Məhkəmə qərarları › İş №e-2(060)-739/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-739/2022

28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-739/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qusar Rayon Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qusar Rayon Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “Şahdağ şirkəti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən sahəsi 89.3 kv/m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair, Qusar notariat ofisinin 30 sentyabr 2021-ci il tarixli 4Ə-2534 reyestr nömrə ilə təsdiq edilmiş AN-1 ******* nömrəli alqı-satqı müqaviləsini və Xaçmaz rayonu, Xudat şəhəri, Kolxoz bazarının arxası ünvanında yerləşən , ümumi sahəsi 204.7 kv/m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair, Qusar rayon Notariat ofisinin 30 oktyabr 2021-ci il tarixli 4Ə- 2575 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qusar Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçınə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Qusar Rayon Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçınə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar