Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-715/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ona ödəməli olan məbləgin indeksasiya edilməklə yenidən hesablanaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ona ödəməli olan məbləgin indeksasiya edilməklə yenidən hesablanaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzili 1993-cü ilin oktyabr ayının 7-dən 2006-cı ilin yanvar ayının 15-dək X1 xüsusi mülkiyyətində olmuşdur. X2 15 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. O sağ ikən oğlu, yəni iş üzrə cavabdeh olan Cavabdeh1 ümumi etibarnamə vermişdir. Sözü gedən mənzil xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsi əsasında iddiaçı anasının adından çıxış edərək İddiaçı 14137,2 manata satmışdır. Sonradan bilinən məlumata görə satılan mənzil miras əmlak hesab olunduğuna görə Tofiqin mənzilin ½ hissəsini öz adına keçirmiş və məhz həmin hissəni 2019-cu il tarixdə iddiaçıya satılmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X5 Azaddır - məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər Ərizəni imzalayan şəxs haqqında məlumat: Lakin üzərindən bir neçə il keçdikdən sonra digər cavabdeh olan Cavabdeh2 mənzillə bağlı mübahsiələr yaratmış. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, X1 adından Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsaitin Cavabdeh1 və Cavabdeh2 bərabər hissədə alınaraq, İddiaçı ödənilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, göstərilən məbləğdə pulun İddiaçı xeyrinə tutulması ilə qeyri-yaşayış sahəsinin Cavabdeh1 və Cavabdeh2 qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir. Belə ki, işin dəqiq faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə, mübahisəli məsələ ilə bağlı qət olunmuş qətnamədə ətraflı qeyd olunmuşdur. Həmçinin nəzərinizə çatdırım ki, iddiaçı həmin mənzili 2006-cı il tarixdə almış, həmçinin aldığı mənzilin yaxşılaşdırılmasına əlavə olaraq xərclər çəkmişdir, hansı kiməhkəmə mübahisəsizamanı iş üzrə qət olunmuş məhkəmə qətnamələrlə həmin xərclər öztəsdiqini tapmışdır. sadəcə tərəflər arasında mübahisə yarandığından məsələ uzun illərdi öz həllini tapmamışdır. Belə ki, mən həmin evialarkən 2006-cı il tarixdə evlərin ümumi bazar qiyməti ilə bu gün ki, yəni 2023-cü il üçün həmin evin bazar qiyməti eyni deyil. Ötüb keşmiş müddət ərzində Azərbaycan manatı dəfələrlə infilyasiyaya uğramışdır.Hesab edirəm ki, məhkəmə bu fərqi nəzərə almaqla iş üzrə indeksləşdirmə tətbiq edilməli, iddiaçıya ödənilən pulun miqdarını artırılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizəni müdafiə etdi və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası müəyyən edildi ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ona ödəməli olan məbləgin indeksasiya edilməklə yenidən hesablanaraq cavabdehlərdən müştərək qaydada tutulmasını qəbul edilmiş və qanuni qüvvəsini almış qətnaməsi əsasında tətəl edir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçıyn tələbi mülki icraat qaydada baxıla bilməz. Məhkəmə qaydasında müəyyən edilən ərizə imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci , 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ona ödəməli olan məbləgin indeksasiya edilməklə yenidən hesablanaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-715/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-715/2024
16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver