Məhkəmə qərarları › İş №e-2(060)-721/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-721/2023

13.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-721/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh X1 qarşı “mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 qarşı «mənzildən çıxarılma» tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh R.Z.Agayevanı azyaşlı uşaqları olan 08 noyabr 2006-cı il təvəllüdlü X6 və 22 yanvar 2009-cu il təvəllüdlü X7 mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzildən çıxarılması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10 mikrorayon, ev 13-də yerləşən 11 saylı mənzil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 12 aprel 2022-ci il tarixli ********** nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh R.Z.Agayeva isə iddiaçının gəlinidir. O, 23 fevral 2006-cı ildə iddiaçının oğlu X5 ilə rəsmi nikaha daxil olmaqla xüsusi mülkiyyət hüquqi əsasında həyat yoldaşı məxsus olan Sumqayıt şəhəri, 13 mikrorayon, ev 47 mənzil 59-a gəlin köçmüşdür. 2021-ci ilin fevral ayına kimi cavabdeh həmin mənzildə yaşadıqdan sonra onlarla yola getməmiş, həyat yoldaşı və uşaqları ilə birlikdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində kirayə ev tapıb ora köçüb orada yaşamaga bağlamışlar. Lakin iddiaçı bir ana kimi oğlunun və nəvələrinin kirayə qalmasına ürəyi dözmədiyi üçün 01 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzili öz adına alaraq cavabdehin və ailə üzvlərinin həmin mənzilə köçüb yaşamalarına icazə vermişdir. Cavabdeh öz həyat yoldaşı da yola getmədiyi üçün aralarında olan nikah pozulmuşdur. Hal-hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilə özü köçüb yaşamaq istəsə də, cavabdeh həmin mənzildən çıxmır və qəti şəkildə çıxmayacagını bildirir. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçının nümayəndəsi Vəkil və G.M.Orucov iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddianın qəbul etməməsini, mübahisə olunan evin həyat yoldaşı ilə yaşadıqları dövrdə almasını göstərib, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Muradova Nuranə Kamal qızı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzili 59.800 manata İddiaçı satmışdır. İşə əlavə olan, ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi şəxs tərəfindən 12 aprel 2022-ci il tarixli ********* qeydiyyat nömrəli “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti 16 saylı MKS-i tərəfindən 07 dekabr 2022-ci il tarixli 1397 saylı forma arayışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzildə X2 azyaşlı uşaqları X6 və X8 ilə faktiki qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitam mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təstiqlənin yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında belə bir razılaşma mövcud olmamışdır, iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun yaranması üçün heç bir müqavilə bağlanmamışdır, cavabdehin iddiaçı ilə olan nikahı Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixdə pozulmuşdur. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh R.Z.Agayeva azyaşlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh azyaşlı uşaqları 08 noyabr 2006-cı il təvəllüdlü X6 və 22 yanvar 2009-cu il təvəllüdlü X8 ilə mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzildən çıxarılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar