Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-8346/2025 19.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş evin alqı-satqı və çıxarışının ləğvi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş evin alqı-satqı və çıxarışının ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Cavabdeh2 ilə Sumqayıt şəhəri, 1 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2007-ci il tarixində 4Ə-3-778 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 1247 (İP N) nömrəli “Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi”nin etibarsız hesab edilərək ləğv edilməsini, həmin hissədə qərarın icrasının Sumqayıt şəhəri, 1 saylı dövlət notariat kontoruna həvalə edilməsini, xx.xx.2022-ci il tarixli **********94-05101- 093001 reyestr və ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarışıvə qeydləri ləğv edilməsini, həmin hissədə qərarın icrasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsini, Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birliktə həmin daşınmaz əmlakdan çıxarılaraq mənzilin İddiaçı təhvil verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi forma və məzmun tələblərinə iddiaçı tərəfindən əməl olunmamışdır. İddia ərizəsinin məzmunu yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsinin və elektron çıxarış və qeydlərin ləğv edilməsinin həvalə edilməsi ilə bağlı olduğu halda cavabdeh olaraq Sumqayıt şəhəri 1 saylı dövlət notariat konturu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi də qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmununa uyğun olaraq cavabdeh düzgün göstərilməlidir. Həmçinin bu hal gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, İddiaçı yuxarıda qeyd olunan tələblərə əməl etməklə iddia tələbinə cavab verməli olan cavabdehlərə qarşı iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Mülki iş materiallarından görünür ki, hazırki iddiaya görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş evin alqı-satqı və çıxarışının ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah olunsun. xx.xx.2025-ci il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Xızı regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-8346/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-8346/2025
19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver