhkəmə hər iki halı, o cümlədən barışıq sazişinin etibarsızlığı və ləğv edilməsi üçün əsas olan hallarının olub-olmamasını araşdırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı sazişinin şərtlərini təzyiq altında olduğu üçün oxumadan imza etdiyini bildirsə də, o, Mülki Məcəllənin 339.6-cı maddəsinin tələbinə görə sazişin etibarsızlığı məsələsini məhkəmədə mübahisələndirmiş, hətta məhkəmə iclasında iddianı dəqiqləşdirilməsi üçün etibarsızlıq və ləğv etmənin hüquqi mahiyyətləri izah edilmiş, lakin iddiaçı barşıq sazişinin etibarsızlığı barədə iddia qaldırdığını,lakin iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş, mülki işin araşdırlan hallarına əsasən məhkəmə etibarlı sazişin (müqavilə) etibarsızlığı üçün qanuni əsasların olub-olmamasını yoxlamışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər tərəflar arasında bağlanılmış, razılaşma protokolu, barışıq sazişi, “xx.xx.2023-cü il tarixli yazılı iltizamdan görünür ki, İddiaçı yoldaşı Cavabdeh ölümlə təhdid etmiş, onu təhqir etmiş, hamını narahat etmişdir. Bir daha bu hərəkətlərin təkrarlanacağı halda öz xoşu ilə evi tərk edəcəyi haqda öhdəlik götürmüş, həmçinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi onu deməyə əsas verir ki, tərəflər arasında olan münasibətdən irəli gələrək iddiaçının aldadılmasından söhbət gedə bilməz.Bundan əlavə nikahın pozulması və sair tələblər davam edən öhdəliklərdən irəli gəlməsi tərəfə könüllü nikah ittifaqının şərtlərinin pozulması ilə müraciət etmək imkanından məhrum etmir. Bundan əlavə müddətin tətbiqi ilə cavabdeh tərəfin ərizəsinə münasibətdə hüquqlarının pozulması vaxtının müəyyən edilməsi imkanın olmaması baxımından müddətin tətbiqi əsaslarının mövcud olmadığı qənaətinə gəlməsinə məhkəməyə əsas verir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Qanunvericiliyin yuxarıda sadalanan maddi normaları müqavilənin birtərəfli qaydada ləğv etməsinin iki əsasını müəyyən etmişdir. -Müqavilədə nəzərdə tutulmuş hallarda; -Qanunda nəzərdə tutulmuş hallarda (Mülki Məcəllənin konkret maddələri üzrə digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s. kimi hallar) Məhkəmə qeyd edir ki, müqavilənin məhkəmə qaydasında ləğvi yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, yəni Müliki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olması halında mümkündür. Çünki digər hallarda müqavilədə və konkret maddi normada bir tərəfə həmin hüquqi imkan verilir. Müliki Məcəllənin 422.2.1-422.2.4-cü maddələrinə əsasən aşağıdakı şərtlər olduqda və tərəflər qarşılıqlı razılığa gəlmədikdə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv oluna bilər: -müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; -şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; -müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; -işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə müqavilənin məhkəmə qaydasında ləğvinin icra qaydası həmin Məcəllənin 423.2-ci maddəsi ilə müəyyən edilmişdir. İşin hallarına görə iddiaçı cavabdehə müqavilə münasibətlərinə qarşılıqlı razılaşma ilə xitam verilməsi barədə təklif göndərmiş olsa da və ondan cavab almasada, onun məhkəməyə müraciət etməsi üçün yuxarıda sadalanan şərtlərin mövcud olması lazımdır. Lakin məhkəmə araşdırması ilə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı üçün qeyd olunmuş şərtlətin mövcud olması müəyyən edilməmişdir. Ona görə də iddia əsassız hesab olunmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticə tələbiyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli barışıq sazişinin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar