Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(060)-7384/2025 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “Evro İnşaat” MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Evro İnşaat” MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh 1783 manat 51 qəpik məbləğində pulun və 39 manat 40 qəpik məbləğində dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixdən “Evro İnşaat” MMC- də anbardar vəzifəsində işləyib. ## #### 2025-ci tarixdə onun əmək müqaviləsinə xitam verilib. Cavabdeh Cavabdeh işdən çıxanda 1783 manat 51 qəpik yeyintisi aşkar olunmuşdur. Bunu özü də etiraf etmişdir. Bu barədə onun yazılı əl qəbzi də var. Cavabdeh borcunu etiraf edir, hər dəfə borcunu ödəməyini istədikdə müxtəlif bəhanələrlə yayınmağa çalışır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək borcundan 525 manat məbləği ödədiyini və bu barədə sübutunu məhkəməyə təqdim edəcəyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Evro İnşaat” MMC-də keçirilmiş sement əsaslı məhsullar və boya məhsulları anbarnın təhvil-təslimi nəticəsində anbarda 1783 manat 51 qəpik məbləğində çatışmazlıq müəyyən olunmuşdur. Təhsil-təslim aktı baş nəzarətçi X2, təhvil alan şəxs X3 və anbardar Cavabdeh imzaları ilə təsdiq edilmişdir. Anbardarın təsdiq etdiyi faktiki borc 1783 manat 51 qəpikdir. - ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşdirmə aktından görünür ki, Cavabdeh “Evro İnşaat” MMC-yə münasibətdə 1783 manat 51 qəpik miqdarında borcu olduğunu təsdiq etmiş və üzləşdirmə aktına etirazı olmadığını bildirmişdir. - ##.##.2025-ci il tarixli “Evro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh “Evro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsinə işə qəbul edilmişdir. - MŞS/MT***/****/-***** saylı, ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsində iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat xərc iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. - "Evro İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - ##.##.2025-ci il tarixli, K/Ə-** saylı əmək müqaviləsinə xitam verilməsi ilə haqqında əmrdən görünür ki, istehsal sahəsinin anbardarı X1 əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə (öz təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmiş, o işdən azad edilmişdir. - ##.##.2025-ci il tarixli borcun könüllü qaydada hissə-hissə ödənilməsi barədə iltizamdan görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixdən "Evro İnşaat"-də anbardar vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə maddi məsuliyyət daşıyaraq müəssisəyə məxsus mallara cavabdeh olmuşdur. Təhvil-təslim zamanı aparılan yoxlama nəticəsində onun maddi məsuliyyətində olan məhsullarda 1784 manat məbləğində çatışmazlıq aşkar olunmuşdur.Yaranmış çatışmamazlıqla bağlı onun şirkətə heç bir iradı yoxdur və qeyd edilən məbləği hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir.O qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Cavabdeh ## ###### 2025ci il tarixdən etibarən “Evro İnşaat” MMC- də anbardar vəzifəsində işləyib. ## #### 2025-ci tarixdə onun əmək müqaviləsinə öz təşəbbüsü əsasında xitam verilmişdir. Cavabdeh Cavabdeh işdən çıxdıqda ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən “Evro İnşaat” MMC-də keçirilmiş sement əsaslı məhsullar və boya məhsulları anbarnın təhvil-təslimi nəticəsində anbarda 1783 manat 51 qəpik məbləğində çatışmazlıq müəyyən olunmuş və bu qeyd olunan şəxsin təqsirindən meydana gəlmişdir. Bunu özü də etiraf etmişdir. ##.##.2025-ci il tarixli borcun könüllü qaydada hissə-hissə ödənilməsi barədə iltizam da bunu təsdiq edir. Lakin borcun ödənilməsi barədə iddiaçının tələblərinə əməl etmir və borcunu ödəmir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh borcunu qismən etiraf edərək borcundan 525 manat məbləğində ödəniş etdiyini bildirsə də, bu barədə hər hansı sübutunu təqdim etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh Cavabdeh oğlu tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçı “Evro İnşaat” MMC-yə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh oğlundan 1783,51 manat pul tutularaq iddiaçı " Evro İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i məbləğində olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1783,51 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 39,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 1783,51 manat pul və 39,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Evro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-7384/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7384/2025
10.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver