Məhkəmə qərarları › İş №e-2(060)-8028/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-8028/2025

05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qiyabi qətnamə Sumqayıt şəhəri İş № e-2(060)-8028/2025 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdeh Cavabdeh iddiaçıya vurduğu maddi ziyanın əvəzi olaraq 1305 manat, ondan borc kimi əldə etdiyi 500 manat, ödənilmiş 40 manat dövlət rüsumunu və vəkillə bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat pul vəsaiti olmaqla, ümumilikdə 2165 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir tur şirkətdə fəaliyyət göstərməklə, əsasən şəxslərin ölkə daxilində və xaricində tur paketləri vasitəsilə gəzinti və istirahətlərini təşkil etməklə məşğul olur. Cavabdeh Cavabdeh da məhz bu məqsədlə ona müraciət etmiş və ## ##### 2025-ci il tarixdə onun üçün ilk dəfə tur paket yazılmış və 2850 manat borc qeyd edilmişdir. 1 gün sonra, yəni ## ##### 2025-ci il tarixdə otel dəyişikliyi edildiyi üçün 3414 manat məbləğində borc qeyd olunmuşdur. ## #### 2025-ci il tarixinə qədər heç bir ödəniş edilmədiyindən müvafiq tur cərimə şərtləri ilə ləğv edilmiş və 1305 manat borc qeyd edilmişdir. Bundan əlavə cavabdeh həmin zaman çıxılmaz vəziyyətdə olduğunu bildirdiyi üçün iddiaçı cavabdehə ## #### 2025-ci il tarixində 100 manat, ## #### 2025-ci il tarixdə isə 400 manat olmaqla, ümumilidə 500 manat borc pul vermiş və həmin məbləğlərdən də bugünə qədər heç bir ödəniş edilməmişdir. Cavabdeh iddiaçı ilə arasında olan tanışlıq münasibətindən istifadə edərək həmin pulu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Cavabdehin iddiaçıya ümumilikdə 1805 manat verməli olduğunu sübut edən qəbzlər və cavabdehlə olan yazışmalar vardır. Belə ki, həmin yazışmalarda cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmiş, danışıqlar zamanı qısa zamanda borcunu qaytaracağını bildirmiş, lakin hadisənin üzərindən 4 aydan artıq müddət keçməsinə baxmayaraq heç bir ödəniş etməmiş, borcunu ödəməkdən yayınmışdır. Cavabdehin laqeyd və arxayın münasibət və hərkətlərindən artıq pulu qaytarmayacağı məlum olduğu üçün bu gün iddiaçı öz hüququndan istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılması və qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - № EM-****VK-*****/** saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə və ona əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Vəkil iddiaçı İddiaçı vəkilidir və hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən vəkilə 320 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı ilə cavabdeh arasında “Whatsapp” tətbiqi vasitəsilə olan yazışmalardan görünür ki, cavabdeh Cavabdeh iddiaçıya 1300 manat borcu özü ödəyəcəyini qeyd etməklə borcunu bu hissədə etiraf edir. İddiaçı şəxslərin ölkə daxilində və xaricində tur paketləri vasitəsilə gəzinti və istirahətlərini təşkil etməklə məşğul olduğuna görə cavabdehə tur paketi satır və şərtlərlə bağlı tərəflər razılaşırlar. ## ##### 2025-ci il tarixdə cavabdeh üçün ilk dəfə tur paket yazılmış və 2850 manat borc qeyd edilmişdir. ## ##### 2025-ci il tarixdə otel dəyişikliyi edildiyi üçün 3414 manat məbləğində borc qeyd olunmuşdur. Cavabdeh ayın 16-sı və ya 17-si 1500, iyun ayında 1500, daha sonra da 1500 manat verəcəyi halda 4500 manat puldan 3412 manat tur xərclərini çıxaraq iddiaçıdan 640 dollar, yəni 1088 manat verməsini istəyir. 6 iyul tarixdə iddiaçı 100 manat, 8 iyul tarixdə isə 500 manat pulu cavabdehin bank kartına ödəmiş və ayın axırı maaş alan kimi borcunu qaytamalı olduğunu bildirmişdir. Daha sonra iddiaçı cavabdehin turunu ləğv etdiyindən 1314 manat ziyana düşdüyünü cavabdehə bildirir. İddiaçı cavabdehə sən məni ziyana saldın dedikdə cavabdeh ziyan məbləğini də özünün ödəyəcəyini bildirir. Daha sonra iddiaçı dəfələrlə cavabdehə borcunu qaytarmalı olduğunu bildirsə də, cavabdeh işi ilə əlaqədar problemlər yarandığından maaş almadığını, alan kimi borcunu qaytaracağını bildirsə də, hər dəfə borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. - ##.##.2025-ci il tarixli *-********* saylı və ##.##.2025-ci il tarixli AB****MM**** saylı qəbzlərdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh “m10 Wallet” provayderi vasitəsilə 100 manat və cavabdehə məxsus 4098************ nömrəli bank kartına 400 manat ödəniş etmişdir. - İş materiallarına əlavə edilmiş “uçuş bilgileriniz” adlı çıxarışlardan, ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərin sığortası (səfər sığortası üzrə yaddaş vərəqəsi)-dən, “Kartaca Turizm” tərəfindən verilmiş müvafiq çıxarışlardan, səyahət sığortası şəhadətnaməsindən görünür ki, cavabdeh xaricə səyahət etmək ## ##### 2025-ci il tarixdə üçün tur paketi almışdır. ## ##### 2025-ci il tarixdə şəxsin gedəcəyi otel “X1 Kusadası”, ## ##### 2025-ci il tarixdə isə “X2 Kusadası” olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı uzun müddətdir tur şirkətdə fəaliyyət göstərməklə, əsasən şəxslərin ölkə daxilində və xaricində tur paketləri vasitəsilə gəzinti və istirahətlərini təşkil etməklə məşğul olur. Cavabdeh Cavabdeh da məhz bu məqsədlə ona müraciət etmiş və ## ##### 2025-ci il tarixdə onun üçün ilk dəfə tur paket yazılmış və 2850 manat borc qeyd edilmişdir. 1 gün sonra, yəni ## ##### 2025-ci il tarixdə otel dəyişikliyi edildiyi üçün 3414 manat məbləğində borc qeyd olunmuşdur. ## #### 2025-ci il tarixinə qədər heç bir ödəniş edilmədiyindən müvafiq tur cərimə şərtləri ilə ləğv edilmiş və 1305 manat borc qeyd edilmişdir. Bundan əlavə cavabdeh həmin zaman çıxılmaz vəziyyətdə olduğunu bildirdiyi üçün iddiaçı cavabdehə ## #### 2025-ci il tarixində 100 manat, ## #### 2025-ci il tarixdə isə 400 manat olmaqla, ümumilikdə 500 manat borc pul vermiş və həmin məbləğlərdən də bugünə qədər heç bir ödəniş edilməmişdir. Cavabdeh iddiaçı ilə arasında olan tanışlıq münasibətindən istifadə edərək həmin pulu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Cavabdehin iddiaçıya ümumilikdə 1805 manat borcu vardır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh 1805 manat alınaraq iddiaçı İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, cavabdeh Cavabdeh № EM-****VK-*****/** saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə əsasında göstərilmiş hüquqi yardıma görə çəkilmiş 320 manat vəkil xərci alınaraq iddiaçı İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1805 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 1805 manat borc, 320 manat vəkil xərci və ödənilmiş 40 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar